
Ötən günlərdə saytımızda Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 248 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binalarının üst hissəsində mansard tipli tikinti işlərinin aparılması ilə bağlı məlumat yayımlanıb.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti redaksiyamızla əlaqə saxlayaraq sözügedən ərazidə aparılan tikinti işləri ilə bağlı rəsmi mövqeyini açıqlayıb.
İcra Hakimiyyətindən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, həmin ünvanda yerləşən yaşayış binalarının mansard hissəsində MTK tərəfindən qanunsuz tikinti işlərinin aparılmasına cəhd göstərilib.
Qeyd olunub ki, bununla əlaqədar aidiyyəti qurumlar tərəfindən operativ müdaxilə həyata keçirilib və qanunsuz tikinti işlərinin qarşısı alınıb.
“Bu səbəbdən operativ müdaxilə olunaraq qanunsuz tikinti işlərinin qarşısı alınıb və ərazi tam nəzarətə götürülüb”, – deyə
Binəqədi Rayon İcra Hakimiyyətinin açıqlamasında bildirilib.
Beləliklə, Binəqədi Rayon İcra Hakimiyyətinin müdaxiləsi nəticəsində sözügedən ünvanda qanunsuz tikinti işlərinin qarşısının alındığı və məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının məlumatlandırıldığı qeyd olunub.
Nyus.Az

























