
Ermənistanda son sutka ərzində daha 73 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 37 390-çatıb.
Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, göstərilən müddətdə həm də 6 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 711 nəfər olub.
İndiyədək 26 min 665 xəstə sağalıb. Hazırda Ermənistanda 9 793 nəfərin müalicəsi davam etdirilir.
Nyus.Az

























