Kolumbiyada yanacaq maşınının partlaması nəticəsində azı 7 nəfər ölüb, 50-dən çox insan yanıb.
Nyus.Az APA-ya istinadən bildirir ki, bu barədə Puebloviexo bələdiyyəsinin başçısı Fabian David Obispo Facebook səhifəsində yazıb.
Qeyd edilib ki, partlayış baş verən anda yanacaq maşınının yaxınlığında əllərində benzinlə dolu bidonlar olub.
Bələdiyyə başçısının sözlərinə görə, qurbanların sayı ilə bağlı rəsmi məlumat daha sonra açıqlanacaq.
Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları və təcili yardım maşınları cəlb edilib.
Nyus.Az