
Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım koronavirusa yoluxub.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə B.Yıldırım öz "Twitter" səhifəsində yazıb.
O bildirib ki, özünün və həyat yoldaşı Semiha Yıldırımın koronavirus testləri müsbət nəticələnib.
Sabiq Baş nazir vəziyyətlərinin yaxşı olduğunu, evdə müalicə olunduqlarını deyib.
Nyus.Az

























