İngiltərənin Berkşir qraflığının Ridinq qəsəbəsində yaşayan 31 yaşlı qadın ikinci dəfə koronavirusa yoluxub.
Nyua.Az bildirir ki, bu barədə məlumatı "Mirror" nəşri yayıb. Məlumata görə, 31 yaşlı Heidi Kray Britaniyada iki dəfə koronavirusa yoluxan birinci şəxs olub.
Qocalar evində işləyən Heydi Krey koronavirusdan sağaldıqdan bir ay sonra yenidən səhhətində problemlər yaranması ilə əlaqədar olaraq test verdikdə nəticəsi müsbət çıxıb.
Mart ayının sonlarından özünü pis hiss etməyə başlayan Heydinin koronavirus testi aprel ayında pozitiv çıxıb. O, iki həftəlik izolyasidan sonra yenidən koronavirusu yoxlatdırdıqda test nəticəsi neqativ olub.
Lakin iyun ayında onun koronavirus testi yenə pozitiv çıxıb və xəstəxanaya yatırılıb.
Qeyd edək ki, bu olay dünyada koronavirusa ikinci dəfə yoluxma üzrə ilk fakt deyil.(milli.az)
Nyus.Az