• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-07-2020, 08:57

BMT: postkoronavirus dövründə prioritet məsələlər əhalinin sosial müdafiəsi və ətraf mühitin qorunması olacaq

BMT: postkoronavirus dövründə prioritet məsələlər əhalinin sosial müdafiəsi və ətraf mühitin qorunması olacaq


Koronavirus pandemiyası Davamlı İnkişaf Məqsədlərinin qəbul edildiyi 2015-ci ildən keçən müddətdə qazanılmış bütün uğurları heçə endirə bilər. Belə bir şəraitdə həmin məqsədlərə necə nail olmalı? Yüksək Səviyyəli Məşvərət Şurasının üzvləri və BMT-nin nümayəndələri iki illik işin nəticələri barədə hesabatı BMT-yə təqdim ediblər. Hesabatın müəllifləri israr edirlər ki, beynəlxalq birlik, xüsusən indiki qeyri-müəyyən vəziyyəti nəzərə almaqla postkoronavirus dövründə sosial-iqtisadi inkişafa yanaşmanı dəyişməlidir.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, görüş iştirakçıları ətraf mühit məsələlərinə daha artıq diqqət yetirməyə çağırır, rəqəmsal texnologiyaların inkişafının nəticələrini təhlil edirlər. Məşvərət Şurasına müxtəlif ölkələri təmsil edən 16 məşhur alim, ictimai xadim və siyasətçi, o cümlədən Nobel mükafatı laureatı Cozef Stiqlis daxildir.

BMT Baş katibinin birinci müavini Əminə Məhəmməd görüşdə çıxış edərək deyib: "Bu il yoxsulluq həddindən aşağı səviyyədə yaşayan insanların sayı 100 milyon nəfər arta bilər. 1998-ci ildən bəri ilk dəfə olaraq qlobal yoxsulluq səviyyəsi artacaqdır. İqtisadiyyatı bərpa etmək, onu daha davamlı və inklüziv etmək üçün səylərimizi birləşdirməliyik".

Onun sözlərinə görə, məruzə müəllifləri vergitutma sahəsində əməkdaşlığın möhkəmlənməsini, rəqəmsal texnologiyaların əlçatanlığının təmin edilməsini, təbii ehtiyatların lazımınca idarə edilməsinin qaydaya salınmasını və xammal ticarətinə yanaşmanı dəyişməyi tövsiyə edirlər.

Əminə Məhəmməd vurğulayıb: "Bu təkliflər BMT Baş katibinin təşəbbüslərinə müvafiqdir. Baş katib COVID-19-un sosial-iqtisadi nəticələrinə cavab tədbirlərinin həyata keçirilməsində qlobal həmrəylik nümayiş etdirməyə çağırır".

O xatırladıb ki, planetin bütün əhalisi təhlükəsizlik şəraitində deyildirsə, onda heç kəs özünü həqiqi mənada təhlükəsiz şəraitdə hiss edə bilməz. Əminə Məhəmməd vurğulayıb: "Biz hamımız "bir gəminin sərnişinləriyik". Əgər ölkələrdən bəziləri kənarda qalarsa, heç bir ölkə real tərəqqiyə nail ola bilməz".

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Lyu Çjenmin hesabatı təqdim edərək bildirib ki, bu sənədin müəllifləri iqtisadiyyatın inkişafı strategiyasını hazırlayarkən elmi məlumatlara əsaslanmağı, infrastruktura və təhsilə sərmayə qoymağı, iqtisadi qeyri-bərabərliyə qarşı mübarizə aparmağı, xüsusən aşağı maaşlı qulluqçuların əməkhaqqının mütəmadi olaraq artırılmasının təmin edilməsi üçün tədbirlər görməyi tövsiyə edirlər.

Berlindəki Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun prezidenti Marsel Fratser Avropa İttifaqı ölkələri tərəfindən bu günlərdə əldə edilmiş razılaşmanı yüksək qiymətləndirib. Onun sözlərinə görə, Avropanı birlikdə bərpa etmək və Aİ-nin nisbətən yoxsul üzvlərinə kömək etmək barədə razılığa gəlmiş 26 dövlət həm də yeni maliyyə ittifaqının əsasını qoyublar. Bu ittifaq, məsələn, vergitutma sahəsində birgə qərarlar qəbul etməyə imkan verəcək.

Amerikalı iqtisadçı Cozef Stiqlis qeyd edib ki, dünyanın bəzi ölkələri başqaları ilə müqayisədə pandemiyanın öhdəsindən daha uğurla gəliblər. Stiqlis həmin ölkələrin uğurlarının səbəbini təhlil edib. Nobel mükafatı laureatının fikrincə, əhalinin hökumətə etimadı, sosial həmrəylik və problemlərin həllinə elmi yanaşma mühüm rol oynayıb. O vurğulayıb: "Biz müdafiəyə ehtiyac hiss edəndə həmişə dövlətə güvənirik. Lakin dövlətin rolu daim azalanda fövqəladə hallarda hökumət fəaliyyət göstərə bilmir".

Stiqlis beynəlxalq birliyin gələcəyi barədə mülahizələrini də bölüşüb. Onun fikrincə, ölkələr yerli istehsalı genişləndirməyə çalışacaqlar, çünki pandemiya şəraitində qlobal təchizat sistemində nasazlıqlar, dövlətlərin "zəif yerləri" üzə çıxıb. Bununla bərabər o vurğulayıb ki, iqtisadiyyatı bərpa etmək üçün beynəlxalq əməkdaşlığı möhkəmlətmək lazımdır.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az