• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 26-09-2026 Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
  • 26-09-2026 “Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
  • 26-09-2026 Ramin Qasımov Sumqayıt Tibb Mərkəzində nə kimi qanunsuzluqlara yol verir - İTTİHAM VAR...
  • 26-09-2026 Polis ötən gün 57 nəfəri saxlayıb
  • 26-09-2026 Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
  • 26-09-2026 Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
  • 26-09-2026 AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
  • 26-09-2026 Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
  • 26-09-2026 Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
  • 26-09-2026 Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
  • 26-09-2026 Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
  • 26-09-2026 Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
  • 26-09-2026 Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
  • 26-09-2026 Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
  • 26-09-2026 Bu gün "Formula 1"in qalibi bəlli olacaq
  • 26-09-2026 Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
  • 26-09-2026 Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
  • 26-09-2026 Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - VİDEO
  • 26-09-2026 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
  • 26-09-2026 Azərbaycanda vulkan püskürdü

XƏBƏRLƏR

    Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
    Bu gün "Formula 1"in qalibi bəlli olacaq
    "Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı
    “Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
    Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
    Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
    “Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
    Mourinyo "Real"a nəhəng ekranla məşq keçir
    Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
    "Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
Dünən, 21:36

“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı

“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı


Media və sosial şəbəkələrdə deputat Fəzail İbrahimlinin bir müddət öncə qarpız satıcısı ilə yaşadığı insident ətrafında müxtəlif məlumatlar yayılıb. Bununla bağlı iddialarda qeyd olunur ki, deputatın şikayətindən sonra qarpız satıcısı işini itirib.

Nyus.Az xəbər verir ki, "Modern.az" məsələ ilə bağlı ictimai müzakirələri nəzərə alaraq deputatla əlaqə saxlayıb.

Deputat hadisənin necə baş verdiyini danışıb:

"Yol kənarında qarpız satıldığını gördüm və istədim ki, qarpız alım. Satıcı qarpızlardan bir-ikisini kəsdi, ağ çıxdı. Mən də doğrusu, buna ziyan olmasın deyə istədim ki, həmin qarpızların pulunu verim və uzaqlaşım. Zəhmətkeşdir, qarpız satır. Dedim ki, əziz qardaşım, sən daha kəsmə, malını ziyan etmə. O isə mənə dedi ki, "bilirəm, sən xeyir verənə oxşamırsan". Bundan sonra mənə qarpız verənləri də söyməyə başladı, əsəbiləşdi.

Mən də dedim ki, dünyanın axırı deyil, qarpızının ağ çıxması mənim günahım deyil. Mən də alıcıyam, niyə narahat olursan? Hər şey qaydasına düşəcək. Yenə dedi ki, "sir-sifətindən xeyir verənə oxşamırsan". Dedim, cavan oğlansan, niyə məni ittiham edir, üstümə gəlirsən?"

F. İbrahimli bildirib ki, bundan sonra vəziyyət daha da gərginləşib:

"Bu sözü deyəndə əlində qarpız kəsən bıçaq vardı və onu düz mənim çənəmin altında saxladı. Hadisələrin gedişinə baxmayaraq, mən deyəsən ikinci dəfə hüquqlarımı müdafiə etməli oldum. Başladı deməyə ki, "sən Allahsan, nəsən, səni niyə tanımalıyam?" Mənə yaxın gələndə gözünün içinə baxdım və gördüm ki, özü-özündə deyil. Obyektiv və ya subyektiv baxımdan insan özündə deyildi, sanki başqa aləmdə idi.

Hər dəqiqə əlindəki bıçaqla xəta törədə bilərdi. Bıçağı yelləyə-yelləyə danışırdı. Mənə "qarnını cıraram, başını kəsərəm" demirdi, amma bıçağı yelləyə-yelləyə düz çənəmin altında dayanmışdı. Mən də oradan tez uzaqlaşdım".

Deputat qeyd edib ki, şikayət etməkdə məqsədi satıcıya qarşı ağır tədbir görülməsi olmayıb:

"Mənim yerimə həmin jurnalistlər, yaxasını cıranlar, söyüş söyənlər olsaydı, nə edərdi? Mən özümü müdafiə etmək üçün yox, o adamın oraya gələn hər bir insana xətər yetirə biləcəyini düşündüyüm üçün məsələyə müdaxilə etdim. Mən bununla rəftar edə biləcəyim halda "qaçım, məndən keçdi, qardaşıma dəydi" prinsipi ilə uzaqlaşaraq məsələni qoyub gedə bilməzdim. Bu insan tərbiyə olunmalıdır.

Mənim statusum, toxunulmazlığım var. Hüquqlarımı müdafiə etmək üçün hüquq-mühafizə orqanlarına müraciət etdim. Çox uğurla və qısa müddət ərzində nəticə verdi, onu apardılar. Məqsədim ona cinayət işi açdırmaq deyildi. Məqsəd onun islah olunması, abır-ismətini özünə yığıb işi ilə məşğul olması idi".

F.İbrahimli satıcının cərimələndiyini də bildirib:

"Özünün dediyinə görə, 50 manat cərimə olunub. Sual olunur ki, düzgün adamdırsa, niyə cərimə olunub? Bu gün KİV yeni, oxunaqlı mövzu tapıb ki, guya bu adam işini itirib və iki aydır ac-yalavacdır. O, gözünün içinə qədər yalan danışır. O, işini mənə görə yox, işlədiyi köşkün yerinə görə itirib. Onu oradan daima tərbiyəsizlik etdiyi üçün qovublar. Özünü elə qələmə verir ki, guya bunun köşkü olub, mən dağıtdırmışam. Halbuki o, sadəcə satıcı idi. Sonuncu hadisədən sonra ağıllı adam onun işinə yaramadığını görüb və onu qovub. Köşk də yerindədir, onun yerinə başqası işləyir".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az