• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
16-04-2019, 08:51

Peyvənddən kənarda qalan uşaqlar siyahıya alınıb

Peyvənddən kənarda qalan uşaqlar siyahıya alınıb

Ekspert deyir ki, valideynlər vaksinasiyadan qorxmamalı, əksinə, bu məsələdə təşəbbüskar olmalıdırlar

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən "İmmunlaşdırma həftəsi"nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əmrdə 2019-cu ilin aprel ayının 24-30 tarixlərində respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi"nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi" ərzində peyvəndlərə cəlb edilməsi, ÜST dəstəyi ilə "İmmunlaşdırma həftəsi" ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.

Bəs görəsən bu sahədə vəziyyət necədir? "İmmunlaşdırma həftəsi" ərzində ölkədə hansı işlər aparılacaq?

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən bütün Avropanın 50 bölgəsində "Avropa immunlaşdırma həftəsi" keçirilir: "2007-ci ildən Azərbaycan da bu təşəbbüsə qoşulub. Hər il aprel ayının son həftəsi Azərbaycanda da "İmmunlaşdırma həftəsi" keçirilir. Bu müddət ərzində peyvəndlərdən kənarda qalan uşaqlar və ya hər hansı bir səbəbə görə vaxtında peyvənd olunmayan uşaqlar peyvənd edilir. Qeyd edim ki, bu il "İmmunlaşdırma həftəsi" aprelin 24-dən 30-na qədər davam edəcək. Bununla əlaqədar olaraq Səhiyyə Nazirliyi tərəfindən respublikada "İmmunlaşdırma həftəsi"nin keçirilməsi barədə 22 saylı əmr imzalanıb və əmr respublikanın bütün səhiyyə müəssisələrinə göndərilib. Bu əmrə əsasən, peyvənddən kənarda qalan uşaqlar siyahıya alınıb və həmin uşaqlar müəyyənləşdirilib. Eyni zamanda bütün tibb müəssisələrində maarifləndirmə tədbirləri aparılır. Valideynlər ərazi üzrə tibb müəssisələri tərəfindən məlumatlandıracaq. Həmçinin KİV-də bu həftə haqqında məlumatlar yayılıb. Peyvənd almayan valideynlər müraciət edərək öz uşaqlarını peyvənd etdirə bilər. Çünki bu hər bir uşağın hüququdur. Uşaqları xəstəliklərdən qorumaq lazımdır. Azərbaycanda hazırda 11 infeksiyaya qarşı peyvənd işi aparılır. Ölkəyə gətirilən vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən vaksinlərdir. Bu vaksinlər UNİCEF xətti ilə Azərbaycana gətirilib. Bütün tibb müəssisələrində bütün peyvəndlər kifayət qədər var. Valideynlər özləri müraciət edərək övladlarını peyvənd etdirə bilərlər. Qeyd edim ki, vaksinlər keyfiyyətli və tamamilə təhlükəsizdir. Aprelin 24-də bu tədbirə başlanılacaq. "İmmunlaşdırma həftəsi"ndə respublika gigiyena və epidemiologiya mərkəzinin işçiləri tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə monitorinqlər həyata keçiriləcək. Peyvənd işinin təşkili və aparılmasına nəzarət ediləcək".

Tibb üzrə ekspert, professor Adil Qeybulla bildirdi ki, uşaqlar anadan olduğu gündən başlayaraq ayrı-ayrı vaxtlarda müəyyən vaksinlər edilir: "Bu vaksinlərin onlara böyük faydası var. İmmunizasiya nəticəsində 4 karantin infeksiyasından biri olan təbii çiçəyin dünyada kökü kəsilib. Bu mənada vaksinasiyanın önəmi çox böyükdür. Ona görə də dövri olaraq bu immunizasiya işlərinin həyata keçirilməsi çox vacibdir. Bu haqda xüsusi proqram var. Maddi imkanı aşağı olan ölkələrə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən kömək edilir. Bəzi ölkələr isə öz daxili resursları hesabına bu immunizasiyanı həyata keçirir. Hesab edirəm ki, infeksion xəstəliklərdən qorunmaq üçün bu tədbirlərin həyata keçirilməsi çox mühümdür. Bu tədbirlər həm də əhalinin genofondunun qorunması baxımından vacibdir. Hər hansı bir epidemiya baş verdiyi zaman onu lokallaşdırmaq daha asan olur. Əks halda, sərf olunan vəsait profilaktik tədbirlərə sərf olunan vəsaitdən qat-qat artıq olur. Çünki profilaktika müalicənin yarısıdır. Ona görə də immunizasiya işlərinə böyük ehtiyac var. Artıq bir neçə ildir ki, yerli tibb müəssisələrində uşaqların immunizasiya cədvəli var və bu cədvəl üzrə müvafiq vaksinlər edilir. Təəssüflər olsun ki, bəzən valideynlər uşaqlarını vaksinasiya etdirməkdən çəkinirlər. Nəzərə almaq lazımdır ki, bu, onların sağlamlığı üçün vacibdir. Müxtəlif sağlamlıq problemi və ya allergiyası olan uşaqlara isə pediatr nəzarət edir. Valideynlər peyvənddən qorxmamalı, əksinə, bu məsələdə təşəbbüskar olmalıdırlar".

Həkim-terapevt Məlahət Abbasova da qeyd etdi ki, uşaqların peyvənd olunması onların sağlamlığı baxımından əhəmiyyətlidir: "Amma bu peyvəndlərin keyfiyyətli olmasına nəzarət olunmalıdır. Keyfiyyətsiz məhsullar uşaqların orqanizminə mənfi təsir edir. Valideynləri bu işə cəlb etmək üçün maarifləndirmə işi aparmaq lazımdır. Çünki əksər valideynlər buna inanmır. Peyvəndlərin ziyanlı olduğunu düşünənlər heç də az deyil. Sosial şəbəkələrdə əksər hallarda bu haqda mənfi fikirlər səsləndirilir. Ona görə də bəzi valideynlər uşağını peyvənd etdirməkdən imtina edir".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az