• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 29-09-2026 Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
  • 29-09-2026 Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
  • 29-09-2026 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
  • 29-09-2026 Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
  • 29-09-2026 Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
  • 29-09-2026 Sabunçu rayonunda qanunsuz tikinti iddiası: Pirşağıda obyektin ikinci mərtəbəsi artırılır — VİDEO
  • 29-09-2026 Məhkəmə-Tibbi Ekspertizada “kreslo savaşı”: Cavid Cahangirov Ədalət Həsənovun postuna göz dikib?
  • 29-09-2026 Əvəz Zeynallı dəfn edildi
  • 29-09-2026 Məhkəmə-Tibbi Ekspertizada “kreslo savaşı”: Cavid Cahangirov Ədalət Həsənovun postuna göz dikib?
  • 29-09-2026 Alliance Clinic”də çek qalmaqalı: Vergi Xidməti niyə susur?
  • 29-09-2026 UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
  • 29-09-2026 Tikinti sektorunda yeni dələduzluq - VİDEO
  • 29-09-2026 Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
  • 29-09-2026 Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib
  • 29-09-2026 Bu xəbərlər Samiri depressiyaya salıb
  • 29-09-2026 Qızılın qiyməti yenidən ucuzlaşdı - VİDEO
  • 29-09-2026 AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 28-09-2026 Tramp marşrutunun sahibi kim olacaq? Paşinyan pay bölgüsünü açıqladı
  • 28-09-2026 Gədəbəy rayonuna icra başçısı təyin edilib
  • 28-09-2026 Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş

XƏBƏRLƏR

    UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
    Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
    Bu gün "Formula 1"in qalibi bəlli olacaq
    "Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı
    “Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
    Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
    Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
    “Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
    Mourinyo "Real"a nəhəng ekranla məşq keçir
    Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
Dünən, 09:55

Alliance Clinic”də çek qalmaqalı: Vergi Xidməti niyə susur?

[center]Alliance Clinic”də çek qalmaqalı: Vergi Xidməti niyə susur?[/center]

Azərbaycanda vergi intizamından, kölgə iqtisadiyyatına qarşı amansız mübarizədən, nəzarət-kassa aparatlarının məcburiliyindən elə ağızdolusu danışılır ki, adam bir anlıq elə zənn edir ki, bu ölkədə çek verməyən obyektin qapısına səhər açılmamış qfıl vurular. Amma sən demə, qanunların, reydlərin və ciddi maliyyə “sanatoriya”larının heç bir təsir gücünün çatmadığı xüsusi “mikroiqlimli” məkanlar da var imiş.

Məsələn, Fərid Eyvazovun rəhbəri olduğu “Alliance Clinic” kimi.

Faktum.az-a müraciət edən vətəndaş Firudun Rüstəmov bildirir ki, bəzi müayinələrdən keçmək üçün reklamlarından diqqətini çəkən bu klinikaya üz tutur, xidmət alır və cibindən dəqiqliklə 146 manat ödəyir. Amma qarşılığında nə alır? Dövlətin tanıdığı, vətəndaşa ƏDV-ni geri almaq hüququ verən rəsmi fiskal kassa çeki? Əlbəttə ki, yox!



Belə çıxır ki, Fərid Eyvazovun “krallığı”nda rəsmi çek yox, öz daxili “sərəncamları”, “qaimələri” keçərlidir. Yəni dolayısıyla vətəndaşa deyilmiş olur ki, “bizim öz qaydalarımız var, dövlətin vergi sistemi qapının arxasında qalır”.

Məsələ tək bir vətəndaşın 146 manatlıq çekində də deyil. Məsələ ondadır ki, adi bir məhəllə marketi, balaca bir kafe və ya künc-bucaqdakı bərbərxana kassa çekini bir saniyə gecikdirəndə Dövlət Vergi Xidmətinin müfəttişləri qapıda bitir, operativ vergi nəzarəti mexanizmi saat kimi işləyir. Cərimələr, xəbərdarlıqlar, protokol ardınca protokol…

Bəs görəsən, məsələ Fərid Eyvazovun rəhbərlik etdiyi “Alliance Clinic”ə gələndə bu ildırım sürətli nəzarət sistemi niyə uzadır? araşdırma prosesinin müddəti qanunun müvafiq maddəsini belə heçə sayaraq, hətta ikinci aya keçir?

Faktum.az olaraq avqust ayının 24-də – tam olaraq 35 gün öncə Dövlət Vergi Xidmətinə konkret faktlarla, konkret rəqəmlərlə rəsmi media sorğusu ünvanlamışıq. Qanunvericilik araşdırılmalı olduğu halda “maksimum 1 ay” deyir, amma biz konkret faktı verib, üstəlik, yenə o müddəti də artıqlaması ilə gözləmişik. Nəticə? … Sözün əsl mənasında, HEÇ NƏ.

Vergi Xidməti elə bir sükut içindədir ki, sanki “Alliance Clinic” Bakıda deyil, başqa bir planetdə fəaliyyət göstərir., “əlləri çatmır”.

Bunu görəndə adamın ağlına istər-istəməz bir sual gəlir: Görəsən, Fərid Eyvazovun “qoruyucu mələyi” kimdir?

Kimdir o görünməz əl ki, Vergi Xidmətinin diqqətini bu klinikadan yayındırır, Fərid həkimə “gözün üstə qaşın var” deməyə belə qıymır?

Hansı fövqəladə güc Fərid Eyvazova bu qədər arxayınlıq, bu qədər rahatlıq bəxş edib ki, o, açıq-aşkar maliyyə intizamını pozmaqdan, dövlət büdcəsinə çatası paydan “qənaət” etməkdən çəkinmir?

Əgər bir tibb müəssisəsinin rəhbəri rəsmi çek verməyi özünə sığışdırmırsa, vergi qurumları da buna göz yumursa, deməli, burada söhbət sıradan bir diqqətsizlikdən yox, sistemli arxayınlıqdan gedir. Lakin Fərid Eyvazov və onun arxalandığı “mələkləri” bir şeyi unudurlar: ictimai nəzarət və medianın diqqəti heç bir qoruyucu çətirin altına sığmır.

Çek qalmaqalı hələ yeni başlayır və o 146 manatlıq kağız parçasının arxasında gizlənən cavabsız sorular gec-tez öz cavabını tapacaq

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az







Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az