• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
16-05-2019, 23:39

Fahişələrin xoşbəxt olduğu ölkədə mən bədbəxt olmalıyam

Fahişələrin xoşbəxt olduğu ölkədə mən bədbəxt olmalıyam

Nyus.Az oxu.az-a istinadən Kəramət Böyükçölün yazısını təqdim edir

Bir neçə gün əvvəl Azərbaycan Yazıçılar Birliyində atamın 60 yaşı qeyd edildi. O, Qəşəm Nəcəfzadə, tanınmış şair və yaxud başqası deyil. O, mənim atamdır və həmişə haqqında məhz ata kimi danışmaq istəyirəm, qoy, onun şairliyindən, şeirindən, hekayə və esselərindən başqaları danışsın, çünki ata kimi onun haqqında danışılacaq o qədər sözüm var ki, inanmıram, ömrüm onun şeirinə, esse və hekayələrinə çatsın...

Mən atamı öz oğlumun mənə sevgisində tapdım. Onun bir ata kimi narahatlığını, hiss və həyəcanını öz oğlum dil açmağa, məni sevməyə başlayanda anladım. Başa düşdüm ki, çox tullanıb-düşməklə, yekə-yekə danışmaqla deyil, sevginin qarşısında hamı məğlubdur. Mən cındır-cındır hərəkətlərimlə atamı çox incitmişəm. Özü də ağılla, şüurla... Bəlkə, bundan yüz qat artıq şeyləri balaca qardaşım edib, amma atamın vecinə olmayıb. Məhz mənim və məhz ona qarşı əxlaqsızlığım atamı çox yandırıb-töküb, bilirəm.

İstəmirəm atam öləndən sonra onun haqqında palaz-palaz yazılar yazım, eks baş nazirin eks müavini Elçin Əfəndiyev kimi, atam oradan gəldi, atam buradan getdi, mənim atam belə etdi, mənim atam elə etdi kimi müsahibələr verim. Elçin öz atası haqqında heç vaxt oğul kimi danışmayıb. Elçin atasını tərifləyə-tərifləyə urvatdan, hörmətdən saldı. Bilmirəm, bəlkə, mən də yazacağam, bəlkə, mən də atamı tərifləyəcəyəm. Nə bilim, bəlkə, atalar öləndən sonra oğullar mənasızlaşır. Bəlkə, oğulları orijinal, maraqlı edən atalarıdır. Amma Allah eləməsin ki, mən Elçin qədər yaşayım. Yaradıcı adam üçün az yaşamaq da bir mədəniyyətdir.

Mən atama qarşı çox axmaqlıq etmişəm, yenə deyirəm, məhz ona qarşı əxlaqsızlığımı heç sağlığında özümə bağışlaya bilmirəm, o, bu dünyada olmayandan sonra necə dözəcəyəm, bu, mənim üçün çox dəhşətli bir şey olacaq. Nədir bu əxlaqsızlıq, nədir bu axmaqlıq? Atam bütün arzu və istəklərini, xəyallarındakı oğul robotunu mənim üzərimdə cəmləmişdi, mənim üzərimdə qurmuşdu.

O, məndən Zahid Oruc düzəltmək istəyirdi. O istəyirdi ki, mən Fəzail Ağamalı olum. O istəyirdi ki, mən həyatı əsgərlik kimi yaşayım. Amma düzü, atam da bu istəklərlə yaşayan adam deyil. Bu oğul arzularını onun beyninə cəmiyyətimiz, mentalitetimiz, təfəkkürümüz əkmişdi, mən bunu da bilirəm.

Atam həmişə anamın, mənim, bacımın və qardaşımın xoşbəxtliyi üçün yaşayıb. Biz xoşbəxt, rahatıqsa, o da xoşbəxtdir, o da rahatdır. Onun elə şeylərə möhtac olduğunu görmüşəm, əsəbdən ürəyim partlayıb. Möhtac olduğu şey də nə olsa, yaxşıdır? Anamın təbəssümü, onun gülüşü, xoşbəxtliyi... Atam o təbəssümə, o gülüşə, o xoşbəxtliyə o qədər möhtac olub ki, istəmişəm öz əlimlə anamı boşatdıram. A kişi, gülmür, boşa getsin də! Mən olsaydım, bu qədər naz-qəmzəli ananı çoxdan boşamışdım, Allah bilir, övladlarım hansı qapılarda qalmışdı, kimlərin əsirliyində idi. Amma atam mənim anamı qorudu, onu atmadı, tək qoymadı. Yoxsa o da mənim kimi özünü tərki-dünya, "bu gün varam, sabah yox" düşüncəsi ilə, həyatı "dünya beş günlükdür" fəlsəfəsindən doğan gedonist bir ideya ilə yaşaya bilərdi. Özü də bunları etmək üçün məndən də istedadlı, məndən də yaradıcı insandır. Amma o, etmədi deyə mən bu gün atamı çox istəyirəm, çox sevirəm. Etsəydi, nifrət edərdim.

Atam yazanda ki, oğlumu mənim tabutuma yaxın qoymayın, dostlarım dəhşətə gəlmişdi. Dedim, ə, birinci dəfə deyil ki... Evdə o sözü mənə o qədər deyib, sadəcə, indi yazıb deyə camaat haya-küyə salıb. Atamdır da, iki gün sonra zəng etdi ki, "ə alçaq, hardasan, gəl evə". Amma atamın oğlumu tabutuma yaxın buraxmayın sözündə daha dəhşətli bir hiss məni alt-üst etdi. İlahi, atam tabutdan danışırsa, demək, ömür yekunlaşır və özü də bunu düşünür, anlayır, dərk edir... Bax, mən onda içib ağladım. Məsələn, 40 yaşlı bir ata oğlunu tabutu ilə hədələməz. Bunu məhz həyatdan doymayan, həyatı, insanları sevən, eyni zamanda, ömrünün çoxunu yaşamış bir ata deyə bilər. Mən bunu düşündükcə içmək, içmək, içmək və hönkürmək istəyirəm. Bu ağrıya ayıq başla dözmək olmaz!

Atam həyatı ciddiyə alan adamdır. İki dəqiqədən bir nəbzini sayır. Təzyiqi qalxan kimi tez balaca qardaşımı soruşur. Bilir ki, onun maşını var, ona görə soruşur ki, görsün buralardadırmı?! Hər ehtimala qarşı... Həkimə çatdırsın deyə. Atam taledir, bəxtdir. Bəlkə də, övladı üçün ondan da çox şeylər edən atalar var, amma mənim atam bunları hisslə, həssaslıqla edib deyə mən onu başa düşürəm, anlayıram.

Mən əminəm ki, o, mənim istedadlı olduğumu bilmirdi. Əvvəl evdə onunla ədəbiyyatdan danışırdım, məni tükünə də almırdı, yazılarımı oxumağa ərinirdi. Sonra gördü ki, onun uzaqdan baxdığı adamlar mənim yazılarımı tərifləyir, yavaş-yavaş inanmağa başladı. Atam evdə çox səmimidir, rahatdır. O, evdə necədirsə, mən çöldə eləyəm. Və bu da onu incidir.

Dünən dedim ki, ata, 60 yaşın tamam olur, gedək, oturaq bir kafe küncündə, başımızı da söykəyək o soyuq divara, mən səy-səy danışım, sən qulaq as, bu da olsun sənin yubileyin. Nəyinə lazımdır Çingiz Abdullayev, Fazil Mustafa, Anar, Fikrət Qoca sənin yubileyinə gəlsin? Sən canı, bu hissin başını burax getsin. Qayıtdı ki, bala, sənin də 60 yaşın olanda görəcəksən ki, mən hansı hissləri keçirirəm, onda məni anlayacaqsan. Qayıtdım ki, ata, üzr istəyirəm, xətrinə dəyməsin, Allah eləməsin mən sənin qədər yaşayım.

A kişi, oğul da atasına belə söz deyər? Bax, mənim atama qarşı tərbiyəsizliyim, əxlaqsızlığım, axmaqlığım budur. O biri tərbiyəsizliyim də odur ki, içib küçəmizdə mahnı oxuyuram. Bir də ki, gecə evə gələndə qapını döyməyə ərinirəm, yıxılıb blokda yatıram. İlahi, buna ata dözər?

Bəsdir də, Kəramət, bəsdir də, yekə kişisən...

Və bir də görürsən ki, içib evə gəlirəm, atamı qabağıma qoyub beləcə danlayıram:

- Ata, fahişələrin xoşbəxt olduğu ölkədə mən bədbəxt olmalıyam, başa düşürsən? İçməliyəm, ağlım başımdan çıxmalıdır, huşum getməlidir, ayılmamalıyam, üzümü qırxmamalıyam, saqqal məni basmalıdır, çimməməliyəm, məndən it iyi gəlməlidir. Mən hırıldaya bilmirəm, başa düşürsən, ata? Başa düşürsən, başa düşürsən, de görüm, başa düşürsən? Məndən əlini üz, unut məni, yadından çıxar, elə bil məni doğmamısan. Mən dözə bilmirəm də, niyə məni əzablarımla baş-başa qoymursan?

Ataya qarşı bundan böyük əxalqsızlıq və bundan böyük axmaqlıqmı olar?

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az