
Qazaxıstanın beynəlxalq hava əlaqəsi uzun müddətə bərpa oluna bilər. Bunu "Samruk-Kazyna" SC-nin logistika və beynəlxalq əməkdaşlıq üzrə idarəetmə direktoru Kanat Alpısbayev bildirib. Qeyd edib ki, xüsusilə də beynəlxalq uçuşların bərpası 1,5-2 il davam edə bilər.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin "Air Astana" və "Fly Arystan" aviaşirkətləri üçün yeni təyyarələrin tədarükü bir müddət təxirə salınacaq.
Qeyd edək ki, bu il koronavirus pandemiyası ilə əlaqədar martın 22-dən "Air Astana" aviaşirkəti bütün aviareyslərini dayandırıb. Martın 29-dək aviaşirkət yalnız təxliyə reysləri həyata keçirib və 14 minə yaxın qazaxıstanlı öz evinə qayıdıb.
Xatırladaq ki, ölkədə karantin rejiminin müddətinin uzadılması səbəbindən "Air Astana" aprelin 15-dən 30-dək nəzərdə tutulan bütün müntəzəm reysləri ləğv etmək məcburiyyətində qalıb.
Nyus.Az

























