• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
9-11-2018, 09:48

Akademik: "Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir"

Akademik: "Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir"

"Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Azərbaycanın qədim dövlətlərinə məxsus bayraqlar dünya sivilizasiyasının ilk bayraqlarıdır. Bu baxımdan bizim dövlət bayrağımız 1918-ci ildə yaradılmayıb".

Nyus.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir.

Y.Mahmudov qeyd edib ki, Azərbaycanın böyük dövlətlərinin (Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar və Qacarlar) öz bayraqları olub.

İnstitut direktoru əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərara əsasən qırmızı rəngli dövlət bayrağının üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunmuşdu.

Tarixçi deyib ki, üçrəngli bayrağımız Əli bəy Hüseynzadənin "türkləşmək, islamlaşmaq, müasirləşmək" ideyasına əsasən 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib:

"Bayrağımızdakı göy rəng - türk mənşəli olmağımızı, qırmızı rəng - müasir cəmiyyət qurmaq və demokratiyanı inkişaf etdirmək istəyimizi, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Azərbaycan bayrağının üzərindəki aypara türk xalqlarının qədim simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, "Azərbaycan" sözü həmin əlifbada səkkiz hərflə yazılır. Biz Xalq Cümhuriyyəti dövründə üçrəngli bayrağımızla bütün Şərq üçün nümunə göstərdik. Bu bayraq Türk dünyasının ilk nümunəvi bayrağıdır".

Y.Mahmudov bildirib ki, Dağlıq Qarabağ ətrafında cərəyan edən ictimai-siyasi proseslər zamanı ziyalıların təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qeyri-rəsmi olaraq 1988-ci il noyabrın 17-də Bakıda indiki Azadlıq meydanında qaldırılıb. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi Cümhuriyyətin süqutundan sonra ilk dəfə 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırılıb. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib:

"Bakı şəhərində Dövlət Bayrağı Meydanının salınması Prezident İlham Əliyevin dövlət rəmzlərinə olan yüksək ehtiramının bariz nümunəsidir. Dövlət başçısı bununla bağlı sərəncamı 2007-ci il noyabrın 17-də imzalayıb. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Bu sərəncama əsasən, hər ilin noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu bayram Azərbaycan xalqını daha da sıx birləşdirir və həmrəy edir".

Akademik qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il noyabrın 9-da Dövlət Bayrağı Muzeyi yaradılıb. Dənizkənarı Bulvar İdarəsinin ciddi səyləri nəticəsində muzey qısa vaxt ərzində tarixdə mövcud olmuş dövlətlərimizin bayraqlarını toplayıb və AMEA-nın Tarix İnstitutu ilə sıx əməkdaşlıq çərçivəsində çox mühüm yaradıcılıq işləri həyata keçirib. Ölkə başçısının təşəbbüsü və tapşırığı ilə hazırda Azərbaycanın bölgələrində də bayraq muzeyləri fəaliyyət göstərir. Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi bu gün xalqımızın və ölkəmizə səyahət edən turistlərin ehtiram hissi ilə ziyarət etdikləri müqəddəs məkana çevrilib:

"Bayraq sevgisi Vətən sevgisidir. Bayraq hər bir insanın, hər bir millətin azadlıq simvoludur, siyasi varlıq və müstəqillik rəmzidir. Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılır. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az