• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
9-10-2019, 12:50

Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Sabah XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.

Nyus.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) kollektivi bu gün II Fəxri Xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edərək xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüb.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva 10 oktyabr tarixinin İnstitutun kollektivi üçün çox önəmli gün olduğunu xatırladıb:

"Aida xanımın 80 illik yubileyidir. Çox təəssüf edirik ki, biz bu günü onsuz qeyd edirik. Aida İmanquliyeva şərqşünaslıq, ümumiyyətlə humanitar elmdə böyük iz qoymuş alimdir".

G.Baxşəliyeva əlavə edib ki, 3 sanballı monoqrafiya, 100-dən çox elmi və elmi populyar məqalələrin müəllifi olan, elmi fəaliyyətini ərəb ədəbiyyatının tədqiqinə həsr edən Aida İmanquliyeva nəinki SSRİ-nin, dünya şərqşünaslıq elminə böyük nəfəs gətirib.

Aida xanımın əsərlərində bir növ onun ikinci mənəvi həyatının olduğunu vurğulayan institut direktoru qeyd edib ki, Aida İmanquliyeva ilk dəfə sistemli şəkildə ərəb-Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqələrini və təsirini öyrənib: "Sonralar sovet, hətta xarici mütəxəssislər də qeyd edirdilər ki, Aida xanımın əsərlərində, tədqiqatlarında olan dərinlik ərəblərin özlərində belə müşahidə edilməyib. Aida xanımın yaradıcılığı çoxşaxəli idi. Amma onun əsas yaradıcılıq istiqaməti ərəb mühacirət ədəbiyyatı olub".

İnstitut direktorunun sözlərinə görə, məhz onun tədqiqatları nəticəsində müəyyən olunub ki, yeni ərəb ədəbiyyatı Qərb ədəbiyyatının, o cümlədən ingilis romantiklərinin, rus tənqidi realizminin nümayəndələrinin çox güclü təsirinə məruz qalıb və onlardan bəhrələnib: "Məlumdur ki, o zamanlar ideoloji buxovlar mövcud idi. Sovet dövründə Şərq-Qərb ədəbiyyatının təsiri o qədər də geniş araşdırılmırdı. Sovet dövründə başqa ideologiya hökm sürürdü. Aida xanım sübut etdi ki, mədəniyyət sahəsində də Şərq-Qərb əməkdaşlığı tamamilə mümkündür. Ancaq bu şərtlə ki, bu əməkdaşlıq yaradıcı olsun və milli ənənə zəminində baş versin".

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə də Aida İmanquliyevanın 80 illik yubileyinin onsuz qeyd edilməsinə təəssüfləndiyini söyləyib.

Akademik deyib ki, Aida İmanquliyeva Azərbaycan elminin çox görkəmli nümayəndəsi olub: "Deyirlər ki, kişilər elmlə daha çox məşğul olur, daha çox yeniliklərə nail olurlar. Amma Aida xanım öz bacarığı ilə göstərdi ki, bu fikir düzgün deyil, qadınlar da elmin inkişafında çox böyük rol oynayırlar. Aida xanım 50 il əvvəl sanki bu günü görürdü. Bu gün Azərbaycan iri addımlarla irəliləyir. Aida xanım da 50 il əvvəl də belə fikir söyləyirdi ki, Şərqlə Qərbin mədəniyyəti birləşsə, doğrudan da xalqların həyatında iri addımlarla irəliləmə baş verə bilər. Aida xanım hələ o zaman öz əsərlərində Qərblə Şərqin mədəni vəhdəti barədə yazırdı, simpoziumlarda bu barədə söhbət açırdı".

Akademik əlavə edib ki, bu gün Azərbaycan elmi Aida xanımın ürəyində qalan fikirləri dünyaya çatdırır.

AMEA Prezidenti Aida İmanquliyeva da daxil olmaqla, Azərbaycanın korifey şərqşünasları haqqında çoxcildli nəşrin hazırlanmasını vacib sayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Aida İmanquliyeva Şərqşünaslıq İnstitutunda ədəbiyyat istiqamətində özündən əvvəl başlamış, akademik Həmid Araslı tərəfindən əsası qoyulmuş şərqşünaslığın ədəbiyyat istiqamətini daha da genişləndirib və bununla elmdə öz izini qoya bilib. O, ərəb mühacir ədəbiyyatını öyrənməklə ona öz əlavələrini edə bilib: "Aida xanım Azərbaycan filoloji istiqamətində ərəbşünaslığıa mühacirət ədəbiyyatını gətirməklə onu yeniləşdirdi, şərqşünaslıq institutunun inkişafında elmlər arası qarşılıqlı münasibətləri tənzimləyərək yeni bir tarix yaratdı".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az