• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 20-09-2026 Moskvada cəhənnəm gecəsi: Anbarlar, Neft Emalı Zavodu yanır, aeroportlar dayanıb
  • 20-09-2026 Pentaqondan zərbə hədəflərinin Sİ ilə müəyyənləşdirilməsinə dair hesabat tələb olundu
  • 20-09-2026 Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
  • 20-09-2026 Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
  • 20-09-2026 Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
  • 20-09-2026 Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
  • 20-09-2026 Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
  • 20-09-2026 Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - VIDEO
  • 20-09-2026 Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 20-09-2026 “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
  • 20-09-2026 Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • 20-09-2026 Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VIDEO
  • 20-09-2026 "Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
  • 20-09-2026 Bakıda məktəbin həyətində yanğın baş verib
  • 20-09-2026 “Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
  • 19-09-2026 Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - VİDEO
  • 19-09-2026 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - VİDEO
  • 19-09-2026 "№1 Çörək Zavodu"nun sahibi dövlətə külli miqdarda BORCLANDI - FOTOFAKT
  • 19-09-2026 Tramp onu hava limanında şəxsən qarşılayacaq
  • 19-09-2026 DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

XƏBƏRLƏR

    Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
    "Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
    “Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
    Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
    "Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
    Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
    Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb
    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
Bu gün, 08:58

Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı

Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı


"Bu gün biz istəsək belə, süni intellekt dövründə, sürət əsrində uşaqları telefonlardan və digər ağıllı cihazlardan tamamilə uzaq tuta bilmərik. Bəzi məsələlər var ki, burada insan amili deyil, dövrün və zamanın tələbləri öz diktəsini edir. Bu diktə yaşa baxmır. Uşağa da, orta yaşlı insana da, gəncə də, yaşlıya da eyni şəkildə təsir göstərir..."

Nyus.Az xəbər verir ki, bu sözləri "Yeni Sabah" a təhsil eksperti Elmin Nuri uşaqların telefon aludəçiliyi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, müasir dövrdə texnologiya həyatın bütün sahələrinə təsir edir və bu təsirdən uşaqları tamamilə kənarda saxlamaq mümkün deyil:

"Məncə, məsələnin digər tərəfi valideynin uşağına qoyduğu düzgün qaydalar və intizamdan başlayır. Valideyn hər məsələdə uşağa "yox" deməməlidir. "Yox" dedikdə bunun izahını verməyi də bacarmalıdır. Eyni zamanda, valideyn bütün məsələlərdə uşağa "hə" də deməməlidir. Çünki hər məsələdə verilən "hə" də "yox" qədər mənfi təsir göstərə bilər.

Birinci halda, yəni uşağa hər məsələdə "yox" deyildikdə, uşaq özünü heç vaxt sərbəst ifadə edə bilməyəcək. İkinci halda isə, hər məsələyə "hə" deyildikdə, uşaq bütün hədləri və özünün qırmızı xətlərini keçə bilər. Nizam-intizam, qaydalar və müəyyən məhdudiyyətlər uşağa situasiyanı düzgün qiymətləndirməyi öyrədir.

O cümlədən, telefon və digər ağıllı cihazlardan istifadə zamanı düzgün məhdudiyyətlərin qoyulması uşaqlarda ekran asılılığına qarşı mübarizənin ilk və ən vacib addımlarından biridir.

Valideyn uşağa "yox" dedikdə və uşaq bu qadağanı düzgün qəbul etdikdə, həmin məhdudiyyət onun üçün faydalı ola bilər. Məsələn, dərslər zamanı telefon və ağıllı cihazlardan müəyyən məqsədlərlə istifadə etmək mümkündür. Amma telefonun istifadəsi konkret məhdudiyyətlər çərçivəsində təşkil olunarsa, uşaq həmin cihazdan daha səmərəli istifadə etməyi öyrənə bilər".

Ekspert telefon istifadəsinin psixoloji tərəfinə də toxunaraq maraqlı bir sınaq təklif edib.

"Burada psixoloji məqam da var. Təsəvvür edin ki, bizdən - istər sizdən, istər məndən telefon bütün gün ərzində alınır və yalnız bir və ya iki saatlıq geri verilir. Həmin bir-iki saat ərzində telefondan daha dolğun və məqsədyönlü istifadə etməyə çalışarıq. Amma bu gün vəziyyət belə deyil. Telefon 24 saat ərzində bizim əlimizdədir. Heç kim onu bizdən almır. Əksinə, biz hər zaman telefondan asılı vəziyyətdə olduğumuz kimi, telefon da bizim gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Ona görə də əlimizdəki cihazın imkanlarını və ondan nə qədər istifadə etdiyimizi düzgün qiymətləndirə bilmirik. Məsələn, gəlin belə bir eksperiment aparaq: telefon və digər ağıllı cihazları bir kənara qoyaq və yalnız iki saat istifadə edək. Deyək ki, hər gün saat 15:00-dan 17:00-dək telefondan istifadə edirik. Özümüz üçün iki gün belə bir qayda müəyyən edək. Görəcəyik ki, həmin iki saat ərzində telefondan istifadə digər günlərlə müqayisədə daha səmərəli və məqsədyönlü olur.

Şagird də bu məhdudiyyəti görməli və yaşamalıdır. O, müəyyən müddət telefondan uzaq qalmağın nə verdiyini öz təcrübəsində hiss etməlidir. Yalnız bundan sonra həmin cihazdan daha düzgün və faydalı istifadə etməyi öyrənə bilər".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az