• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
7-04-2020, 15:20

Təhsil Nazirliyi: "Azərbaycanda teledərslərə “60-cı illərin texnologiyası” deyənlər də oldu"

Təhsil Nazirliyi: "Azərbaycanda teledərslərə “60-cı illərin texnologiyası” deyənlər də oldu"

Azərbaycanda 11 mart tarixində (məktəblərin bağlanmasından 7 gün sonra) bütün ölkə ərazisində yayımına başlanmış teledərslərə "60-cı illərin texnologiyası" deyənlər də oldu. Azərbaycandan başqa bütün ölkələrin "bir düyməni sıxmaqla" distant təhsilə keçdiyi də iddia edildi. Bu fikir, yumşaq desək, kiminsə təxəyyülündən başqa bir şey deyildi.

Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

Onun sözlərinə görə, Böyük Britaniya 20 aprel tarixindən BBC kanalında bütün ölkəyə yayımlanacaq teledərslərə start verir:

"Bu təşəbbüsə ölkədə hər bir şagirdin məktəb proqramından geri qalmaması məqsədilə başlanılır. "BBC Bitesize Daily" adlanacaq dərslər 14 həftəni, əsas fənləri və bütün sinifləri (5-14 yaş) əhatə edəcək. Dərslər hər gün yayımlanacaq və sonradan təkrar baxılmaq üçün onlayn resurslara yerləşdiriləcək. Bu BBC kanalının tarixində ən böyük təhsil layihəsi olacaq".

E.Məmmədov Böyük Britaniyada məktəblərin mart ayının 20-dən bağlanıldığını, teledərslərə isə məktəblərin bağlanmasından düz 1 ay sonra başlanıldığını söyləyib:

"G-7 nəhəng iqtisadiyyatlar klubunun üzvü olan, fiber optik şəbəkəyə milyardlarla funt sterlinq sərmayə yatırmış, 5G mobil texnologiyasını tətbiq edən Böyük Britaniyada bu günədək təxminən 7-10% ailənin (households) internetə çıxışı yoxdur. Böyük Britaniya "bir düyməni sıxmaqla" məktəbləri distant təhsilə keçirə bilmədi. Çünki deyilən o "bir düymə" nə Böyük Britaniyada, nə ABŞ-da, nə Almaniyada, nə Yaponiyada, nə də ki Çində var. İnternetin əhatəliyi və keyfiyyəti, ailələrin (xüsusilə də aztəminatlı ailələrin) həcmli trafiki çəkə biləcək son model planşetlərə və smartfonlara çıxış imkanları hələ də problem olaraq bir çox inkişaf etmiş ölkələrdə qalır. Təhsil isə yalnız zənginlər üçün deyil. Onlayn dərslər interaktivlik təmin etdiyi halda, hələ də əhatəlik təmin edə bilmir. Google Hangouts, Zoom, Teams və bunun üçün geniş istifadə edilən bütün digər proqram təminatları bu günlər inanılmaz yük altında çalışır, əksər hallarda texniki çətinliklərlə üzləşir və keyfiyyət standartlarını aşağı salır. Çünki bu proqramlar bu gün dünyanın 188 ölkəsində eyni vaxtda evdə oturmuş 1.5 milyard şagird və tələbələrə tələb olunan əhatəliyi və keyfiyyəti təmin edə bilmir. Nə bu gün, nə sabah. Koronavirus pandemiyası gətirdiyi bəlalarla yanaşı ölkələrin kommunikasiya infrastrukturlarına daha çox sərmayənin yönəldilməsinin nə qədər əhəmiyyətli olduğunu əyani şəkildə nümayiş etdirdi. Distant təhsili təşkil etməkdən başlayaraq evdən çıxmaq üçün SMS-icazəsi almaq yüksək keyfiyyətli və stress vəziyyətə dözümlü şəbəkə tələb edir. Ümid edək ki, bəşəriyyətin üzləşdiyi bu fövqəladə vəziyyətdən ölkələr düzgün nəticələr çıxaracaq və investisiya istiqamətlərinin prioritetliyi növbəti dəfə müəyyən edilən zaman bu günlər yada salınacaq. Bu günə isə "Mədəniyyət" kanalı Böyük Britaniyanın BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi və yayımı sahəsində öz zəngin təcrübəsini bölüşə bilər".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az