
Bakının 20 Yanvar və Moskva prospekti ərazisində “manatlıq taksi” kimi tanınan avtomobillərin fəaliyyəti dayandırılıb.
Nyus.Az xəbər verir ki, Bu taksilərdən əsasən Xırdalan, Masazır, Saray, Ceyranbatan və Sumqayıt istiqamətində yaşayan vətəndaşlar istifadə edirdi. İndi isə həmin sərnişinlər alternativ nəqliyyat axtarmalıdır.
Sakinlər deyirlər ki, xüsusilə səhər və axşam saatlarında avtobuslar da sərnişin tələbatını tam qarşılaya bilmir.
AYNA isə bildirir ki, sərnişin daşımaq üçün müvafiq icazələr olmalıdır və icazəsiz fəaliyyət qanunla məsuliyyət yaradır.
Bəs “manatlıq taksilər”in yığışdırılması qərarı barədə Bakı sakinləri nə düşünür?
Məsələ ilə bağlı TV Musavat-ın əməkdaşları Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Nyus.Az

























