
Dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayının 21 milyonu, ölənlərin sayının isə 773 min nəfəri ötdüyü açıqlanıb.
Nyus,Az AZƏRTAC-a istinadən bildirir ki, ümumilikdə dünya üzrə COVID-19-a yoluxanlardan 14 564 827 nəfəri sağalıb, 6 489 537 xəstənin müalicəsinin davam etdiyi bildirilib.
Bununla da dünyada koronavirusa yoluxanların sayı 21 827 459 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 773 095 nəfər təşkil edir.
Nyus.Az

























