
Tarix Əliyev (Tolik) BNA (Bakı Nəqliyyat Agentliyi) tərəfindən cərimələnib.
Nyus.Az milli.az-a istinadən xəbər verir ki, bu barədə Tolik aparıcısı olduğu proqramda məlumat verib.
Aparıcı idarə etdiyi "Mercedes Galenvagen" markalı avtomobilini səkidə saxladığı üçün 100 manat cərimə edildiyini bildirib:

"Orada dayday mənə dedi ki, "Çıx səkinin üstündə saxla. Səkinin üstündə saxlayanda problem olmur". Mən də məcburən çıxdım burada saxladım. 5 gün dalbadal məni burada Bakı Nəqliyyat Agentliyi çəkdi və mən getdim 100 manat ödədim. Amma bəzi mənim kimi sürücülər aldanırlar o insanlara. Deyir - Çıx səkinin üstündə saxla, problem olmayacaq".
Nyus.Az































