
Ukraynada maraqlı hadisə baş verib.
Nyus.Az xəbər verir ki, Ukraynanın Zaporojye şəhərində yerləşən Primorski Posad çimərliyində nənə nəvəsinin boynuna zəncir taxıb. Hadisə şahidləri yaşlı qadını qınaq obyektinə çevirsə də o bu hərəkəti ilə nəvəsinin dənizdə uzağa getməsinin və batmasının qarşısını aldığını deyib. Daha sonra çimərlikdəki digər insanlar ona haqq qazandırıblar. Məlum olub ki, adı açıqlanmayan nənə yaxın zamanlarda nəvəsini avtobus dayanacağında itirib. O yenidən belə bir hadisənin yaşanmaması üçün bu addımı atıb. (ölkə.az)
Nyus.Az

























