
Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Əhməd Mehbaliyev küçəsində olan birşam ağacı ərazidə yaşayanları və ordan keçənləri təşvişə salır. Çünki ağac o qədər yola doğru əyilib ki, hər an aşa bilər. Üstəlik ağacın altında piyadların sıx hərəkəti müşahidə edilir və avtomobillər park edilir.
Nyus.Az xezerxeber.az-a istinadən bildirir ki, ağac yola doğru o qədər əyilib ki, əsən güclü külək onu hər an aşıra bilər. Üstəlik ərazi avtobus dayancağı kimi istifadə edilir və burdan piyadalar tez-tez hərkət edirlər.
Görüntülər paytaxtın Suraxanı rayonu Qaraçxuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 121 b ünvanındandır. Ərazidə yaşayanların sözlərinə görə bu ağac uzun zamandır ki, belədir.
Sakinlərin sözlərinə görə ümumiyyətlə bu küçəsindəki, şam ağacları tez-tez.Lakin xoşbəxtlikdən hələki xəsarət alan olmayıb.
Ekologiyə və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə ümumiyyətlə belə ərazilərlə bağlı sakinlər İcra Hakimiyəytinə , o qurumda öz növbəsinə Ekalogiya Nazirliyinə müraciət etməlidir. Bu müraciətdən sonra əraziyə ekpertlər tərəfindən baxış keçirilə və ehtiyyac olarsa ağacın kəsilməsi ilə bağlı qərar verilə bilər. Ağacların kəsilməsini isə Bakı Şəhərİcra Hakimiyyəti yanında Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları icra edirlər.
Nyus.Az

























