• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-09-2018, 07:49

"Komplekslərimi ayaqlarımla birgə qatarın altında qoydum" - Örnək

"Komplekslərimi ayaqlarımla birgə qatarın altında qoydum" - Örnək

İmran Lalayev deyir ki, onun üçün xoşbəxtlik ayaqlarının olmaması ilə bitmir

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Xoşbəxtlik mənim üçün ayaqlarımın olmaması ilə bitmir". Bu onun şüarıdır. Pozitivliyi ilə məhdudiyyəti olan insanlara belə motivasiya verir. Ən əsası, qüsurlarını sevir, qəbul edir və bütün çətinliklərə sinə gərib, onlara gülümsəməyi bacarır.

"Örnək" rubrikasında qarşısına çıxan bütün çətinliklərə qarşı dimdik dayanan, həyatı sevən, fiziki məhdudiyyətlərin üstündən xətt çəkən İmran Lalayevlə söhbətləşdik. Qeyd edək ki, İmran Əsa Teatrının aktyorudur.

"Həyatda mübariz olmaq lazımdır"

O qədər pozitivdir ki, qüsurunu belə xoşbəxtlik hesab edir... Həyat onu çox çətin sınaqlardan keçirib. Ən böyük sınağı isə ayaqlarını qurban verməsi ilə nəticələnib: "Hadisə 2013-cü il may ayının 24-də baş verib. Qulağımda qulaqcıqlarla işə gedirdim. Yolun üstündə körpü var idi, hansı ki, altından qatar yolu keçirdi. Körpünün dirəkləri gözümün qarşısını kəsdiyi üçün qatarın gəldiyini görmədim, qulaqcıqlarım isə qatarın səsini eşitməyimə imkan vermədi. Qatar məni vuranda özümü atdım, lakin iki ayağım qatarın altında qaldı. 21 yaşım var idi və mən bilirdim ki, ayaqlarımı artıq itirmişəm. Özümü bu vəziyyətə elə həmin gün hazırladım və qəbullanmağım da çox vaxt aparmadı. Bu həqiqətdir ki, heç kim həyatından sığortalanmayıb. Sabah bu vəziyyət hər kəsin başına gələ bilər, əsas odur ki, özünü güclü hiss edib, üsyankar olmayasan. Mənim prinsipim odur ki, fərq etməz hansı çətinliyin var, həyatda mübariz olmaq lazımdır".

"Fiziki məhdudiyyətli olmaq həyatın sonu deyil"

İmran protez ayaqla həyatına davam edir. Deyir ki, həmin hadisə onun bütün həyatını dəyişib və ona ikinci həyat bəxş edib. Həmsöhbətimiz elə komplekslərini də sözügedən hadisədən sonra həmin qatarın altında qoyub: "Hadisədən sonra həyatımda çox dəyişikliklər oldu. Sanki başqa bir insan olaraq, yenidən dünyaya gəldim. İkinci həyatım başladı. Hətta dünyagörüşüm dəyişdi. Əgər köhnə İmran olsaydım, kompleksli olardım və şortik geyinməzdim. Əvvəllər insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirdim. Komplekslərimi də qatarın altında qoydum. Mənim üçün fiziki məhdudiyyət yeni bir başlanğıc, yeni bir həyat deməkdir. Hadisədən sonra tamamilə yeni bir insana çevrilmişəm və bu, yaxşılığa doğru olub. Fiziki məhdudiyyətli olmaq həyatın sonu deyil. Mənim həyatımda xoşbəxtlik ayaqlarımın olmamasi ilə bitmir. Bunu hər yerdə deyirəm. Xoşbəxtliyi özlüyümdə yaradan bir insanam və düşünürəm ki, həyatda pul, var-dövlət olsa da, insan əgər xoşbəxt ola bilmirsə, demək ki, onlar boş şeylərdir. Əgər bir insan öz-özlüyündə xoşbəxt ola bilmirsə, qarşısındakını və ətrafindakıları heç vaxt xoşbəxt edə bilməz və onlarla normal ünsiyyət qura bilməz. Xoşbəxtlik insanın qarşısında hər zaman bir güzgü kimi dayanır. Sən ona baxıb gülərsən, o da sənə..."


"İnsanları protez ayaqlara alışdırmağa çalışıram"

Hadisədən sonra İmran tez-tez şortik geyinir. Deyir ki, şortik geyinməkdə məqsədi odur ki, insanları protez ayaqlara alışdırsın və onların hər dəfə fiziki məhdudiyyətli insan görəndə təəccüblənməsinin qarşısını alsın: "Ətrafımda insanların fərqli münasibəti heç vaxt xətrimə dəyməyib. Həyatımla barışdığım üçün məni heç bir söz, fikir, baxış incitmir. Mən həyatımı olduğu kimi qəbul edir və sevirəm. Əksinə, bir çoxlarının ayaqlarımla bağlı fikirləri gülməli gəlir. Məsələn, bir dəfə səhər evdən çıxanda məhləmizdə rus bibi mənə dedi ki, sənin yuxarı tərəfin 20-ci, aşağı tərəfin isə 21-ci əsrdir. Bunu gülərək qarşıladım və xətrimə dəymədi. Əksinə, bu fikir xoşuma da gəldi. İnsan vəziyyəti ilə barışmalıdır. Cəmiyyət isə istər arabada, istər protez ayaqla, istərsə də başqa məhdudiyyətli insanları görəndə təəccüblənməsin. Mənim də məhz şortik geyinməyimdə məqsəd odur ki, insanlar protez ayaqlara alışsınlar. Qəribə baxışlar mənə gülməli gəlsə də, kompleksli fiziki məhdudiyyətli şəxsləri incidə bilər. Bu səbəbdən fikir bildirərkən həssas insanları nəzərə almaq lazımdır".

"Hər çətinliyin sonunda işıq var"

Yuxarıda qeyd etdiyimiz kimi, İmran Əsa Teatrının aktyorudur. Memarlıq və İnşaat Kollecini bitirsə də, təsadüf nəticəsində bu sənətə gəlib: "Bir gün dostum mənə Əsa Teatrı haqqında məlumat verdi. Öncə tərəddüd etdim, çünki 4 il kollec oxumuşdum və düşünürdüm ki, bu sahədə çalışacam. Amma həyatda bəzən insanın yolları ayrılır və mənə də həyat belə bir şans verdi. Artıq 1 il olar ki, aktyor kimi çalışıram və "Adamlar və siçanlar" və "Paris partladı" tamaşalarında oynamışam. Hər çətinliyin sonunda bir işıq var və mən uğur qazanmağa davam edəcəm".


"Çətinliklərə də gülməyi bacarmaq lazımdır"

İmran hər şər işdə bir xeyir olduğunu düşünür və neqativ düşüncələri özündən uzaqlaşdırır: "Mən qarşıma çıxan hər problemin xeyirli tərəfini axtarıram. Çalışıram ki, hər məsələyə pozitiv yanaşım. Niyə insanlar yaxşı bir şey olanda sevinir, həyata minnətdar olur, amma bir dəfə barmağı ağrıyanda üzülür, üsyan edir? Hər bir insanın həyatında çətin və xoşbəxt gün ola bilər. Əsas odur ki, o çətinliyi həyatında xoşbəxtliyə çevirə biləsən. Hər şey insanın öz iradəsindən asılıdır. Yıxıldığında öz-özünə gülə bilirsənsə, çətinliklərə də gülməyi bacarmaq lazımdır".

Sonda gələcək planlarından danışan həmsöhbətimiz vurğuladı ki, həyatda heç vaxt boş xəyallar qurmur: "Xəyallarımı hər zaman məqsədyönlü qururam. Bacaracağıma inanıb, irəliləyirəm. Qarşıma çıxan şansları düzgün qiymətləndirməyə çalışıram və aktyorluq sənətində özümü inkişaf etdirirəm. Aktyor olaraq, kimisə özümə örnək almıram. İnsanlara özümə xas olan xarakter göstərmək istəyirəm".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az