• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
21-10-2019, 00:35

"Animasiya filmlərinin çəkilişi bərpa olunmalıdır"

"Animasiya filmlərinin çəkilişi bərpa olunmalıdır"

Elçin Hami Axundov: Çox istəyərdim ki, animasiya rəssamlıq kursları açılsın, yüksək ixtisaslaşmış, peşəkar animatorlar hazırlansın

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Müsahibim Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı və ən nəhayət, Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundovdur. O, balacaların sevərək izlədikləri "Cırtdan", "Cırtdan və div", "Güzgü", "Humayın yuxusu", "Meşəyə insan gəlir", "Söhbət-ül-əsmar" və digər cizgi filmlərinin müəllifidir. Elçin müəllim oxucularımıza Azərbaycanda animasiya filminin tarixi, eyni zamanda, ölkəmizdə keçiriləcək II Animafilm festivalı haqqında məlumat verdi:

- Bu artıq ölkəmizdə keçiriləcək ikinci festivaldır. Birinci festival keçən il təşkil olunmuşdu. Festivalın rəhbəri Çexiyada kinematoqrafiya üzrə təhsil almış və animasiya filmlərinin çəkilişi ilə məşğul olan Rəşid Ağamalıyevdir. Hal-hazırda Praqada yaşayır. Həmçinin İsveçrədə kinoprodüsser ixtisası üzrə təhsil alıb. Qeyd edim ki, Rəşid Ağamalıyev festival təşkil olunmamışdan əvvəl rus və Azərbaycan dillərində kitab nəşr etdirib. Burada Azərbaycanın animasiya filmi tarixini özündə əks etdirən fikirlər yer alıb. Rəşid müəllim daha sonra belə bir qənaətə gəldi ki, Azərbaycanda animasiya film festivalı təşkil etsin. İlk festivalın keçirilməsi ötən ilin oktyabr ayına təsadüf etdi. Festival yüksək səviyyədə keçirilmişdi. Bir neçə ölkədən - Gürcüstan, İngiltərə, Çexiya, Polşa, İran və digər dövlətlərdən nümayəndələr festivala qatılmışdılar. İranda Ərdəbil və Təbrizdə də animasiya məktəbi fəaliyyət göstərir. Orada, həmçinin bizim ötən illərdə çəkdiyimiz animasiya filmlərimiz də nümayiş olunur. Əfsuslar olsun ki, Azərbaycanda animasiya filmləri az çəkilir, demək olar ki, heç çəkilmir. Keçən il animasiya filmlərimiz festivalda yer almadı. Bu ilki festivalda isə təxminən 10-15 film nümayiş olunacaq. Bu il keçiriləcək festivala təxminən 50 ölkədən 240 film göndərilib. Artıq münsiflər heyətinin üzvləri də bəllidir.

- Festivalda uşaqlardan ibarət münsiflər heyətinin yaradılması da nəzərdə tutulub. Onların seçiminə nə dərəcədə güvənirsiniz?

- Təklif etdim ki, uşaqlar da münsiflər heyətinin üzvləri qismində çıxış etsinlər. Bu ilki festivalın kiçik yaşlı uşaqlardan ibarət münsif heyəti üçün 5 nəfər uşaq seçmişik və inşallah, mən özüm həmin uşaqlarla görüşüb bu barədə onlara təlimatlar verəcəyəm. Animasiya filmləri çəkdiyim dövrlərdə hələ çəkilişləri bitirməmiş, kiçik yaşlı uşaqları dəvət edirdim ki, həmin filmləri qiymətləndirsinlər və onların iradları əsasında dəyişikliklər edirdim.

- Necə düşünürsünüz, bu ilki festivaldan sonra animasiya filmləri sahəsində inkişaf baş verəcəkmi?

- Mədəniyyət Nazirliyi bizə haradasa cizgi filmlərinin çəkilişləri üçün xüsusi bina təşkil etsə, dövlətimiz bu sahəyə maliyyə vəsaiti ayırsa, əlbəttə ki, bu sahədə xeyli irəliləyiş olacaq. Çox istəyərdim ki, Azərbaycanda animasiya rəssamlığı kursları açılsın, mən də həmin kurslarda tələbələrə dərs deyim. Orada yüksək ixtisaslaşmış, peşəkar animatorlar hazırlansın və yerli animasiya filmləri çəkilsin.

- Uşaqları ekrana cəlb etmək üçün daha çox hansı mövzularda animasiya filmləri çəkmək lazımdır?

- İndiki dövrümüzdə gərək silsilə animasiya filmləri, serial formasında cizgi filmləri çəkilsin. Orada gərək fərqli qəhrəmanlar olsun ki, uşaqları cəlb edə bilsin. Müasir olsun. Məsələn, uşaqlıq illərimizə nəzər yetirsək görərik ki, biz "Cırtdan", "Tıq-tıq xanım" və bu səpkidə olan cizgi filmlərinə daha çox inanırdıq. Müasir dövrümüzün uşaqlarını isə bu cür mövzularla məşğul etmək mümkün deyil.

- Əvvəllər cizgi filmləri qəhrəmanlarının hər bir hərəkəti müxtəlif şəkillərlə canlandırılırdı. Çağdaş dövrümüzdə isə müasir texnikalar bu işi asanlaşdırıb. Lakin buna baxmayaraq, cizgi filmləri o dövrdə daha maraqlı idi, nəinki indi. Bunun səbəbini nədə görürsünüz?

- Ümumiyyətlə, bir film çəkiləndə saniyədə 24 kadr gedir. Bu da 24 ədəd şəkil deməkdir. Animasiyanın ən önəmli xüsusiyyətlərindən biri də budur. Animasiya bir-iki günə ərsəyə gəlmir. Məsələn, biz 10 dəqiqəlik filmi 6-7 aya çəkirdik. Bu da cizgi filminin personajlarından, zənginliyindən, texnikasından asılıdır. İndiki vaxtda müxtəlif kompyüter proqramları var ki, bu proqramlar vasitəsi ilə cizgi filmi çəkilişlərini rahat şəkildə həyata keçirmək mümkündür. Əvvəllər cizgi filmlərini qurama vasitəsi ilə, gəlinciklərlə çəkirdik. İndi kukla personajlarından ibarət olan cizgi filmlərini 3D Maks və Main proqramları ilə çəkirlər. Qurama vasitəsi ilə çəkilən filmləri isə fləş karta köçürürlər. Cizgi filmlərinin çəkilişlərində, həmçinin Premier və fotoşop proqramlarından da istifadə edirlər. Həmin proqramlar filmin çəkilişlərini bir qədər sürətləndirir. Texnika nə qədər sürətlə inkişaf etsə də, animator film çəkilişləri zamanı öz üzərinə düşən öhdəliyi yerinə yetirir. Animator ilk növbədə cizgi filmini canlandıran şəxsdir. Müasir dövrümüzdə çəkilən cizgi filmlərinin maraqsız olmasına gəlincə isə, qeyd etmək istəyirəm ki, burada rejissor işi və mövzu böyük rol oynayır. Dünyaca məşhur olan "Warner brothers", "Disney" film studiyaları var ki, maraqlı cizgi filmləri çəkirlər. Bununla yanaşı, digər animasiya studiyaları fəaliyyət göstərir ki, onların bu sahədə işləmək səviyyəsi çox aşağıdır. Bəzi telekanallar isə bu studiyaların filmlərini ucuz qiymətə alıb izləyicilərə nümayiş etdirirlər.

- Uşaqlıq çağlarımıza nəzər yetirəndə görürük ki, indi nağıllar daha az yazılır. Müasir zəmanəmizin uşaqları da o dövrdə yazılan nağıllarla böyüyürlər. Bu nağıllar da özündə müasirliyi əks etdirmədiyinə görə uşaqlara maraqsız görünür. Bu məsələdə mövzu qıtlığımı var, yoxsa burada başqa səbəblər axtarmaq lazımdır?

- Dünya miqyasında çəkilən cizgi filmlərinə nəzər yetirsək görərik ki, "Disney" film studiyası dünyanın bütün xalqlarının nağılları əsasında cizgi filmləri çəkib. Gərək indiki dövrün uşaqları üçün müasir nağıllar yazılsın və həmin nağıllar əsasında cizgi filmləri çəkilsin. Azərbaycana gəlincə isə, qeyd etmək istəyərdim ki, bizdə animasiya filmlərinin çəkilişi həddindən artıq zəifləyib və demək olar ki, yox dərəcəsinə gəlib çıxıb. Vaxt var idi, studiyamda yeddi nəfər rəssam fəaliyyət göstərirdi. İndi hərə bir tərəfə dağılıb.

- Müasir dövrün cizgi filmlərində uşaqların təfəkkür tərzinə uyğun dəyişikliklər etmək lazımdırmı?

- Əlbəttə lazımdır. Cizgi filmləri gərək yaş həddinə uyğun olaraq çəkilsin. 6-7 yaş, 10-12 yaş arası və yeniyetmə yaş dövrünü əhatə edən cizgi filmləri. Cizgi filmlərində gərək qəddarlıq, naxələflik, nanəcimlik kimi xüsusiyyətlər təbliğ olunmasın. Xüsusən mentalitetimizə xas olan filmlər çəkilsin. Psixoloqlarımız da bu işlə məşğul olsalar, yaxşı olar. Amma əfsuslar olsun ki, telekanallar istədikləri cizgi filmini nümayiş etdirirlər. Azərbaycanda mütləq şəkildə animasiya cizgi filmlərinin çəkilişlərini bərpa etməliyik. Bizdə animasiya filmləri çəkilmədiyinə görə, uşaqlar xarici animasiya filmlərinə daha çox maraq göstərirlər. Bu da onların tərbiyəsinə təsir edir. Ümumiyyətlə, animasiya filmləri uşaqlar üçün bir tərbiyə mənbəyidir.

- Çəkdiyiniz cizgi filmlərindən gəlir əldə edə bilminizmi?

- Hər kəsə məlumdur ki, film çəkilən vaxt bir smeta qurulur. Filmə nə qədər pul xərclənəcəyi hesablanır. Bunu filmin direktoru həyata keçirir. Rejissora da filmin quruluşuna görə ayrıca məbləğ ayrılır. Azərbaycanda Kinoroejissorlar Gildiyası fəaliyyət göstərir. Həmin gildiyanın üzvləri olan kinorejissorlar müxtəlif telekanallarda çəkdikləri flmi nümayiş etdirirlər. Kinorejissorlar Gildiyası bunun müqabilində rejissorlara məbləğ ödəyir. Gildiya məbləğin 30 faizini özünə götürür, 70 faizini isə kinonun çəkiliş heyətinə ödəyir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az