• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
28-10-2019, 11:12

"Müxtəlif ölkələrdə təhsil almağımın səbəbi fərqlilik axtarışıdır" - Xaricdə təhsil

"Müxtəlif ölkələrdə təhsil almağımın səbəbi fərqlilik axtarışıdır" - Xaricdə təhsil

Fidan Əlizadə: "Hər universitet mənə fərqli dünyagörüşü verdi, hər ölkədən fərqli mədəniyyətlər tanıdım"

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Onun haqqında təhsil fədaisidir desək, yanılmarıq. Uşaq yaşlarından tək xəyalı yüksək səviyyədə təhsil almaq və ölkəyə yararlı vətəndaş olmaqdır. Təhsil onun üçün məcburiyyət deyil, xüsusi zövqdür. Üstəlik, çox oxuyan deyil, çox gəzən çox bilər prinsipi ilə də hərəkət edir. Özünü daim öyrənməyə həsr edən həmsöhbətimizi tanıyaq...

Xaricdə təhsil rubrikamızın qonağı Fidan Əlizadədir.

Fidan Bakı Türk Anadolu liseyini bitirib. Deyir ki, məqsədi ali təhsilini də Türkiyədə davam etdirmək olsa da, sonradan fikrini dəyişib: "Türkiyədə arzuladığım universitetlərə qəbul almışdım. Hacettepe, Ankara Universiteti, Yıldız Teknik Universiteti kimi tanınmış təhsil ocaqlarından yararlanmaq şansım var idi. Lakin son anda təhsilimi Avropada almağa qərar verdim. 2 ay İELTS imtahanına hazırlaşdım. Lazım olan keçid balını yığdıqdan sonra Avropa universitetlərinə müraciət etdim. Təqaüdlə təhsil almağı hədəflədiyim üçün ən uyğun variant İtaliyada idi. Çünki sözügedən ölkədə təqaüd imkanı daha üstün idi. Polşadakı bəzi universitetlərdən, Estoniyadan, Almaniyadan da qəbul almışdım. Lakin hərəsində ya 30, ya da 50 faizlik təqaüd imkanı vardı. Ona görə də 100 faizlik təqaüdü seçib, İtaliyada Roma şəhərində Tor Vergata Universitetində iqtisadiyyat fakültəsində 3 illik bakalavr təhsilinə başladım. Orada təhsil aldığım müddətdə Erasmus proqramı ilə Malta Universitetində təhsilimi davam etdirdim. Maltada olduğum müddətdə cavablar açıqlandı ki, Amerikada təqaüdlə West Virginia Universitetinə qəbul olmuşam. Hazırda bu universitetdə təhsil alıram. Sonra yenidən Erasmusa müraciət etdim və hazırda İngiltərədə Sheffield Universitetində təhsilimə davam etmək imkanı əldə etmişəm.

- Fidan xanım, təhsil sizin üçün nədir?

- Məncə, təhsilə marağı insana uşaqlıqdan valideynləri aşılayır. Mən uşaq olanda, anam mənə artıq əlifbanı və hərfləri öyrətmişdi. O, məni oxumağa məcbur etmirdi. Mən sevə-sevə anamla dərs oxuyurdum. Yazmağı, hesablamağı anamdan öyrənmişəm. Nənəm və anam fizika müəllimi olub. Mənə hər zaman deyərdilər ki, sənin damarlarında fizik qanı axır. Mən də uşaqlıqdan texniki fənləri sevirdim və bu sahədə təhsil alacağımı bilirdim. 3-4-cü sinifdə 6-cı sinfin tənliyini edirdim. Artıq 4-cü sinifdən məktəbi bitirib universitetə qəbul olmağı xəyal edirdim. Əlimdə TQDK broşürları ilə ixtisas seçirdim. Təhsilə marağım uşaqlıqdan var. Mənim üçün zaman çox önəmlidir və bu vaxta qədər tək məqsədim yaxşı karyera qurmaq olub. Məsələn, müəllimlərimiz universitetlərdən danışırdı. Onlar danışdıqca mən özümü oralarda xəyal edirdim. Hər zaman məqsədyönlü və çalışqan biri olaraq tanınmışam. Həmişə istəyirəm ki, maksimum dərəcədə bilik alım. Eyni mühitdə qalmağı sevmirəm. Hər dəfə müxtəlif mühitlərə keçməyimin səbəbi odur ki, biliklərimi təkmilləşdirim və gələcəkdə öz ölkəmdə tətbiq edim. Xaricdə müxtəlif ölkələrdə təhsil almağımın səbəbi fərqlilik axtarışıdır. Artıq istəyirdim ki qabığımdan çıxım və əsl Fidanı kəşf edim. Bunun da yolu təhsildən keçir.

- Nə üçün qəbul olduğunuz universitetlə kifayətlənmirsiniz, daim növbəti ölkə və universitet axtarışındasınız?

- Həyatda tək prinsipim heç vaxt dayanmamaqdır. Bütün ətrafım mənə deyir ki, biz səni nə vaxt görsək, qaçırsan. Mən həyatda hər zaman qabağa getməyə, nələrisə tez bitirməyə tələsirəm. Həyatın digər mərhələsinə atlamağa tələsirəm. Bu vaxta kimi də universitetlərə qəbul zamanı bütün sənəd prosedurlarını özüm etmişəm. Heç vaxt dayanmaq istəməmişəm. Düşünürəm ki, insan bir yerdə dayandığı zaman inkişaf etmir. İnkişaf etmək üçün fərqlilik lazımdır. Əgər daha üstün imkan varsa, niyə onu sınamayım? Təhsildə mənim üçün risk yoxdur. Valideynlərim mənə deyirdi ki, bir mühitdə oxuduğun zaman digər mühitə keçmək çətindir, risk etmə. Mən təhsildə risk etməyi sevirəm. Hər universitet mənə fərqli dünyagörüşü verdi, hər ölkədən fərqli mədəniyyətlər tanıdım. Erasmus proqramının müsbət cəhətlərindən biri odur ki, Maltada olarkən müxtəlif ölkələrdən insanlarla tanış oldum, hətta 7 amerikalı qızla çox yaxşı dostluq münasibətlərim başladı. Onlar daha sonra mənə Amerikada universitet seçməyə dəstək oldular. Etdiyim bütün risklərin müsbət nəticəsini görmüşəm. Amerikada təhsil mənim üçün uşaqlıqda əlçatmaz görünürdü. Amma xəyalıma çatdım. Bundan əlavə, 1-ci kursda Çexiyada stajor kimi işləyirdim. Bir çox dostlarım mənə deyirdi ki, 1-ci kursda olan tələbə Avropada iş tapa bilməz. Bütün ölkələrə staj üçün müraciətə başladım. 3 ay Çexiyada işlədim. Gəzdiyim ölkələrdə o qədər insan var ki, hər rastlaşdığım insana Azərbaycanı tanıdıram. Bacardığım qədər ölkəmiz haqqında məlumat verir, xəritədə göstərirəm. Səyahət mənə təhsillə yanaşı ölkəmi tanıtmaq imkanı da verir.

- Təhsil aldığınız məktəblərin və ölkələrin hansı xüsusiyyətlərinin bizim ölkədə olmasını istərdiniz?

- Hər ölkənin pis tərəfləri də var. Amma yaxşılarından danışmaq istəyirəm. Məsələn, İtaliyaya gedəndə mənim qibtə etdiyim nüans insanların komplekssiz olmasıdır. İnsan komplekssiz olanda bu, onun yaşam stilinə, yeni dostlar qurmasına təsir edir. Daha sonra türk liseyində gördüklərimin məktəblərimizdə tətbiq olunmasını çox istərdim. Liseydə oxuduğum müddətdə sinifdə ancaq daha çox türklər təhsil alırdı. Orda "kaş Azərbacan məktəblərində də bu olardı" dediyim nüans şagirdlərin kitab oxumağa həvəsinin olması idi. Bədii kitaba o qədər böyük maraq var idi ki... Bir imtahan bədii kitaba həsr olunurdu. Müzakirələr belə kitabla bağlı olurdu. Məsələn, təzə kitab çıxan kimi hamı ondan danışırdı. Kitab oxumasan, o söhbətlərə qoşula bilməzsən. Mən Azərbaycan məktəblərində belə hallar görmədim. Amerikada isə məni təəccübləndirən təhsil aldığım universitetdə olan karyera mərkəzləridir. Hər bir tələbənin öz karyera məsləhətçisi var. İşə düzələndə, CV hazırlayanda kömək edirlər. Burada 408 tələbə cəmiyyəti var. Həftəsonu tələbələr pulsuz şəkildə bu cəmiyyətlərə qoşulub sosial əyləncələrdən istifadə edirlər. Hər şeyi tələbənin öhdəsinə buraxmaq olmaz. Tələbəyə dəstək olmaq lazımdır. Yetəri qədər rayonlardan tələbələr Bakıya gəlirlər. Onların daha yaxşı mühitə düşməsi üçün universitetlər də çalışmalıdır.

- Bir tələbə xaricdə təhsil almaq istəyirsə, əsas nələrə diqqət etməlidir?

- Bir tələbə xaricdə təhsil almağı hədəfləyibsə bunun maddi tərəfini hesablamalıdır. Düzdür, mən ancaq təqaüdlə davam etmişəm. Təqaüdlə təhsil alsan belə, gecikmə ehtimalını nəzərə almalısan. İş imkanına gəldikdə İtaliyada tələbənin işləmək imkanı azdır, Amerikada isə çoxdur. Amerikada müəyyən limitlə işləyib xərclərini qarşılaya bilərsən. Bundan əlavə, universitet seçəndə hamı daha çox reytinq sıralamasına baxır. Bununla yanaşı, universitetin İdarə Heyətini də araşdırmaq lazımdır. Əgər İdarə Heyəti sənə yardımçı olmağa can atırsa, o zaman daha güvənli olursan. Tələbə universitet seçərkən də mütləq sosial mühitə önəm verməlidir. Məqsədin ancaq təhsil olduqda yad ölkədə çox sıxılırsan. Mən İtaliyada belə oldum. Tələbələrin ən böyük səhvlərindən biri getdiyi ölkələrdə ancaq öz millətindən olan insanları tapıb münasibət qurmalarıdır. Bu, tək bizdə belə deyil. İtaliyanlar da belədir. Bu, asana qaçmaqdır. Məndə də xarici ölkə vətəndaşı ilə ünsiyyətə girə bilməmək qorxusu var idi. Əlbəttə ki, harada olursan ol azərbaycanlılarla tanış olmaq yaxşıdır. Amma sadəcə onlarla birlikdə gəzmək, asana qaçmaqdır. Belə olan halda, mühitdən əldə etdiyin bir şey olmayacaq. Həyatında avantaj yaratmaq, dünyagörüşünü inkişaf etdirmək üçün xarici tələbələrlə ünsiyyətdə olmağa başlamaq lazımdır.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az