• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
3-08-2015, 11:42

Mübariz Ağayevə arxadan vurulan zərbə

Mübariz Ağayevə arxadan vurulan zərbə

Ayrı-ayrı rayonlarda məmur korpusunun özbaşınalığı nəticəsində baş verənlərlə bağlı ölkə mətbuatında kifayət qədər məqalələr dərc olunur.

Bir çox hallarda rayon rəhbərliyi səviyyəsində həyata keçirilən total qanunsuzluqlarla müşahidə edilən davranışlar əhalinin ciddi narazılığına səbəb olur. Təbii ki, bu baxımdan yerlərdəki nöqsan və çatışmazlıqları danmaq mümkün deyil. Ölkə prezidenti cənab İlham Əliyev də bir müddət öncə bu kimi hallara toxunaraq bir çox problemlərlə bağlı mətbuat vasitəsilə xəbərdar olduğunu dilə gətirməklə medianın müstəsna əhəmiyyətini qeyd etmişdir. Təbii ki, medianın bir nömrəli vəzifəsi qanunsuzluqlara güzgü tutaraq nöqsanları həm ölkə rəhbərliyinə, həm də ictimaiyyətə göstərməkdir. Amma etiraf edək ki, bəzi hallarda mətbuat da qərəzə yol verərək, heç də həqiqətə uyğun olmayan faktlara qucaq açır ki, bu da yolverilməzdir. Məhz bu kimi hallara görə vicdanlı və xalqına xidməti özünə borc bilən bəzi dövlət məmurlarının ictimai reputasiyasına zərbələr vurulur. Təəssüf hissiylə qeyd etməliyik ki, mətbuatın bu cür haqsız basqılarına məruz qalan məmurlardan biri də Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevdir. Məlumat üçün bildirək ki, Mübariz Ağayev ölkədə kifayət qədər tanınan nüfuzlu ictimai xadimlərdəndir. O, 1 sentyabr 1953-cü ildə Ucar rayonunun Məlikumudlu kəndində anadan olub. Azərbaycan Texnologiya institutunu bitirib. İxtisasca texnoloqdur. 1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətindəəmək fəaliyyətinə başlayan Mübariz müəllim sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaişə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979-1986-cı illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987-1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989-1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991-1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995-1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-Çörək ASC idarə heyətinin sədri vəzifələrində çalışıb. 2006-2007-ci illərdə Göyçay, 2007-2012-ci illərdə Mingəçevir, 2012-2015-ci illərdə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2015-ci il tarixli sərəncamı ilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Onun Quba rayonunda həyata keçirtdiyi sosial layihələr, abadlıq-quruculuq işləri bu gün də məmnunluqla xatırlanır. Elə Göyçaya təyinat aldığı ilk günlərdən küçə və yolların abadlaşdırılmasına xüsusi diqqət ayıran Mübariz Ağayev bu əməksevərliyi ilə bir daha sübut etdi ki, Prezidentin yüksək etimadına tam layiqdir. Amma bəzi KİV-lərə ötürülən qərəzli məlumatlarla Göyçayda görülən uğurlu işlərə kölgə salınmağa çalışılır, bununla da nəticə etibarilə Mübariz Ağayevin nüfuzdan salınmasına cəhdlər göstərilir. Mövzuyla bağlı mediaya sızan məlumatlarda isə bildirilir ki, Göyçay rayonundan mətbuata ötürülən “fakt”lar əsasən bir başın məhsuludur və həmin başın sahibi heç də uzaqda olmayıb Mübariz Ağayevin öz komandasında qeyri-rəsmi yer alıb. Daxil olan məlumata görə, özünü Göyçay Rayon İcra Hakimiyyətinin “mətbuat katibi” elan edən (əslində isə RİH-lərin strukturunda “mətbuat katibi” adlı vəzifə yerli-dibli yoxdur-ideologiya.az) Arif Yusubov rayondakı məmurlardan mətbuata həqiqətə uyğun olmayan faktlar ötürür. Ardınca isə ortaya “xilaskar” obrazında çıxan “mətbuat katibi” həmin məmurlarla əlaqə saxlayaraq problemi həll etməyi üzərinə götürür – təbii ki, havayı yox. Bu yolla yerli məmurları qorxu altında saxlayan Arif Yusubov ictimai rəydə Göyçay rayonunun mənfi obrazının cızılmasına səbəb olmaqdadır. Daxil olan daha bir informasiyada isə iddia olunur ki, rayondakı hansısa məsələylə bağlı Arif Yusubovla telefon əlaqəsi saxlayan jurnalistlərin özləri də şantaja məruz qalır. Belə ki, Arif Yusubov ona verilmiş sualları cavablandırmaq, jurnalist sorğularıyla bağlı rəhbərliyi məlumatlandırmaq əvəzində jurnalistlərə “sizin səsinizi yazmışam, sizi tutduraram” kimi artıq köhnəlmiş “xox”lar gəlməyə çalışır. Bəs kimdir, bu Arif Yusubov? Bu şəxs bir vaxtların ən “parlaq” reket jurnalistlərindən hesab olunurdu. Ayda - ildə bir dəfə dərc olunan ya olunmayan qəzetlərin vəsiqələri ilə rayonları dolaşan Arif Yusubov günlərin birində necə olursa Qubada “lövbər salmalı” olur. O vaxt Mübariz Ağayev Quba rayonun icra başçısı idi və Arif Yusubov da özünü başçısın sözçüsü elan edir. Bu günə qədər də onun hansı keyfiyyətlərinə görə Mübariz Ağayev tərəfindən vəzifəyə (qeyri-rəsmi) layiq görülməsi sirr olaraq qalır. Bəzi iddialara görə, ortada hansısa şantaj mövzusu da var, amma biz bu kimi iddiaların doğruluğuna təminat verə bilmərik.(cünki cox əcaib iddialar var) Fakt isə faktlığında qalır ki, Arif Yusubov bu gün Göyçayın icra başçısı Mübariz Ağayevin bir nömrəli düşməninə çevrilib. Hər halda Göyçaydan mətbuata faktlar ötürmək və sonradan da özünü icra başçısının dostu adlandırmaq heç bir məntiqə sığmır. Mövzuya qayıdacaq və daha şok faktları diqqətinizə çatdıracağlıq.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az