
Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün avqustun 17-də Minskdə işçiləri seçkilərin nəticələrinə etiraz olaraq tətilə çıxan Təkərli Qoşqular Zavodunda olarkən çıxışında Almaniya kansleri Angela Merkelin ona zəng vurduğunu deyib.
Lukaşenkonun çıxışının bu fraqmenti “Belarus-1” telekanalında yayılıb. “Mən bilirəm ki, onlar (müxalifət) danışıqlar üçün kimləri formalaşdırıblar. Artıq dünən (bazar günü) Merkel zəng vurur: “Danışmaq istəyirəm”, Neuseda və digərləri oradadır”

Lakin “Alman dalğası” radiostansiyasının saytı yazır ki, Almaniya hökuməti kansler Merkelin avqustun 16-da Belarus prezidentinə zəng vurduğu barədə informasiyanı inkar edib. “Seçki günündən sonra ona heç bir zəng olmayıb”,-alman hökumətinin mətbuat xidməti Lukaşenkonun bəyanatını şərh edib.
Lukaşenko zavodda olarkən işçilər onu istefaya çağırıblar, “Uxodi” (“Get”) şüarları ilə qarşılayıblar. Etirazçılardan biri hətta Lukaşenkonun mühafizəçisinə səslənərək “Zabit, özünü güllələ” deyib. Belarus prezidenti kütləyə yaxınlaşaraq etirazçılarla mübahisə edib.(Virtualaz.org)
Nyus.Az

























