• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
4-10-2018, 08:21

"Belə hallar Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edir"

"Belə hallar Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edir"

Hazırda sosial şəbəkələr və orada iştirakçılıq Azərbaycan cəmiyyətinin zəruri tələbatına çevrilməklə virtual ictimai münasibətlər formaşaldırır. Bu yeni xarakterik keyfiyyət bütün informasiya cəmiyyətlərində mövcuddur.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.


Onun sözlərinə görə, Azərbaycanda bu gün internet istifadəçilərinin sayı 75 fazidən çoxdur: "Belə olan halda heç şübhəsiz ki, sosial şəbəkələrdəki münasibətlərin hüquqi baxımdan tənzimlənməsinə ehtiyac var. İstənilən sahədə ictimai münasibətlərin tənzimlənməsinə ehtiyac yaranan kimi mütləq hüquq tənzimləmə prosedurası işə düşür. Bu gün sosial şəbəkələrdə Azərbaycanın ictimai fəal fərdlərinin təmsilçiliyi o qədər kütləvidir ki, burada mütləq müəyyən cavabdehlik və məsuliyyət mərhələsinin təmin edilməsi lazımdır. Hazırda qloballaşan dünyada informasiya müxtəlif vasitələr üçün istifadə olunur. Bu vasitələrdən biri də informasiyanın "yumşaq güc" kimi istifadə edilməsidir. Bu gücdən effektiv istifadə edən mərkəzlər onun gətirdiyi mənfəətləri öz milli maraqlarının lehinə çevirməyi bacarırlar. İnformasiya gücündən istifadə edə bilməyən və onu öz milli maraqlarını həyata keçirmək üçün bir vasitəyə çevirə bilməyən cəmiyyətlərdə isə informasiya daha çox dağıdıcı vasitəyə çevrilir".

Millət vəkilinin qənaətincə, beləliklə, imperialist mərkəzlər informasiyanı manipulyasiya vasitəsinə çevirməklə həmin cəmiyyətləri öz maraqlarına uyğun olaraq idarə etməyə çalışırlar: "Ona görə də milli informasiya məkanının qlobal informasiya məkanının bu təhdidlərindən qorunması üçün mütləq bu sahəsinin hüquqi kontekstdə tənzimlənməsi lazımdır. Mən belə düşünürəm ki, artıq Azərbaycanda bununla bağlı qanunun qəbul edilməsinə ehtiyac var. Facebook və tvitter istifadəçilərinin, ümumiyyətlə sosial şəbəkə istifadəçilərinin məsuliyyətini artırmaq üçün onların ilk növbədə, öz adları və şəxsiyyət vəsiqələrinin nömrəsi ilə həmin şəbəkələrə daxil olması doğru olardı. Biz bilirik ki, sosial şəbəkələrdə fərqli və yalançı profillərlə təmsil olunan çoxsaylı şəbəkə iştirakçıları var. Onlar bu və ya digər şəkildə sosial şəbəkələrdə insanları yönləndirməyə, onlarda yanlış təsəvvür formalaşdırmağa yaxud onları müxtəlif məqsədlər üçün provokasiya etməyə çalışırlar. Bəzən cəbhə xəttində insidentlər baş verən zaman bəzən isə ölkəmizdə mühüm əhəmiyyətli ictmai siyasi hadisələr olan zaman biz belə provokativ halları bariz şəkildə müşahidə edirik. Əlbəttə, belə hallar Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edir. Ona görə də müəyyən şəkildə bu münasibətlərin hüquqi tənzimlənməsi həyata keçirilməli daha sonra isə qanunvericilik bazası hadisələrin dinamikasına uyğun olaraq daima təkmilləşdirilməlidir. Məsələ ondadır ki, hazırda bu sferada bütün dünyada axtarışlar aparılır. İnkişaf etmiş Qərb cəmiyyətlərinin özləri belə sosial şəbəkədə ictimai münasibətləri qanunla tənzimləmək üçün müxtəlif cəhdlər edirlər. Elə hazır bir model yoxdur ki, onu əsas almaqla, milli informasiya məkanımızın tələblərinə uyğunlaşdırmaqla Azərbaycan tətbiq etsin. Hazırda Azərbaycan fikir, söz, məlumat azadlığının, plüralizmin bərqərar olduğu bir dövlətdir. Ona görə də istənilən ictimai fəal fərd yaxud millət vəkili qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. Sosial şəbəkələrdədə baş verən müxtəlif fəsadlardan əziyyət çəkən və oradakı xaosun milli təhlükəsizliymiz üçün nə qədər təhdidedici olduğunu dərk edən çoxsalı insanlarımız var. Bu sahədə verilə biləcək təklifləri ümumiləşdirib Milli Məclisin gündəliyinə gətirməklə biz qanunlar qəbul edə bilərik.

Sosial şəbəkələrdə dövlət nəzarətinin gücləndirilməsi məsələsinə gəldikdə isə, mənim fikrimcə, burada dövlətin nəzarətindən yox,dövlətin konkret sahədə hüquqi münasibətlər yaratmaqla həmin sahədəki davranışları tənzimləməsindən söhbət gedir. Əgər sosial mediada belə bir hüquqi münasibətlər yaranarsa istifadəçilər davranışlarına görə məsuliyyət daşıyar, rəqabət mühitində sosial şəbəkə iştirakçılarının intelektual səviyyəsi artar, informasiyanın mübadiləsi prosesi milli maraqlarımız kontekstində baş tutar. Əgər kimsə Azərbaycanın ictimai maraqlarını təhdid edən manipulyativ informasiyaları qəsdən yayacaqsa, o zaman hüquqi məsuliyyət daşıyacaq. Bu isə ictimai münasibətlərin hüquq müstəvisində tənzimlənməsi olmaqla yanaşı həm də milli informasiya məkanımızın qlobal təhdidlərdən qorunması olar".

İlkin İzzət
Milli.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az