• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
26-11-2019, 10:40

Bakıda “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar keçirilir - FOTO

Bakıda “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar keçirilir - FOTO


MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Milli İncəsənət Muzeyində "Sərhədsiz incəsənət" adlı beynəlxalq seminar öz işinə başlayıb.

Mədəniyyət Nazirliyindən milli.az-a verilən məlumata görə, seminarın açılışında çıxış edən nazir müavini Sevda Məmmədəliyeva nazir Əbülfəs Qarayevin adından seminar iştirakçılarını salamlayaraq diqqətə çatdırdı ki, layihə mədəniyyət müəssisələrinin fiziki və əqli cəhətdən qüsurlu insanlar daxil olmaqla bütün ziyarətçilər üçün əlverişliliyinin təmin edilməsinə yönəlib.

Seminarda MDB ölkələrinin aparıcı muzeyləri, ali təhsil müəssisələrinin və özəl sektorun nümayəndələri, QHT və xeyriyyə fondları, əlil icmalarının və s. təşkilatların 45-dən artıq nümayəndəsi iştirak edir: "İnanırıq ki, müxtəlif ölkələrdən olan nümayəndələrin iştirakı ilə bölüşülən təcrübələr sərhədsiz mədəniyyət məkanının yaradılması istiqamətində öz bəhrəsini verəcək. Həmçinin seminar çərçivəsində bu mövzuya müxtəlif rakurslardan yanaşmalar fiziki məhdudiyyətli şəxslərin yaradıcılıqda bərabərhüquqlu olmalarına təminat yaradacaq. Layihənin ideyası muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin maksimal rahat qavrayışı üçün uyğunlaşdırmaq məqsədilə dünyanın aparıcı muzeylərinin təcrübəsinin öyrənilməsi zamanı ərsəyə gəlib. Əlçatan mədəniyyətin yaradılması üzrə BMT-nin tövsiyələrini rəhbər tutaraq Azərbaycan Milli İncəsənət Muzeyi sərhədsiz mədəniyyət məkanının yaradılması sahəsində MDB-yə üzv dövlətlərlə fəal əməkdaşlıq platforması yaradır".

Nazir müavini qeyd etdi ki, seminar çərçivəsində MDB ölkələrinin muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üzrə uğurlu təcrübəsi nəzərdən keçiriləcək. Bununla yanaşı, hüquqi məsələlər, turizm fəaliyyətinin təşkili, sağlamlıq imkanları məhdud şəxslərin incəsənət vasitəsilə inklüziv bədii təhsilin inkişafı, habelə bu qəbildən insanların sosiallaşması və əmək məşğulluğu məsələləri də diqqət mərkəzində olacaq. Tədbirdə ustad dərsləri, sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgilər təşkil ediləcək.

Sevda Məmmədəliyeva həmçinin diqqətə çatdırdı ki, Azərbaycan dövləti BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasına uyğun olaraq qurumun əlilliklə bağlı tövsiyələrini nəzərə alaraq bu sahəyə hər zaman qayğı ilə yanaşır. Bu il ərzində Prezident İlham Əliyevin sərəncamı ilə əlilliyə görə ödənilən müavinətin məbləği 94 faizə qədər qaldırılıb. Əlilliyi olanları himayə edənlərin də müavinətləri iki dəfəyə qədər artırılıb. Qarabağ əlillərinin müavinətləri də son ildə iki dəfəyə qədər artırılıb, onlar Prezident təqaüdü və digər sosial təminatlarla əhatə olunublar. Hazırda ölkəmizdə 80-ə yaxın təşkilat sağlamlıq imkanları məhdud şəxslərin problemləri ilə məşğul olur: "İlk növbədə Heydər Əliyev Fondu və onun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə diqqətini xüsusilə vurğulamaq istərdim. Həmçinin Prezident İlham Əliyevin sərəncamına əsasən, "Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq uşaqlar arasında əlillik və fiziki qüsurluluğun dərəcəsi azalıb. Seminarda respublikamızda fəaliyyət göstərən xüsusi reabilitasiya mərkəzləri nümayəndələri də edirlər. Qanunvericiliyə əsasən, fiziki məhdudiyyəti insanların işlə təmin olunması ilə bağlı ölkədə beş faizlik kvota həyata keçirilir. Görmə məhdudiyyəti insanlar üçün musiqi məktəbləri, kitabxana, o cümlədən "ƏSA" adlı inklüziv teatr fəaliyyət göstərir. İnanıram ki, dörd gün davam edəcək seminar çərçivəsində təqdim olunacaq məruzələrdə muzey, ali təhsil müəssisələri və xeyriyyə fondlarının bölüşdükləri təcrübələr faydalı olacaq".

Sonra Beynəlxalq Muzeylər Şurasının (İCOM) Rusiya üzrə nümayəndəsi Dinara Xalikova "İnklüziv muzey" layihəsi: əməkdaşların öyrədilməsindən ziyarətçilərin cəlb olunmasınadək", Rusiya Dövlət Tretyakov Qalereyasının maarifləndirmə və nəşriyyat fəaliyyəti üzrə baş direktor müavini Marina Elsezzer "Tretyakov qalereyası - hamı üçün açıq muzey" mövzusunda məruzələrlə çıxış etdilər

Seminarın ikinci panel iclasında mövzu ilə bağlı üç təqdimat oldu. İlk olaraq "İnklüziv muzey. Eşitmə əlilliyi və zəifliyi olan ziyarətçilər" layihəsi üzrə İCOM-un Rusiya üzrə məsləhətçisi, Dövlət Tarix Muzeyinin əlçatanlıq proqramının kuratoru Vladislav Kolesnikov "Eşitmə əlilliyi və zəifliyi olan ziyarətçilərlə iş: sosial və mədəni potensial", A.Kasteyev adına Dövlət İncəsənət Muzeyinin əməkdaşı Gülmira Şalabayeva "Sərhədsiz muzey: əlilliyi olan ziyarətçilər üçün muzeyin əlçatanlığı", "QARAJ" müasir incəsənət muzeyinin bələdçisi Lyudmila Luçkova "QARAJ" muzeyinin layihələri: nəzəriyyə və təcrübələr" mövzusunda çıxış etdilər.

Günün ikinci yarısında seminar məruzələrlə öz işini davam etdirdi.

Nyus.Az




















Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az