
Serbiya prezidenti Aleksandar Vuçiç rəhbərlik etdiyi Serbiya Proqressiv Partiyasının (SPP) parlament seçkilərində qalib gəldiyini elan edib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə siyasi təşkilatın qərargahından məlumat verilib.
Məlumata əsasən, prezidentin müraciəti truba çalanın ifası ilə başladı, ardınca SPP üzvləri "Qələbə, qələbə!" səsləndiriblər.
A.Vuçiç öz çıxışında deyib: "Biz hər yerdə, əvvəl məğlub olduğumuz yerdə də qələbə qazandıq. Berlində, Nyu-Yorkda qazandıq, Moskvada 57%, Soçidə 95% səs topladıq!"
Nyus.Az

























