
Bundan sonra Vyanadan AFR ərazisinə gələn şəxslər xüsusi nəzarətə götürüləcək.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniyanın federal hökuməti öz cənub qonşusunun paytaxtını "yüksək risk zonası" elan edib. Bu onunla bağlıdır ki, son bir həftədə Vyanada koronavirusa yoluxma hallarının sayı kəskin artıb: həftə ərzində hər 100 min sakinə düşən yeni yoluxma hallarının sayı 50-dən çox olub. Bu göstərici Avropada təşviş doğuran hədd sayılır.
Qərar dünəndən qüvvəyə minib.
Nyus.Az

























