• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
13-10-2018, 14:58

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini yubiley münasibətilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini yubiley münasibətilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTD) professor-müəllim heyətini, tələbələrini və məzunlarını bu ali məktəbin 260 illik yubileyi münasibətilə təbrik edib.

Nyus.Az Trend-ə istinadən bildirir ki, universitetin rektoru Pyotr Qlıboçkoya təbrik məktubunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən yubiley gecəsində təqdim edib.

Məktubda deyilir ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti özünün "Bərabərlər arasında birinci!" devizini tamamilə doğruldur. Nadir akademizm və novatorluq, yaradıcı axtarış və məsuliyyət atmosferi Seçenov Universitetinin çox böyük elmi, mədəni və mənəvi mərkəzə çevrilməsinə imkan verib. Universitetin professorları və müəllimləri həmişə öz yüksək erudisiyası, ziyalılığı və ən başlıcası, öz humanist peşəsinə sevgisi və sədaqəti ilə fərqləniblər. Birinci Tibb Universitetinin nüfuzu və şöhrəti Rusiyanın sərhədlərini çoxdan aşıb. Axı həqiqi elm mahiyyət etibarilə beynəlmiləldir, onun inkişafı beynəlxalq elmi-təhsil əməkdaşlığından ayrılmazdır.

Azərbaycanın Birinci vitse-prezidenti öz məktubunda Seçenov Universitetinin beynəlxalq əlaqələrinin geniş coğrafiyaya malik olmasını qeyd edir. MDTU-nun Bakıda açılmış filialı özünün təhsil, müalicə və elmi fəaliyyətini uğurla həyata keçirir. Bu, Azərbaycan ilə Rusiyanın dostluq münasibətlərinə daha bir parlaq sübutdur. Təbrik məktubunda vurğulanır: "Ölkələrimiz elmi və humanitar əməkdaşlığı, vahid təhsil və mədəni məkanı qoruyub saxlayıb və möhkəmləndiriblər. İki əsrdən artıq fəaliyyəti dövründə Seçenov Universiteti böyük yol keçib, adlı-sanlı həkimlərin, alimlərin və maarifçilərin gözəl nəslini yetişdirib. Seçenov Universiteti insanların həyatının və sağlamlığının qorunub saxlanması naminə humanizm və şəfqət ideallarına əsaslanan nəcib missiyasını davam etdirir. Birinci MDTU təkcə Rusiya üçün deyil, həm də bir sıra başqa ölkələr üçün tibbi kadrlar hazırlanan iri mərkəzdir. Siz Seçenov Universitetinin ən yaxşı ənənələrini, tədrisin və həkim sənətinin ən yüksək standartlarını qoruyub saxlayırsınız. Bu gün sizin məzunlar dünyanın bir çox guşələrində elmi araşdırmalar aparır, insanlara sağlamlıq və həyat sevincini qaytarırlar. Seçenov adına Tibb Universitetinin yubileyi təkcə Rusiya üçün deyil, bütün dünyanın tibbi və elmi ictimaiyyəti üçün və əlbəttə, şəxsi bioqrafiyası Seçenov Universiteti ilə bağlı olan hər kəs üçün parlaq, mühüm hadisədir. Mən bu nüfuzlu universitetin məzunu olduğuma görə qürur duyuram və aldığım biliklərə, dəyərli şəfqət və xeyirxahlıq məktəbinə görə öz müəlimlərimə təşəkkür edirəm".

Birinci vitse-prezident Seçenov Universitetinin müəllimlərini və tələbələrini bu əlamətdar tarix münasibətilə təbrik edib, Birinci MDTU-nun həmişə belə yüksək nüfuz və hörmət sahibi, yeni ideyalar üçün açıq, xeyirxah və nurlu məkan kimi qalmasını arzu edib.

Birinci MDTU-nun rektoru Pyotr Qlıboçko təbrik üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. Rektor deyib: "Bizim üçün çox xoşdur ki, Azərbaycanın Birinci vitse-prezidenti, bizim universitetinin fəxri professoru Mehriban Əliyeva bizim universiteti bitirib. Mehriban Əliyevanın sayəsində Azərbaycanda bizim filialımız işləyir. Bu gün Bakı filialında 500 nəfər təhsil alır. Bizim universitet öz məzunları ilə həmişə fəxr edir".

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (Birinci MDTU) 260 illik yubileyini qeyd edir. İ.M.Seçenov adına Birinci MDTU-nun sələfi 1755-ci ildə açılmış Moskva İmperator Univeristetinin tibb fakültəsi olub. 1917-1930-cu illərdə tibb fakültəsi Moskva Dövlət Universitetinin (MDU) tərkibində olub. 1930-cu ildə bu fakültə MDU-dan ayrılıb və Birinci Moskva Tibb İnstitutuna çevrilib. 1955-ci ildə instituta İ.M.Seçenovun adı verilib, 2010-cu ildən isə həmin institut Birinci Moskva Dövlət Tibb Universiteti kimi fəaliyyət göstərir.

Nikolay Piroqov, Anton Çexov, İvan Seçenov, Leo Bokeriya və başqaları bu ali məktəbin məzunları olublar.

Birinci MDTU-nun yeganə filialı 2015-ci ildə Bakıda açılıb. Filialda təhsil Seçenov Universitetinin tədris planları və proqramları əsasında həyata keçirilir, məşğələlər rus dilində aparılır. Filialın məzunlarına Birinci MDTU-nun diplomu verilir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az