• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
19-08-2019, 09:44

700 balları itirməklə nə qazandıq?

700 balları itirməklə nə qazandıq?

Ekspertlər qəbul imtahanlarında yeni modeldən imtina olunmamasını, amma təkmilləşdirmə işlərinin də aparılmasını istəyirlər

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Artıq ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. Tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Statistikaya görə, bu il tələbə adını qazanmış abituriyentlər keçən illərə nisbətən zəif nəticə göstəriblər. Hətta ötən il 29 abituriyent 700 bal topladığı halda, bu il o rəqəm sıfır olub. Nəticələrin zəif olmasını Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də təsdiqləyib: "I, II və IV ixtisas qruplarında bütün bal intervalları üzrə azalma müşahidə etmək olur. Yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı nisbətən çoxdur. Yeni tədris proqramı ilə əlaqədar bu il imtahanın məzmununun və qiymətləndirmə modelinin dəyişməsi daha yüksək bal toplayan abituriyentlərin sayının az olmasına təsir edən amillərdən biri ola bilər".

Bəs tələbələrin qəbul ballarına əsaslı təsir edən yeni model bizə nə verəcək? Yeni təhsil modeli üzərində təkmilləşdirilmə aparılmalıdırmı?

DİM sədri deyir ki, 3 abituriyentin nəticəsinə görə, qəbulla bağlı fikir söyləmək düzgün deyil. Onun sözlərinə görə, nəticələr elan olunduqdan sonra onun üzərində il ərzində işlənilir və elmi tədqiqatlar aparılır: "Mütəxəssis olaraq qeyd edə bilərəm ki, nəticələr elan olunduqdan sonra dərhal hər hansı fərqli fikirlər söyləməyə tərəddüd edirəm. Biz il ərzində işləyirik, elmi tədqiqatlar aparırıq. Ona görə də bir gündə kütləvi qəbul prosesi ilə bağlı nəticələri dərhal deyə bilmərəm. Təhsil sistemində hansı proseslər gedir və imtahan nəyi göstərdi - bax bunu elmi tədqiqat aparandan sonra demək olar. Mən indi ancaq ilkin nəticələri, statistik göstəriciləri deyə bilərəm. İstərdim ki, bir il keçdikdən sonra ali təhsil müəssisələrində çalışan müəllimlərlə görüşüb qərara gələk ki, razılıq olsa, I qrupda oxuyan tələbələr üçün monitorinq imtahanı keçirək. Bu zaman həmin gənclərin akademik nəticələrinin özünü necə doğrultduğunu bilmək olar. Nəticədə onlardan əvvəlki tələbələrdən nə kimi fərqlərinin olduğunu deyə bilərik. Yalnız bundan sonra kütləvi prosesi qiymətləndirmək olar".

"İnqilabi dəyişiklik hesab etmirəm"

Təhsil eksperti Etibar Əliyev deyir ki, mərhələ-mərhələ bacarıqlara uyğun olaraq, qiymətləndirmə metodologiyası dəyişməlidir. Onun sözlərinə görə, bu, inqilabi dəyişiklik deyil: "Kurikulumlar 11-ci sinfi tam əhatə etdiyi üçün yeni imtahan modeli tətbiq olundu. DİM bu situasiyadan yayına bilməzdi. Mütləq kurikulumlarda qoyulan yeni bacarıqların ölçülməsi gərək idi. Bu baxımdan imtahanın modeli dəyişdirildi, buraxılış və qəbul imtahanlarının nəticəsi toplandı. Mən ekspert olaraq, bunu inqilabi dəyişiklik hesab etmirəm. Sadəcə olaraq, 30 ənənəvi qapalı tipli test tapşırıqlarının 8-i açıq tipli test tapşırıqlarına verildi. Açıq tipli test tapşırıqlarından irəli gələn bacarıqların qiymətləndirilməsi nəticəsində 700 bal toplayan olmadı. Əvvəlcədən də demişdik ki, 700 bal təhsilin keyfiyyətinin göstəricisi deyil və bu, 2006-cı ildən başlayaraq dəyişən rəqəmlərlə ifadə olunub. Ən pik həddi isə keçən il müşahidə olmuşdu. 29 abituriyent 700 bal topladı. Bu il isə 1 nəfər belə, 700-ü toplaya bilmədi. Bu, birmənalı şəkildə yeni bacarıqların qiymətləndirilməsindən qaynaqlandı. Məktəb, müəllimlər, repetitorlar, hazırlıq kursları dəyişməz olaraq qalıb. Sadəcə, sistem dəyişib. Nəticənin zəifliyini təhsilin keyfiyyətinin aşağı düşməsi kimi qiymətləndirmək düzgün deyil. Düzdür, 700 ballar olmadı, ancaq 3-cü ixtisas qrupunda 400 baldan 600 bala qədər toplayan abituriyentlərin sayı kəskin şəkildə dəyişdi. Ona görə də fikir verirsinizsə, üçüncü ixtisas qrupunda demək olar ki, boş yer qalmadı. Digər ixtisas qruplarında situasiya bir qədər fərqlidir".

"Dərsliklərdə ciddi dəyişikliklər aparılmalıdır"

Ekspert hesab edir ki, məktəb kurikulumla bağlı gələn yeni situasiyaları uşaqlara təlqin etməlidir və uşaqlar bu bacarıqları qazanmalıdırlar: "Əvvəlki təhsil sistemində sual belə qoyulurdu ki, "nəyi bilirik?". İndi isə kurikulumun tələbi "nəyi bilirik" deyil, "nəyi bacarırıq"dır. Ona görə də artıq bacarıqların qazanılmasında müəllimlər və məktəb çox ciddi şəkildə çalışmalıdır. Bunun üçün çoxsaylı vəsaitlər də dərc olunmalı, dərsliklərdə ciddi dəyişikliklər aparılmalıdır. Bu gün dərsliklərin demək olar ki, tam əksəriyyətində açıq tipli tapşırıqlara yer verilmir. Ona görə də bunun üzərində müəllimlər çalışmalıdırlar. Qarşılıqlı çalışmalar növbəti tədris ilində boşluğu aradan qaldıra bilər. Hesab edirəm ki, bu ilki qəbulda elə bir faciə baş verməyib. 700 bal olmasa belə, 600-dən 700-ə qədər bal toplayanların sayı ötən ilkindən o qədər də kəskin şəkildə fərqlənmir".

Yeni model tələbələrin robotlaşmasının qarşısını alırmı?

Müsahibimizin fikrincə, növbəti tədris illərində mərhələ-mərhələ bacarıqları inkişaf etdirən açıq tipli tapşırıqların sayı artırılmalıdır: "Yəni istər məktəb, istərsə də müəllimlər, repititorlar, hazırlıq kursları bunu təlqin etməlidir. Bəli, haqlısınız, abituriyentlər qapalı tipli test tapşırıqlarına alışmışdılar və bunu çətinlik çəkmədən, müəyyən metodlarla həll edirdilər. Bu artıq vərdişə çevrilmişdi. Ancaq açıq tipli test tapşırıqları müəyyən dərəcədə düşüncə, məntiq tələb edir. Eyni zamanda, açıq tipli test tapşırıqlarının fəlsəfəsi fənlərin mövzular üzrə ardıcıl olaraq mənimsənilməsi faktorunu ortaya qoyur. Hesab edirəm ki, növbəti beş ildə qəbul prosesində hər hansı bir dəyişiklik olmasa, məktəb, müəllimlər, repititorlar və şagirdlər buna da adaptasiya olacaqlar. Bu gün dəyişən dünyanın başqa çağırışları var. Kurikulumlar dəyişən dünyanın çağırışlarına cavab verməlidir. Təhsil açıq bir sistemdir və biz istər təhsil keyfiyyətində, istərsə də qiymətləndirmə prosesində xarici təcrübələri öyrənməliyik".

Sanki fəlakət baş verib...

Təhsil eksperti Nadir İsrafiov balların aşağı olmasını faciə adlandıranları qınayır. Ekspertin sözlərinə görə, test üsulu əzbərçilik yaratdığı üçün imtahana açıq sualların salınmasının tərəfdarıdır: "Son günlər 700 balın toplanmaması, ümumiyyətlə, balların aşağı olması ilə bağlı böyük ajiotaj yaranıb. Sanki fəlakət baş verib. Mən bunu belə qiymətləndirməzdim. Balın aşağı vaxtı da olur, yuxarı vaxtı da. Təəssüf edirəm ki, keçid balının azlığını təhsilin keyfiyyətinin aşağı düşməsi kimi qiymətləndirənlər var. Bu düzgün deyil. Təhsil bir ildə nə kəskin şəkildə aşağı düşə, nə də yüksələ bilər. Bunun üçün 10 illiklər tələb olunur. Balların bu il aşağı düşməsi yeni modelin tətbiqi ilə bağlıdır. Mən yeni modeli dəstəkləyirəm. 90-cı illərdə bizim cəmiyyətdə testə ifrat dərəcədə aludəçilik yarandı. Sonra məlum oldu ki, test məntiqi təfəkkürü azaldır və əzbərçilik yaradır. Məzunların yazı vərdişləri, şifahi nitq qabiliyyəti zəifləyib. Buna görə də bu məsələyə münasibət dəyişdi. Biz baloniya prosesinə qoşulduqdan sonra ali məktəblərdə artıq şifahi, yazılı imtahanlar keçirilir. Burada da problem yaranır, çünki orta məktəbdə uşaqlarda yazılı və şifahi alışqanlığı yoxdur. Bu səbəbdən qəbul imtahanlarına açıq testlər salındı. Açıq testdə abituriyent hər hansı məsələnin həllini yazılı formada ifadə edir. Açıq testə alışmadıqları üçün məzunlarda problemlər yaranır. Aşağı bal toplamaq açıq suallara görədir. Ona görə də burada mənfi fikir söyləmək düzgün deyil. Bu il aşağı olar, gələn il yuxarı. Əsas odur ki, bu sahədə işlər inkişaf etdirilsin. Ötən illər biz 9-cu siniflərdə esse tətbiq elədik. Amma bir il keçmədən, göstəricilər aşağı olduğu üçün esseni ləğv etdik. Bu düzgün qərar deyildi. Hazırda da göstəricilərin aşağı düşməsini əsas gətirib, bu modeldən imtina etməyə ehtiyac yoxdur. Sadəcə, yeni model gələcəkdə təkmilləşdirilə bilər".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az