
Səhiyyə Nazirliyində kadr islahatları aparılıb.
Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova bu gün səhər saatlarında tutduğu vəzifədən uzaqlaşdırılıb.
Səhiyyə nazirinin əmri ilə o, yenidən Bakıdakı 7 saylı Doğum Evinə baş həkim təyin edilib.
Qeyd edək ki, Leyla Seyidbəyova bundan öncə Bakı Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində işləyib.

























