• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
31-12-2018, 23:29

Elman Rüstəmov sözünü tutdu: manat hələlik sabitdir...

Elman Rüstəmov sözünü tutdu: manat hələlik sabitdir...

Ötən il ərzində ölkənin baş bankiri Elman Rüstəmov dəfələrlə bəyan edirdi ki, Azərbaycanın milli valyutası manat sabit qalacaq. Ən azı bu ilin sonuna kimi.

İlin sonuna bir saat qalır və manat… sabitdir. Uzun aylar ərzində onun məzənnəsinə nə sıçrayışvarı dəyişən qlobal geosiyasi vəziyyət, nə də ondan geri qalmayan neft qiymətlərinin dəyişkənliyi, hansılarla ki, adətən ekspertlər bizim valyutamızı qorxudurlar, təsir edə bildi. Dolların, ilin başlanğıcından etibarən müəyyənləşdirilən 1,7 manat nisbətinin öhdəsindən gələ bilməməsi buna əyani sübutdur.

Baş bankirin iddiaları təsadüfən həyata keçdi, yoxsa bu, düşünülmüş hesablamaların və hərəkətlərin nəticəsidir? Bu suala cavab vermək üçün, yenə onun bəyanatlarına müraciət edək.

Elman Rüstəmov, xüsusən iddia edirdi ki, görülmüş tədbirlər nəticəsində 2018-ci ildə makroiqtisadi sabitlik təmin edilib, bu müsbət və pozitiv tendensiya, həmçinin manatın kursu ilin sonuna kimi qorunacaq. Deməli, bunu heç cür təsadüf adlandırmaq olmaz. Yeri gəlmişkən, görülən işlər haqda E.Rüstəmov jurnalistlərlə hər bir görüş zamanı açıqlama verirdi, hansılar ki, bu il həmişə olduğundan çox idi. Və belə görüşlərin gedişi KİV-də təfərrüatı ilə işıqlandırılırdı, ona görə də bu mövzuya qayıtmağa ehtiyac görmürük.

Amma bir məqam bizi yenə də narahat edir. Ölkənin baş bankiri nə qədər bəyanatlar versə də, KİV bu mövzunu nə qədər işıqlandırsa da, əhali arasında manatın mümkün devalvasiyası və qiymətlərin sonrakı artımı haqda şayiələr tükənmirdi. Dünya bazarında neft qiymətlərinin iki aylıq artımından sonra öz aktuallığını itirmiş kimi görünən həmin məsələ yenidən qabardılır-özü də artıq həll edilmiş məsələ kimi. Yəni neft aşağı “diyirlənir” və manatı artıq xilas etmək mümkün deyil.

Əvvəlcə deyirdilər ki, bu hələ ilin sonuna kimi olacaq, amma nə vaxt ki, zaman kütləvi-ekspertləri sıxmağa başladı, həmin müddət başlayan ilin əvvəlinə keçdi. Bəlkə onlar haqlıdırlar?

Makroiqtisadi sabitliyin təminatına, hansı ki, istənilən, həmçinin Azərbaycan hökumətinin əsas məsələlərindən biridir, yenidən qayıdacağıq. Ölkədə qısa böhrandan sonra makroiqtisadi sabitliyə yenidən nail olunub və 2018-ci ilin bütün trendləri gələcək ildə makroiqtisadi sabitliyin və pozitivliyin davamının proqnozlaşdırılması üçün əsas verir. Müsbət və pozitiv tendensiyaların proqnozlaşdırılması üçün əsas gələcəkdə və sonrakı illərdə makroiqtisadi çərçivələrin formalaşması, iqtisadiyyatın inkişafının davamı, inflyasiyanın səviyyəsinin proqnozlaşdırılandan aşağı həddə salınması, neft qiymətlərinin dünya bazarına münasib şəkildə saxlanılması, həmçinin ölkənin ixracat potensialının artırılmasıdır.

Göründüyü kimi, E.Rüstəmovun bütovlükdə manatın və iqtisadiyyatın kursunun sabitliyi haqda danışmaq üçün bütün əsasları var. İnflyasiya birmənalı səviyyədə sabitləşdirildi, iqtisadi artım davam etdi, ölkənin strateji valyuta ehtiyatları hər ay artmaqda davam edir. Təsadüfi deyil ki, Mərkəzi Bank uçot dərəcəsini dörd mərhələyə 15-dən 9,75%-ə qədər azaltdı. Bundan başqa, dövriyyəyə 200 manatlıq əsginaslar buraxıldı. Sabahkı günə əminliyi olmasa, kim belə addımlara gedər? Deməli, manatın mümkün devalvasiyası və ya yüksək inflyasiya haqda danışmaq üçün əsas yoxdur. Həm də ki, bu istiqamətdə iş yeni ildə də davam etdiriləcək. Hər halda, Mərkəzi Bank özü belə iddia edir.

Mərkəzi Bankın açıqlamasına görə, növbəti ilə və ortamüddətli dövrə pul-kredit siyasətinin əsas məqsədi stabil aşağı inflyasiya səviyyəsinin təmin edilməsidir. Bunu nəzərə alaraq Mərkəzi Bank özünün stabilləşmə xarakterli monetar və məzənnə siyasətini davam etdirməklə dolayı yolla ictimai rifaha, iqtisadi artıma və məşğulluğa dəstək verəcək.

Növbəti ildə pul siyasətinin son hədəfi inflyasiyanı 4% (±2%) səviyyəsində saxlamaqla qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaq.

Manatın ikitərəfli məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq. Hesablamalar göstərir ki, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir. Bu baxımdan milli valyutanın məzənnəsinin dayanıqlığı qiymətlər sabitliyinin “lövbərləşməsi”nin təmin edilməsinin başlıca şərtidir. Valyuta bazarının tarazlığını təmin edən başlıca amil dövlətin valyuta təklifi ilə iqtisadiyyatın valyutaya olan tələbinin əsas komponentləri arasındakı tarazlıq olacaq. Valyuta tələbi dövlət xərclərindən təsirlənən idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu, habelə beynəlxalq konyunkturun dolayı effektlərindən təsirlənəcək. Manatın məzənnəsinin uzunmüddətli meylini məhz bu makroiqtisadi fundamentallar müəyyən edir.

Pul təklifi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək. Ödənişlərin fasiləsizliyi, iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəmək də diqqətdə saxlanılacaq.

İnflyasiya hədəfinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcək.

Mərkəzi Bank banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq üçün özünün müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarının yeni konfiqurasiyasını formalaşdıracaq. Çərçivə alətlərinə çıxış və məcburi ehtiyatların aylıq ortalama rejimində saxlanılması növbəti ildə də likvidliyin banklar tərəfindən optimal idarə edilməsinə şərait yaradacaq. Mərkəzi Bankın açıq bazar əməliyyatlarının bir hissəsi qısamüddətli, digər hissəsi isə uzunmüddətli likvidliyin tənzimlənməsinə xidmət edəcək. Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızların müddət çeşidinin genişləndirilməsi məsələlərinə baxılacaq. Alət konfiqurasiyasında dəyişikliklər pul siyasətinin transmissiyasında faiz kanalının rolunun güclənməsinə, pul bazarının aktivləşməsinə və gəlirlik əyrisinin formalaşmasına dəstək verəcək. Likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində işlər növbəti ildə də davam etdiriləcək.

Faiz siyasəti inflyasiya üzrə hədəfə nail olmaqdan asılı olaraq həyata keçiriləcək. Faiz dəhlizinin parametrləri haqda qərar ölkədə gedən makroiqtisadi proseslər, tsikl göstəricilərinin dinamikası, son proqnozlar və risklər balansında baş verən dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək. İnflyasiyanın effektiv idarə olunmasından asılı olaraq, monetar şəraitin normallaşdırılmasının davam etdirilməsi mümkündür. Bununla belə, faiz dəhlizinin parametrləri tənzimlənərkən milli valyutada yığımların cəlbediciliyinin qorunması və kredit qoyuluşlarının inflyasiyon artımına yol verilməməsi kimi amillər də nəzərə alınacaq. İnflyasiya risklərinin aktivləşməsi halında pul siyasətinin sərtləşmə istiqamətində də dəyişməsi mümkündür...

Belə ciddi arqumentlərdən sonra, bu gün baş verən bütün hadisələri nəzərə alaraq, sabah yalnız ölkədə deyil, bütün dünyada milli valyutanın devalvasiyasının qaçılmaz olması barədə pıçıldaşmağa dəyərmi?

Ölkənin hər bir vətəndaşı üçün bu qədər ciddi məsələlərin boş-boş müzakirələrinə hər gün vaxt itirməkdən, özünün və əhatə edənlərin əhval-ruhiyyəsini korlamaqdansa bir dəfə bu hesablamalarla tanış olmaq daha yaxşı deyilmi? Əlbəttə, manatın dəyərdən düşəcəyinin qeyri-mümkünlüyü haqda rəsmi bəyanatların fonunda devalvasiya ilə artıq bir dəfə rastlaşmış əhalinin qorxusunu anlamaq olar. Amma onda Mərkəzi Bank belə nəticəyə bu cür güclü hazırlanmamışdı. Valyuta ehtiyatları, hansılara ki, o əminliklə ümid edirdi, bir neçə ay ərzində yox oldu, bütün xarici amillər nəzərə alınmamışdı. İndi Mərkəzi Bankın, necə deyərlər, arsenalında inflyasiyanın və manatın ucuzlaşmasının cilovlanması üçün çoxlu vasitələr, alətlər var və burada təsdiq edilmiş Büdcə qaydaları əhəmiyyətli yer tutur...

Virtualaz.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az