
Prezident İlham Əliyev Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
Nyus.Az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Bəhrəm oğlu Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.

























