• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
13-08-2017, 15:00

Abdin Fərzəliyevin mer olmaq arzusuna ALTUN əngəllər

Abdin Fərzəliyevin mer olmaq arzusuna ALTUN əngəllər
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin meri uğrunda həmişə mübarizə olub və bundan sonra da olacağı şübhəsizdir. Bakının rəhbəri olmaq üçün hakimiyyətiçi qruplaşmaların maraqları da mövqe baxımından toqquşub.

Ölkə paytaxtının hazırkı meri Hacıbala Abutalıbov hakimiyyət dairələri üçün hər nə qədər sədaqətli biri olsa da, yaşının çoxluğu səbəbindən postunu tərk etməsi zərurəti yaranıb. Qeyd edək ki, Bakı merliyi üçün mübarizə aparan hakimiyyətiçi qruplaşmalar bu dəfə də yaranmış əlverişli fürsəti əldən vermək istəmirlər. Ona görə də, indidən mübarizəyə qoşulub, namizədlərini müəyyənləşdirməyə çalışırlar.
Abdin Fərzəliyev paytaxt meri uğrunda savaşda
Paytaxt rəhbərliyi uğrunda mübarizə ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı maraqlı məqamlara rast gəldik. İlk olaraq bildirək ki, hazırda namizədlər arasında Sumqayıtın meri Zakir Fərəcov, habelə Gəncənin meri Elmar Vəliyevin və Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin adları çəkilir. Yaxın müddətədək istər mətbuatda, istərsə də sosial şəbəkələrdə az qala hər kəs bir ağızdan deyirdi ki, Bakının gələcək meri Abdin Fərzəliyevdir. Buna mətbuata sızan və ya sızdırılan bəzi məlumatlar da səbəb olmuşdu. Məsələn, ötən il mediada belə bir məlumat yayılmışdı ki, təqaüdə çıxmağa hazırlanaş Bakı meri Hacıbala Abutalıbov öz yerinə Nərimanov RİH başçısı Abdin Fərzəliyevi görür. Digər KİV-lər isə bu məlumatı başqa cür tiralayır, Abdin Fərzəliyevin özünün mer olmağa can atdığını deyirdi. Bir qrup analitik-jurnalistlər də peyda olmuşdu ki, Abdin Fərzəliyevi bu vəzifəyə ən uyğun namizəd olaraq cəmiyyətin gözündə qaldırmağa çalışırdılar. Lakin sən saydığını say… Gör, fələk nə sayır. Məsələ burasındadır ki, hər zaman reputasiyasını qoruyan A.Fərzəliyevlə bağlı ard-arda elə məlumatlar yayıldı ki, keçmişin bu səhifələri onun mer olmaq şanslarını heçə endirmək üzrədir.
“Quska” və Sevinc Babayeva sindromu
Nərimanov icra başçısının keçmişi ilə bağlı yaşadığı ciddi problemlərdən biri onun keçmiş deputat, hazırda Almaniyada mühacirətdə olan Hüseyn Abdullayevlə isti münasibətlərinin olmasıdır. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, Abdin Fərzəliyevin hakimiyyətdəki rəqibləri bu məsələ barədə vaxtaşırı mediaya faktlar ötürürlər. Eyni zamanda bu barədə Prezident Administrasiyasına dosye göndərilib. Bu iddianın nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma Hüseyn Abdullayevlə Rövnəq Abdullayev arasında münasibətlərin kəskin olduğu bəllidir. Digər tərəfdən 2005-ci ilin parlament seçkilərində Abdin Fərzəliyev Hüseyn Abdullayevə və hakimiyyətin hədəfində olan başqa bir keçmiş deputata – Rza İbadova dəstək verib. Abdin Fərzəliyev həmin vaxt Nizami rayonunun icra başçısı olub. Rza İbadov isə seçkidə Rövnəq Abdullayevin rəqibi idi.
Abdin Fərzəliyev karyerasında ən böyük narahatlığı Gülər Əhmədova olayında keçirib. Bunun səbəbi isə icra başçısının bu hadisələrdə əsas fiqurlardan olan mərhum Sevinc Babayeva amili idi. İcra başçısı və Sevinc Babayeva münasibətləri ilə bağlı mediada ciddi iddialar səsləndirilib. Lakin o zaman hansı səbəbdən bu fakt diqqətdən kənarda qalıb. Məlumatlara görə, Abdin Fərzəliyevin rəqibləri bu məsələni də yenidən gündəmə gətirmək niyyətindədirlər.
MTN olayında və “FETÖ işi”ndə də adı hallanıb
Nərimanov İH-nin başçısı A.Fərzəliyevin istintaqda dindirilməsi haqda müfəsəl məlumatlar olmasa da, onun adı tez-tez Eldar Mahmudov dəstəsinin işində keçir. Bu dəfə icra başçısı Mərdəkan qəsəbə sakini Əliyev Əliəsgər Ağababa oğlunun torpaq mübahisəsində iştirakçı olub. MTN generalı Elçin Quliyevin məhkəməsindən sitat: “Elçin Quliyev də sabiq nazirə məruzə etdikdən sonra onu yanına çağıraraq ona nazir Eldar Mahmudovun torpaq sahələrinə çıxarış almaqda köməklik etməsi üçün onun qaynı Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə müraciət etməsini tapşırıb. Bir müddət sonra onun iş yerinə Asif adlı şəxs gələrək onun adına etibarnamə verməyini, torpaq sahələrinin özəlləşdirilməsi ilə onun məşğul olacağını bildirib. O da Elmanın adından Asifə etibarnamə verilməsini tapşırıb, həmin ərəfədə torpaq sahəsinin özəlləşdirilməsi üçün Elçin Quliyev ona 25 000 ABŞ dolları məbləğində pul vermiş və o da həmin pulu Asifə təqdim edib. Lakin özəlləşmə üçün xərc 25000 ABŞ dollarından çox çıxmış, dəqiq olaraq nə qədər pul xərcləndiyini bilməyib və həmin pulu Abdin Fərzəliyev verib. Abdin Fərzəliyev ona bir sot torpaq sahəsinin özəlləşdirilməsi üçün 2000, 50 sot torpaq sahəsinin özəlləşdirilməsi üçün isə 100.000 manat pul lazım olduğunu deyib. O da özü 25.000 manat pul verə biləcəyini deyərək həmin pulu Asif adlı şəxs vasitəsilə Abidin Fərzəliyevə göndərib və qalan xərcləri isə sonuncu özü çəkib”.
Digər bir problem isə Nərimanov rayon rəhbərliyində, özü də Abdin Fərzəliyevin sağ əlinin FETÖ şəbəkəsində adının hallanmasıdır. Cumhuriyyet.az olaraq mediada işıqlandırılan həmin məlumatları da olduğu kimi diqqətinizə çatdırırıq: “Gülənin Azərbaycandakı aktiv gənc lideri Nərimanov rayonunun rəhbərliyi ilə Özərən arasında vasitəçilik edib. Onlara bu rayonda yol açan, inkişaf etmələri üçün hər bir dəstəyi verən isə Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovdur. Təkcə, onunla deyil, bir sıra dövlət məmurları, icra hakimiyyətlərindəki fətullahçılarla da əlaqələri davam etdirən C.Osmanlıdır. Hazırda Ukraynada tikinti biznesi ilə məşğul olduğu bildirilən Ceyhun Osmanlının bu işdə əsas ortağının da Şahmar İbadov olduğu bildirilir.
Türkiyənin mediaya ötürülən kəşfiyyat məlumatlarında Şahmar İbadovun adı belə çəkilir: “Şahmar İbadov – Bakü şehri, Nerimanov ilçe Kaymakamının birinci yardimçısı.Eski parlamento başkanı yardımçısı.Kaymakamlıkda söz sahibi biri tüm atamalar ona bağlı.İzni olmadan hiç kimse göreve alınmaz.Önceliyi kaymakamlıkda ve oraya bağlı kamu görevlerine yakınlarını ve Hizmet üyelerini göreve getirmek. İş adamı. Çocukları Gülen okulunda okumuş. Ailesi ile bir kaç defa ABD olmuş. Hizmet uyelerinin mali işlerindeki sorumluluklarda üstlenir. Nerimanov ilçesinde yakınları ve akrabaları devlet hizmetinde çalışıyor. 15 Haziran olaylarından 8 ay önce Ceyhun Osmanlı kaymakamlığı ziyaret etmiş ve Nerimanov ilçe Kaymakamının birinci yardimçısı Şahmar İbadovla odasında buluşmuş. Bundan sonra kaymakamliğa aid 10 AA 815 plakali arabası ile Şahmar İbadov şöforu ve kaymakamlikda çalışan müdür yardımçısı Togrul ve Eldaniz adlı kişilerin vasıtası ile Ceyhun Osmanlıya para vermiştir”.
Göründüyü kimi, Şahmar İbadov ismi Türkiyəyə çoxdan bəllidir. Həm dövlət məmuru, həm də rayonda böyük biznes sahibi kimi tanınan İbadovun Ceyhun Osmanlını öz iş otağında qəbul etməsi Türkiyənin də diqqətini çəkib. Bundan başqa ikilinin davamlı olaraq, görüşdüyü və birlikdə hərəkət etdikləri vurğulanır.”
Paytaxt meri uğrunda savaşa qatılan icra başçısının karyerasında hədəfə çatmasını əngəlləyən səbəblər bununla bitmir:
– İcra başçısının kreslosunda şəkil çəkdirən uşaq kimdir?
– 11 yaşlı Altunun yarada biləcəyi problemlər;
– Bir yanlışlığın illərlə davam edən izi…
Bütün bunlar haqda növbəti yazımızda…

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az