
Türkiyə ordusunun bölmələri Suriyanın Afrin əyalətində Şeyx əl Hədid şəhəri və altı başqa yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçiriblər.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Türkiyə ordusunun Baş Qərargahı məlumat yayıb.
Qeyd olunur ki, qoşunlar ordu aviasiyasının dəstəyi altında martın 4-də Afrində yeddi yaşayış məntəqəsinə, ilk növbədə isə Şeyx əl Hədid şəhərinə nəzarəti ələ keçiriblər.
"Bundan başqa, Raco və Cenderesi Afrin ilə bağlayan avtomobil yolu nəzarətə götürülüb. Döyüş nəticəsində 56, əməliyyat başlayandan isə ümumilikdə 2668 terrorçu zərərsizləşdirilib", - deyə məlumatda qeyd olunur.

























