
"Rusiyanın Buryatiya respublikasında COVID-19-dan sağalan qadın ikinci dəfə virusa yoluxub".
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bunu respulika xəstəxanasının baş həkimi deyib.
Onun sözlərinə görə, həmin xəstə aprelin 21-də iki mənfi testdən sonra evə buraxılıb. 16 gün sonra yenidən xəstəlik simptomları hiss edən qadından götürülən koronavirus testi müsbət nəticə verib.
Bu, Rusiyada qeydə alınan ilk təkrar yoluxma faktıdır.
Nyus.Az

























