• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
  • 05-06-2026 Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
  • 05-06-2026 Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 05-06-2026 Maaşla bağlı MÜHÜM XƏBƏR
  • 05-06-2026 Afaq Bəşirqızı əməliyyat olundu
  • 05-06-2026 Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
  • 05-06-2026 Göyçayda əməliyyat - Həbs edilənlər var
  • 05-06-2026 Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO
  • 05-06-2026 İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
  • 05-06-2026 Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
  • 05-06-2026 Zelenski Putinə açıq məktub ünvanladı
  • 05-06-2026 “Liverpul” yeni baş məşqçisini açıqladı
  • 05-06-2026 Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
  • 05-06-2026 Aygün Bəylərin bacısı - "Ailəmlə küsülüyəm"
  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio

XƏBƏRLƏR

    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
19-12-2018, 08:22

Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər

Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər

Teatrlar Yeni il üçün rəngarəng bayram tamaşaları hazırlayıblar

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Yeni ilə iki həftədən də bir qədər az vaxt qalıb. Bayram, demək olar ki, qapımızın kandarındadır. Artıq Bakının küçələrində bayram ab-havası yaşanır. Bayramın gəlişinə isə daha çox uşaqlar sevinir. Şam ağacı, Şaxta baba, Qar qız, tətil günləri və bir də yeni il tamaşaları, əyləncəli bayram tətili onları gözləyir. Bəzən uşaqlarla bərabər, valideynlər, gənclər də bu bayrama xüsusi hazırlaşırlar. Bayram ab-havası duyulan kimi, valideynləri bir sual maraqlandırır: Bayram günlərində uşaqları hara aparaq? Artıq ənənə halını almış bu yazının da missiyası bəllidir: Valideynləri bayram proqramı ilə məlumatlandırmaq. Teatrlardan, mədəniyyət ocaqlarından yeni ildə uşaqların görüşünə necə hazırlaşdıqlarını və onlara nələr təqdim edəcəklərini soruşduq.

Heydər Əliyev Sarayında sehrli nağıl dünyasına səyahət olacaq

İlk olaraq Heydər Əliyev Sarayının sözçüsü Anar Fərəczadə ilə danışdıq. Müsahibimiz bildirdi ki, yanvarın 2 və 3-də Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri keçiriləcək: "Burada uşaqlara nağıl qəhrəmanları dovşan, qarğa, canavar, pirat, ifrit və küpəgirən qarının iştirakı ilə böyük şam ağacının ətrafında musiqili, əyləncəli və interaktiv nağıl-tamaşa təqdim olunacaq. "Şaxta baba və Küpəgirən qarı" adlanan tamaşa zamanı Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə sevindirəcəklər. Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlər nağıl-tamaşaya xüsusi rəng qatacaq. Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə fərqlənən nağıl-tamaşa uşaqları sevindirəcək və gözəl əhval bəxş edəcək. Uşaqlar sehrli və heyrətamiz nağıl dünyasına səyahət edəcəklər".

Saat 12:00 və 15:00-da başlayacaq nağıl-tamaşa üçün biletlərin qiyməti 6-25 manat təşkil edir.

Ana teatrda uşaq bayramı

Akademik Milli Dram Teatrının kollektivi ənənəvi olaraq bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirəcək. Teatrdan aldığımız məlumata görə, bayram tamaşaları dekabrın 27-dən yanvarın 6-na qədər davam edəcək. Proqrama əsasən, tamaşa gündə 4 seans - saat 11:00, 13:00, 15:00 və 17:00-da uşaqlara təqdim olunacaq. Uşaqlara nümayiş olunacaq "Nindza tısbağalar və kapitan Cekin macəraları" tamaşasının məşqləri yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu rejissoru Anar Sadıqovdur. Səhnə əsərinin rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Teatrın mətbuat katibi Cavid Zeynallı qeyd etdi ki, Akademik Mili Dram Teatrının azyaşlı tamaşaçıları bayram şənliyində iştirak edib tamaşaya baxandan sonra onlara hədiyyələr də təqdim olunacaq: "İnanırıq ki, teatrımızın kollektivinin böyük sevgi ilə hazırladığı şənlik uşaqların, eləcə də valideynlərin yaddaşından uzun müddət silinməyəcək və onlar növbəti bayramlarını da məhz bizimlə birlikdə qeyd edəcəklər".

Musiqili Teatrda "Cırtdanın sərgüzəştləri" olacaq

Azərbaycan Dövlət Musiqili Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova bildirdi ki, repertuarda hər zaman uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr bayram günlərində balaca teatr həvəskarlarının görüşünə Azərbaycan xalq nağılı "Cırtdan"ın motivləri əsasında hazırlanmış "Cırtdanın sərgüzəştləri" musiqili nağıl tamaşası ilə gələcək: "Rəngarəng dekorasiyaları, işıq effektləri, şən musiqiləri və oyunları ilə zövq oxşayan bayram əhval-ruhiyyəli tamaşada, hadisələrin süjet xətti uşaqlıqdan hamımızın adət etdiyimiz "Cırtdan"dan fərqli məcrada cərəyan edir. Burada da Cırtdan öz dostlarını ətrafına toplayıb meşəyə odun yığmağa gedir. Tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır. Səhnə əsərində Əməkdar artist Novruz Əliyev, Məhərrəm Qurbanov, aktyorlar Gülnarə Əzizova, Gültac Əlili, Əmrah Dadaşov, Fərid Rzayev, Zaur Əliyev, Ruslan Mürsəlov, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Murad Əliyev və Əli Kərimovun ifasında uşaqlar biri-birindən maraqlı qəhrəmanlarla tanış olacaq və onlarla birgə möcüzələr aləminə səyahət edəcəklər. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, rejissor assistenti Tamilla Aslanovadır".

Fəridə xanım Yeni ilin ilk günlərini övladları ilə xoş ovqatda və yaddaqalan keçirmək istəyən valideynlərə səsləndi: "Əziz valideynlər, sizi 2018-ci ilin dekabrın 28-dən başlayaraq, 2019-cu il yanvarın 6-na qədər davam edəcək bayram şənliklərinə dəvət edirik".

Öyrəndik ki, bir biletin qiyməti 8 manatdır. Bu biletə hədiyyə də daxildir. Tamaşa gün ərzində 4 seans nümayiş olunacaq.

"Kuklaçılar"ın sürprizi var

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirdi ki, teatr ənənəvi proqrama uyğun olaraq, bu il də azyaşlıları maraqlı tamaşa ilə sevindirəcək: "Bu dəfə də Kukla Teatrında çox maraqlı tamaşa hazırlanıb. Bu tamaşanı sorğumuzda iştirak edən yüzlərlə uşağın istəyi ilə ərsəyə gətirmişik. Yeni il ərəfəsində uşaqlara nümayiş etdirəcəyimiz tamaşanın adı "Maşa və Ayının qış nağılı" adlanır. Tamaşaya Anar Məmmədov quruluş verib. Tamaşanın quruluşçu rəssamı İqabl Əliyevdir. Səhnədə Şaxta baba, Qar qızı da olacaq. Tamaşa dekabrın 26-dan başlayaraq, hər gün 4 seans olmaqla, yanvarın 16-na qədər təqdim olunacaq. Tamaşada mahnılar, rəqslər yüksək səviyyədə hazırlanıb".
Biletlərin qiyməti 3 manatdır. Biletlər ayın 20-dən sonra satışa çıxarılacaq.

Bakı Uşaq Teatrında "Şaxta babanın toyu" olacaq

Bakı Uşaq Teatrının sözçüsü Leyla Həşimova bildirdi ki, Azərbaycanı qarış-qarış gəzən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı bu dəfə Gədəbəydə tamaşa göstərəcək: "Bayram günlərində uşaqlara təqdim edəcəyimiz "Şaxta babanın toyu" tamaşasının quruluşçu rejissoru respublikanın əməkdar artisti İntiqam Soltandır. Tamaşanın rejissor köməkçisi İlhamə Əhmədova, rəssamı Sevda Məmmədovadır. Musiqi tərtibatı Rauf Hüseynliyə, rəqslərin quruluşu Könül Şahbazovaya məxsusdur".

Bayram tamaşası üçün nəzərdə tutulmuş biletlərin qiyməti 5 manatdır.

Bakı Dövlət Sirkinin yeni il şousu

Bakı Dövlət Sirki Yeni il şənliyi üçün Rusiya və Belarus artistlərindən ibarət komandanı ölkəmizə dəvət edib. Bu barədə sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov məlumat verdi: "Tamaşalar dekabrın 28-dən yanvarın 13-dək nümayiş olunacaq. Yeni ilə həsr olunmuş proqramda əhliləşdirilmiş heyvanlar, cigitlər qrupu, hava gimnastları, akrobatlar, perş, qeyri-adi lazer və işıq effektləri və s. olacaq. Şən klounlar, Şaxta baba və Qar qız bir-birindən maraqlı, rəngarəng şoularla izləyicilərə xoş anlar yaşadacaq".

Biletlərin qiymətləri sıraya görə - 10, 12, 15 və 20 manat arasında dəyişir.

Bulvar da bayrama hazırdır

Dənizkənarı Bulvar İdarəsi Yeni il bayramı ilə əlaqədar hazırlıqları davam etdirir. Dənizkənarı Bulvar İdarəsindən verilən məlumata görə, parkın ərazisi boyunca ağaclar çıl-çıraqlarla bəzədilib: "Kukla Teatrının arxasında, bulvar ərazisində olan meydanda yolka qurulub. Kukla Teatrının yanında, yeraltı keçidin önündən bulvar ərazisi istiqamətində çıl-çıraqlarla bəzədilən, uzunluğu 35, eni 4,3 və hündürlüyü 5 m olan tunel quraşdırılıb. Tunelin qurtaracağında, təxminən 30 m məsafədə diametri 5 m olan, işıqlarla bəzədilən şar quraşdırılıb (içərisində şəkil çəkdirmək üçün). Şarın yaxınlığında Yeni ilin rəmzi olan maral qoşulmuş xizək, işıqlarla bəzədilmiş retro maşınlar qoyulacaq. Bayram günlərində Dənizkənarı Bulvar İdarəsi paytaxt sakinləri və qonaqlara maraqlı proqramlar təqdim edəcək".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan

1 2 3 4
Önceki Sonraki
Yukarı
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az