
İsrail Müdafiə Ordusu Qəzza zolağından partlayıcıların üzərinə yapışdırılmış hava şarlarının atılmasına cavab olaraq Həmas hərəkatının hədəflərini vurub.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti Twitter səhifəsində bildirib.
Məlumatda deyilir: "Son bir neçə həftə ərzində Qəzzadakı terrorçular İsrail ərazisinə yüzlərlə partlayıcı şarlar atıblar. Buna cavab olaraq uçuş aparatlarımız Qəzza zolağında Həmasın yeraltı infrastrukturuna zərbə endirib".
Nyus.Az

























