• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
29-04-2019, 09:38

"Oğluna bunun hamısının bir oyun olduğunu deyir" - Onun film seçimi

"Oğluna bunun hamısının bir oyun olduğunu deyir" - Onun film seçimi

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi də komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq. Məsləhət görülürsə, deməli, baxmağa dəyər. Bu dəfə isə BMT-nin Əhali Fondunun ictimaiyyətlə əlaqələr üzrə katibi Fərhad Hacıyevin məsləhət gördüyü filmləri təqdim edirik.

Onun ilk seçimi rejissor Rober Benini olan "Həyat gözəldir" oldu. İtaliya istehsalı olan film 1997-ci ildə ekranlaşdırılıb: "Mənim filmlərdən ibarət "Top-3" siyahıma müxtəlif nominasiyalarda üç "Oscar" mükafatı olan bu film daxildir. Dram janrında olan film cavan və həyat dolu italiyalı Qvidodan (Guido) bəhs edilir. Gənc yəhudi Qvido varlı əmisinin dəvətilə onun restoranında ofisiant işləməyə başlayır. Bir sıra gülməli təsadüflər nəticəsində Qvido film boyu "şahzadə" dediyi Doraya vurulur. Bu iki optimistin sevgisi gözəl nikah və uşaqlarının doğulması ilə davam edir. Yalnız bu idilliyanı İkinci Dünya Müharibəsinin başlanması pozur. Cavan yəhudi ailə konsentrasiya düşərgəsinə yerləşdirilir. Qvidonu və Doranı ayırırlar və balaca oğulları atası ilə qalır. Balaca oğlunun müharibənin qəddarlıqlarını, ölümləri və işgəncələri görməməsi və bilməməsi üçün Qvido ona bunun hamısının bir oyun olduğunu deyir: uniformalar, düşərgəyə səyahətləri, yaşam şəraitləri və s. Baxmayaraq ki, müharibə tam şiddətlə davam edir, film boyu uşaq atasını həmişə gülərüz və müxtəlif rollarda görür, çünki atası bu "oyun" bitdikdən sonra ona hədiyyə olaraq real hərbi tank gətirəcəyini söz verib. Bu film mənə ailə, sevgi və təxəyyülün gücü barəsində dərs verdi".

F.Hacıyevin ikinci məsləhət gördüyü film rejissor və ssenaristi Emil Quliyev olan "Pərdə"dir: "Son zamanlar Azərbaycan kinematoqrafiyasının istehsal etdiyi dərin sosial problemləri işıqlandıran bu filmi gənclərə tövsiyə edirəm. Filmdə bir gənc qadının ailə həyatı qurması üçün qərar vermə şansının kimə aid olduğu irəliyə çəkilir: filmdə heç göstərilməyən, amma həmişə barəsində qorxu ilə danışılan varlı ataya və ya qadının özünə. Əlbəttə, mütərəqqi cəmiyyətin aparıcı qüvvəsi olan qadınların hər zaman cəmiyyətdə hökm sürən stereotiplər və maneələrlə üzləşdiyini bilirik. Amma bunlarla çoxları mübarizə aparmaqdan çəkinir və buna göz yumulur. Eynən bu filmdə də qadının şəxsi xoşbəxtliyi ətrafdakılarının basqısı ilə qarşılaşdırılır. Təəssüf ki, bu mücadilədə əsassız sosial konstruktlar qalib gəlir".

Müsahibimizin üçüncü film seçimi "Ağıl oyunları"dır: "Yenə də 4 "Oskar" alan 2001-ci ilin bioqrafik bir filmini diqqətinizə çatdırmaq istərdim. Film 1947-ci ildə gənc və ümidli tələbə Jon Neş barəsində bəhs edir. Jon tədqiqatla məşğul olur və qısa bir zamanda tanınmış universitetlərdən birində mühazirələr oxuyur. Bu zaman tələbəsi Alisiyaya vurulur. Günlərin birində Vilyam adlı bir şəxs Jonu Mərkəzi Kəşfiyyat İdarəsində işə dəvət edir. Jonun missiyası açıq mənbələrdə olan məlumatları təhlil etmək və gizli şifrələnmiş mesajları tapmaqdır. O, hər gün onda olan məlumatları idarəyə bir poçt qutusu vasitəsilə ötürür. Hətta bir dəfə məlumat ötürəndə sui-qəsdə məruz qalır. Qısa bir zamanda bir şey aydın olur: elədiyi işlərin hamısı onun fantaziyasının məhsuludur. Heç bir agent və idarədə iş mövcud deyil. Jon Neşə ağır şizofreniya diaqnozu qoyulur. Həyat yoldaşı ona dəstək olmağa çalışır və tədricən hallüsinasiyalar yoxa çıxır. Jon Neş yenidən elmə qayıdır. Elmi işləri ona dünya çapında məşhurluq gətirir. O, oyun nəzəriyyəsi sahəsində innovativ açılışları ilə məşhurlaşır. 1994-cü ildə isə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülür".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az