
Ermənistanda son sutka ərzində daha 104 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 34 981-ə çatıb.
Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, göstərilən müddətdə həm də 9 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 650 nəfər olub.
İndiyədək 23 502 xəstə sağalıb. Hazırda Ermənistanda 10 620 aktiv koronavirus xəstəsi var.
Nyus.Az

























