
İraqın şimalındakı "Pəncə-Pələng" keçirildiyi əməliyyat ərazisində baş verən terrorçularla toqquşmada türk əsgəri ölüb.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, Pençe-Kaplan əməliyyatı bölgəsində PKK terrorçularla toqquşması nəticəsində yaralanan əsgərlərdən biri tibbi müdaxilələrə baxmayaraq ölüb.
Açıqlamada toqquşma zamanı iki terrorçunun silahları ilə birlikdə zərərsizləşdirildiyi də qeyd edilib.
Qeyd edək ki, "Pəncə-Pələng" əməliyyatı Türkiyənin təhlükəsizliyini təhdid edən PKK və digər terror qruplaşmalarının üzvlərinin neytrallaşdırılması məqsədi ilə keçirilir.
Xatırladaq ki, daha əvvəl Türkiyə İraqın şimalında "Pəncə-Qartal" əməliyyatı keçirib, əməliyyat zamanı PKK terrorq ruplaşmasının 81 obyekti məhv edilib.
Nyus.Az

























