• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
2-04-2020, 10:48

Xarici ölkələrdə Dövlət Himninin ifa edilməsi qaydası təsdiqləndi

Xarici ölkələrdə Dövlət Himninin ifa edilməsi qaydası təsdiqləndi

Nazirlər Kabineti "Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi Qaydası"nı təsdiq edib.

Nyus.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qayda "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun (bundan sonra - Qanun) 7.3-cü maddəsinə əsasən hazırlanmışdır və xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydasını müəyyən edir.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi Qanunun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 iyul tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Protokolunun Əsas qaydaları"na və bu Qaydaya uyğun həyata keçirilir.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı ifa edilən Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi və mətni "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olmalıdır.

Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Himni xarici dövlətlərin ərazisində Azərbaycan Respublikasının keçirdiyi Azərbaycan Respublikasının bayramlarına, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələrə həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və Azərbaycanın Milli qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, həmçinin dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən) ifa edilir.

Azərbaycan Respublikasının Dövlət Himni xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərin açılışında, qəbul edən dövlətin Dövlət Himnindən sonra ifa edilir.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni başqa dildə oxuna bilməz.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin və musiqisinin təhrifinə yol verilmir.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni qapalı və ya açıq məkanda ifa edilərkən, səsin təzyiqi (səviyyəsi) müvafiq xarici dövlətin qanunvericiliyi nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları"na uyğun tənzimlənir.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməlidirlər.

Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilərkən, sağlamlıq imkanları məhdud olanlar, bu Qaydanın 3.1-ci və 3.2-ci bəndlərində göstərilən tələblərin həyata keçirilməsi çətin olduğu halda həmin tələblərə riayət etməyə bilərlər.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az