
Ermənistanda son sutka ərzində daha 160 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 40 min 593-ə çatıb.
Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, göstərilən müddətdə həm də 7 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 803 nəfər olub.
İndiyədək 33 min 157 xəstə sağalıb. Hazırda Ermənistanda 6 399 aktiv koronavirus xəstəsi var.

























