• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
20-12-2018, 07:48

Bir turizm şirkətinin səriştəsiz fəaliyyəti bütün ölkənin imicinə zərər yetirirsə...

Bir turizm şirkətinin səriştəsiz fəaliyyəti bütün ölkənin imicinə zərər yetirirsə...

Turizm sahəsində nəzarət mexanizmi şirkətlərin səviyyəsini yüksəldəcək?

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Azərbaycanda turizm xidmətlərinin səviyyəsinə dövlətin nəzarət edə bilməsi üçün müəyyən mexanizmlər tətbiq ediləcək". Bunu Trend-ə Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib. K.Quluzadənin sözlərinə görə, Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir. Lakin onların hamısı elan etdikləri xidmətləri, üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilmirlər: "Bu isə ölkənin ümumi imicinə, turizm sənayesinə xələl gətirir. Hansısa bir turist Azərbaycana gəlib lazımi səviyyədə xidmət almadıqda, o, öz ölkəsinə qayıtdıqdan sonra ayrı-ayrı şəxslər haqqında deyil, ümumən ölkə haqqında rəyini bildirir. Bu da bizim nüfuzumuza zərər vurur. Ona görə də, belə halların qarşısını almaq üçün hansısa bir mexanizmin tətbiqi məsələsi müzakirə edilir".

Agentlik rəsmisi qeyd edib ki, həmin mexanizmlərdən biri Turizm Reyestrinin yaradılmasıdır: "Digər mexanizm dövlətin öz əlində olan alətlərdən istifadə etməsidir. Amma bütün hallarda, biz ilkin şərt olaraq, bunu deyirik ki, turizm sənayesinin iştirakçılarına təzyiq olmasın, maneə yaradılmasın, onlara dəstək göstərilsin. Biz məqsəd qoymamışıq ki, şirkətlərin sayı azalsın. Əsas məsələ xidmətin səviyyəsinin yüksəldilməsidir. Kim yüksək xidmət göstərə bilirsə, göstərsin, ölkəmizdə bazar açıq, biznes mühiti sağlamdır".

K.Quluzadə əlavə edib ki, turizm şirkətlərinin reyestrə hansı şərtlər çərçivəsində daxil olması məsələsi də hazırda müzakirə edilir: "Biz bu detalları bu gün açıqlaya bilmirik, çünki bu meyarlar hələ müzakirə edilir. Ümumiyyətlə isə reyestrə, bütün şirkətlər daxil ola bilərlər".

Nəzarətin turizm şirkətlərinin keyfiyyətinin yüksəlməsinə necə təsir edəcəyini və hansı formada həyata keçirilməli olduğunu öyrənməyə çalışdıq.

"Luna" travel şirkətinin direktoru Rəhman Quliyev qeyd etdi ki, bir turizm şirkətinin səriştəsiz fəaliyyəti bütün şirkətlərin imicinə zərər yetirir: "Lisenziya ilə şirkət açılan zaman müəyyən sənədlər tələb olunurdu. Bu da şirkətlərin qoyulan standartlara cavab verməsinə, məsələyə məsuliyyətli yanaşmasına səbəb olurdu. Lisenziyaların ləğv edilməsindən sonra ölkəmizdə xeyli sayda turizm şirkəti fəaliyyətə başladı və bu, sadəcə, kəmiyyət artımı idi. Keyfiyyətdəki artım istənilən səviyyədə olmadı. Şirkətlərin sayının çoxalması ilə bir növ, bu sahədə nəzarətsizlik yarandı. Amma hazırda fəaliyyət göstərən şirkətlərin demək olar ki, əksəriyyəti səriştəsiz xidmətlə məşğuldur. Bu cür xidmət turizm şirkətləri ilə müştərilər arasında inamsızlıq yaratdı. Bazar iqtisadiyyatında vəziyyət belədir ki, bir məhsulun saxta versiyası həmin məhsul haqqında bütün fikirləri dəyişir. Bunu turizmə də aid etmək olar. Bir turizm şirkətinin səriştəsiz fəaliyyəti bütün şirkətlərin imicinə zərər yetirir. Düşünürəm ki, reyestrin yaradılması məsələsi bu işdə olduqca həlledici rol oynayacaq. Yəni biz demirik ki, lisenziyalaşma geri qaytarılsın. İstədiyimiz budur ki, nəzarət güclü olsun. İşini normal görən, standartlara cavab verən turizm şirkəti bu nəzarətdən qorxmayacaq. Bu cür nəzarət sisteminin həyata keçirilməsi xidmət səviyyəsi aşağı olan şirkətlərin sıradan çıxmasına və keyfiyyətli iş görənlərin sayının artmasına imkan yaradacaq".

R. Quliyev bildirdi ki, dövlətin nəzarət mexanizmini həyata keçirməsi üçün ilk növbədə həmin şirkətlər özləri haqqında məlumat verən sənəd hazırlamalıdırlar: "Bütün turizm şirkətləri ünvanları, əməkdaşları haqqında məlumatı ərizə formasında Dövlət Turizm Agentliyinə təqdim etməlidirlər. Verilən məlumatlara əsasən, şirkətlərin ofisinə monitorinqlər təşkil edilməlidir. Monitorinq zamanı şirkətin hansı standartlara cavab verdiyi, işçilərinin turizmlə bağlı bilikləri, bu sahədə nə qədər təcrübəyə malik olmaları yoxlanılmalıdır. Bu yoxlanışa görə şirkətlərdən heç bir ödəniş tələb olunmamalıdır. Mən də turizm şirkətinin rəhbəri olaraq bu qərarı dəstəkləyirəm. İstəyirəm ki, sağlam mühitdə, rəqabət şəraitində fəaliyyət göstərək".

"SKAL İnternational Baku" klubunun (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası) sədri Ceyhun Aşurov da qeyd etdi ki, bir neçə il əvvəl lisenziyanın ləğv edilməsi turizm sektorunda şirkət "bumu"nun yaşanmasına səbəb olub: "Lisenziya sistemi ləğv edildikdən sonra şirkətlərin sayı 350-dən 2000-ə çatıb. Dövlət Turizm Agentliyi bu kimi addımlarla turizm sahəsində sistemləşdirmə həyata keçirməyə çalışır. Bu inzibati, yəni şirkətlərin fəaliyyətinə müdaxilə deyil, tənzimləmə formasında olmalıdır. Əslində, nəzarət nəinki şirkətlərə, bu sahədə xidmət göstərən bütün obyektlərə aiddir. Məsələn, otellərə nəzarət üçün gizli qonaq mexanizminin tətbiq edilməsi nəzərdə tutulur. Təbii ki, yanlış xidmət göstərən və ya hansısa mənfi halın qeydə alındığı şirkətin reytinqi aşağı düşəcək. Bu gün qeyri-peşəkar şəkildə fəaliyyət göstərən şirkətlərin sayı-hesabı bilinmir. Bir çoxunun isə heç ofisi, konkret ünvanı və ya işçisi yoxdur. Onlar çox asanlıqla tur-paketləri ucuz qiymətə təklif edib, müştəriləri aldada bilirlər. Bu kimi halların olmamağı üçün reyestr xidmətinə ehtiyac var. Düşünürəm ki, atılan addımlar turizm sahəsində mənfi halların aradan qalxmasına, keyfiyyətin yüksəlməsinə kömək edəcək. Nəzarət sistemini tətbiq edərkən, dünya təcrübəsindən yararlanmaq olar".

Sədr qeyd etdi ki, nəzarət mexanizminin obyektiv şəxslər tərəfindən həyata keçirilməsi bu sahədə əldə edilən nəticələrdə böyük önəm daşıyacaq: "Nəzarət mexanizmi hazırda fəaliyyət göstərən şirkətlərin keyfiyyət səviyyəsini bəlli edəcək. Amma bu nəzarətin peşəkar və obyektiv şəxslər tərəfindən edilməsi çox vacibdir. Çünki əgər obyektivlik pozularsa, ictimaiyyətə açıqlanan reytinqə heç kim inanmaz və ya heç bir şirkət əməkdaşlıq etmək istəməz. Ona görə, bu prosesdə obyektivliyin və peşəkarlığın olması ümumi keyfiyyətin artırılmasına xidmət edəcək. Düzdür, mən biznesdə hər hansı müdaxilənin əleyhinəyəm, amma hər şey də nəzarətsiz formada həyata keçirilməməlidir. Hər kəs gördüyü işə məsuliyyətlə yanaşmalıdır. Çünki turizm sektorunda göstərilən xidmətin keyfiyyəti ümumi olaraq ölkənin adına hesablanır. Bir şeyi də unutmamalıyıq ki, səriştəsiz xidmət göstərən şirkətlər onsuz da uzun müddət bazarda qala bilməz. Onlar əvvəl-axır, bu sektordan ələnib gedəcəklər".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az