• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
21-10-2019, 01:02

Nikah restoranlarda yox, muzeylərdə, tarixi məkanlarda bağlanarsa...

Nikah restoranlarda yox, muzeylərdə, tarixi məkanlarda bağlanarsa...

Bu, hər şeydən əvvəl, gənclərin nələrə önəm verdiyi, həyatlarında hansı dəyərləri daşıyacaqları baxımından əhəmiyyətlidir

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Rusiyanın Müasir Tarix Muzeyi yeni evlənənlər üçün qapısını açıb. XVIII əsrin memarlıq abidəsi olan muzeyin möhtəşəm salonlarında nikah mərasimləri keçirilir. Moskva hökumətinin "Yeni evlilik qeydiyyatı meydanı" layihəsi çərçivəsində keçirilən ilk təntənəli mərasim, məşhur Moskva İngilis Klubunun keçmiş kitabxanasında baş tutub. Bu, muzeyin bərpa edildikdən sonra açılan ən gözəl salonlarından biridir. Salon mərmər sütunlar, nəhəng tavan çilçırağı və Puşkin dövrünün orijinal nəşrləri olan kitab şkafı ilə bəzədilib. Binanın tarixi interyerlərində yeni evlənənlər və qonaqlar yaddaqalan şəkillər çəkdiriblər. Nikah qeydiyyatı VVAQ-ın Moskva şöbəsinin işçiləri tərəfindən standart qiymətə - 350 rubla aparılıb. Şüarı "Tarixi SİZ yaradırsınız!" olan muzeyin baş direktoru İrina Velikanova qeyd edib ki, yeni bir ailənin qurulması Rusiyanın böyük milli tarixinin bir hissəsidir: "Bir ailə qurmağa qərar verən cütlər, ölkəmizin müasir həyatını əks etdirən bir muzeydə, açıq şəkildə şəxsi tarixlərini - bu günlərini və gələcəklərini Rusiyanın tarixi ilə əlaqələndirirlər. Ümid edirik ki, bu cür mərasimlər yaxşı bir ənənəyə çevriləcək və mütəmadi olaraq muzeyimizin salonlarında keçiriləcək".

Moskvada həyata keçirilən nikah mərasimi nümunə kimi Rusiyanın başqa şəhərlərinə də yayılmağa başlayıb. Böyüklü-kiçikli Rusiya şəhərləri gənclərə ölkələrinin və şəhərlərinin tarixlərini tanıtmaq və sevdirmək, həmçinin gələcək nəsillərə nümunə göstərmək üçün nikahlarını tarixi məkanlarda bağlamağı təklif edirlər. Maraqlısı odur ki, gənclər çağırışa fəallıqla qoşulublar.

Qeyd edək ki, bizim ölkəmizdə nikah mərasimlərini tarixi yerlərdə, muzeylərdə və s. qeyd etmək ənənəsi olmasa da, belə məkanlarda fotosessiyalar keçirmək ənənəsi mövcuddur. Məsələn, gənclər Şəhidlər Xiyabanını ziyarət edir, Milli Parkda, İçərişəhərdə və s. yerlərdə gəzərək anları foto və videokameranın yaddaşında əbədiləşdirirlər. Nikah mərasimləri isə adətən VVAQ şöbələrində, toy mərasimi zamanı restoran və ya şadlıq evində qeyd edilir.

Qardaş Türkiyədə də nikah mərasimlərinin tarixi məkanlarda qeyd olunması halları olsa da, çox yayılmayıb. Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçinin sözlərinə görə, qardaş ölkədə gənclərin tarixi, turistik məkanlarda nikah mərasimləri mövcud olsa da, bu, kütləvi hal almayıb. Məsələn, Kapadokiyada uçan balonlarda nikahın qeydə alınması son vaxtlar dəbdədir: "Tuz gölündə nikah fotoları çəkdirmək də son aylar dəbdədir. Zaman-zaman bu cür mərasimlər həyata keçirilir. Bir zamanlar İstanbul boğazında, Qız qülləsində belə mərasimlər keçirilirdi. Ancaq bu, ümumi bir trend və dəb şəklində deyil, Türkiyədə çox yayılmayıb".

Bizim ölkəmizə gəlincə, Tarixçi-alim Firdovsiyə Əhmədova nikah mərasimlərinin tarixi məkanlarda qeyd olunmasını əlamətdar hadisə hesab edir. Belə ki, sovet dövründə bu cür mərasimlərin ideoloji ənənəsi olub: "Mövcud ideologiyaya xidmət edən abidələri ziyarət etmək, onların yanında şəkil çəkdirmək, qarşılarına gül qoymaqla həmin günü xatirəyə çevirirdilər. Amma insanlar nikah mərasimlərini necə qeyd etmələrinə yalnız özləri qərar verə bilər". Alimin fikrincə, evliliyin xoşbəxt, maddi və mənəvi dəyərlərə söykənən əsaslarda qurulmasına yönələn və rəmzi xarakter daşıması baxımından tarixi yerləri ziyarət etməklə, fotolar çəkdirməklə və yaxud həmin yerlərdə nikahı qərarlaşdırmaqla insanların hansı dəyərlərə üstünlük verməsini ənənəyə çevirmək, cəmiyyətə bir mesaj ola bilər: "Bildiyim qədər, yeni evlənən cütlüklər nikahdan öncə Şəhidlər Xiyabanını, İlhamla Fərizənin məzarını ziyarət edirlər. Belə bir ənənənin olması yaxşıdır. Tarixi məkanlarda kəbin kəsmə və ya rəsmi nikah mərasimlərinin baş verməsi isə təqdirəlayiq haldır. Ancaq o şərtlə ki, həmin mövcud strukturlara, eksponatlara zərər vurulmasın və kommersiya mənbəyinə çevrilməsin. Çox zaman bu cür məsələlərdə möhtəkirlik edib, daha irəli gedərək, qazanc xarakterli tədbirlər keçirir və belə məkanlara zərər vurma hallarına rast gəlinir. Ümumilikdə isə nikahın tarixi məkanlarda kəsilməsini, tarixi abidələrin ziyarət olunmasını yaxşı hal kimi dəyərləndirirəm. Bu, hər şeydən əvvəl gənclərin nələrə önəm verdiyi, öz həyatlarında da o dəyərləri daşıyacaqlarına əminlik yaratmaq və gənclərə nümunə olmaq baxımından əhəmiyyətlidir. Bu məsələdə qəbahət heç nə yoxdur, əksinə, belə bir ənənənin yaradılması yaxşıdır". F.Əhmədova hesab edir ki, bununla belə, bu cür mərasimlər göstərici xarakter daşımamalıdır: "Əgər o gənclər, məsələn, Tarix və ya İncəsənət Muzeyində belə mərasimləri reallaşdırmağa çalışarlarsa, onların ən azı, ölkənin tarixi və ya mədəniyyəti, incəsənəti barədə bilgiləri olmalıdır".


Milli Tarix Muzeyinin meneceri Kubra Dadaşova sorğumuza cavab olaraq bildirdi ki, nikah bağlayan gənclər muzeyin salonlarını icarəyə götürərək burada fotosessiyalar keçirirlər: "Muzeyin salonları çox möhtəşəmdir. Gənclər burada şəkil çəkdirməyi çox xoşlayırlar. Ancaq indiyə qədər burada nikah mərasimi keçirən olmayıb". Menecer hesab edir ki, tarixi təbliğ etmək baxımından belə mərasimlərin tarixi məkanlarda və muzeylərdə keçirilməsi təqdirəlayiqdir. "Əgər bizdə də bu cür mərasimlərin muzeylərdə keçirilməsinə rəsmi icazə verilsə, yaxşı olar".

İstiqlal Muzeyinin direktor müavini Sədi Mirseyibli deyir ki, indiyə qədər muzeydə bu səpkidə mərasim keçirilməyib. Muzey rəsmisi hesab edir ki, belə mərasimlərin tarixi profilli yerlərdə keçirilməsi hüquqi cəhətdən nizamlanmalıdır: "Rəsmi icazə olandan sonra belə mərasimləri keçirmək olar". S.Mirseyibli nikah mərasimlərinin muzeylərdə keçirilməsini yenilik adlandırır: "Hesab edirəm ki, bizdə də bu yenilik tətbiq edilsə, müsbət addım olar. Ən azı, gənclərin öz tarixlərinə bələd olması, onu sevməsi və təbliğ etməsi üçün təqdirəlayiq haldır".

Göründüyü kimi, bizdə hələ nikah mərasimlərinin tarixi məkanlarda qeyd olunması ənənəsindən danışmaq olmaz. Hələ bu cür mərasimlər restoranların çal-çağırı çərçivəsindən kənara çıxa bilməyib. Amma yaxşı ənənələri tətbiq etmək müsbət haldır. Ən azı, tariximizə hörmət, onu təbliğ etmək və gələcək nəsillərə aşılamaq baxımından...

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az