
Çində son sutka ərzində daha 11 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
Nyus.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "worldometers.info"da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 500-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.
Ümumilikdə 80 666 xəstə sağalıb. Ölkədə 200 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2-nin vəziyyəti ağır qiymətləndirilir.
Nyus.Az

























