• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları
  • 16-07-2026 Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
  • 16-07-2026 DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
  • 16-07-2026 Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
  • 15-07-2026 10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
  • 15-07-2026 ABŞ İranın dəniz blokadasını bərpa edib
  • 15-07-2026 FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
  • 15-07-2026 Nəvai Moskvadakı qəzaya görə məhkəməyə verildi
  • 15-07-2026 Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub - Yenilənib
  • 15-07-2026 Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir
  • 15-07-2026 ABŞ İrana yenidən zərbə endirib
  • 15-07-2026 Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
  • 15-07-2026 "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb
  • 15-07-2026 Abşeron İcra Hakimiyyəti "qanunsuzdur" dedi, amma tikinti dayanmadı-VİDEO

XƏBƏRLƏR

    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
    Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı
21-08-2018, 18:47

QAZAX: Körpələrə diqqət və qayğı nümunəsi

QAZAX: Körpələrə diqqət və qayğı nümunəsi

Qazax rayonunun gözəl və zəngin təbiəti, əlverişli coğrafi şəraiti var. İlin bütün fəsillərində göz oxşayan bu torpaq özünəməxsusluğu ilə həmişə fərqlənmiş, diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, istər elm və sənət, istərsə də hərb və incəsənət sahəsində bir-birindən tanınmış insanlar, alimlər, şair və yazıçılar, elm və hərb xadimləri yetişdirmişdir bu torpaq. Və son nəticədə nümunə olmuşdur bütün Azərbaycana. Təsadüfi deyildir ki, ilk xalq şairi, ilk xalq yazıçısı, ilk hərbi təyyarəçi, ilk topçu, ilk hərbi topoqraf, ilk pedaqoji elmlər doktoru, ilk şəfqət baçısı. Ilk...ilk. Bu ilklərin sayını istənilən qədər artırmaq və Qazağın bir nümunə olduğunu faktlarla bir daha nəzərinizə çatdırmaq olar. Amma dəyərli oxucuların diqqətini başqa bir məqama yönəltmək və bu ilklərə daha bir əlavə etmək istəyirəm.

Bu gün Qazax rayonu öz zəngin tarixi ilə yanaşı, öz tikinti-quruculuq işləri ilə də respublikamızda bir nümunə olmuşdur. Bunu rayonun son illər bütün sahələrdə əldə etdiyi bir-birindən yüksək göstəricilərdən də aydın şəkildə görmək olar. Deyilənləri görmək üçün nəinki Qazaxın mərkəzini, eləcə də kəndlərini, sərhəddə yerləşən və daim atəş altında olan yaşayış məntəqələrini gəzmək kifayətdir. Və gördüklərimizi bir yazıya yerləşdirmək mümkün deyil. Çünki Qazaxda görülən işlərin miqyası böyük, əhatəsi isə çox genişdir.

Bu məqalədə mən Qazaxda aparılan tikinti-quruculuq işlərinin tərkib hissəsi olan bir vacib məsələdən - uşaqlara göstərilən diqqət və qayğıdan, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərdən, körpələrə yaradılan yüksək şəraitdən danışmaq istəyirəm. Ona görə söz açmaq istəyirəm ki, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən körpələrə qayğı ilə yanaşır, onları öz doğma nəvələri kimi bağrına basır, qayğıları ilə maraqlanır.

Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı yeni bağçaların inşa olunaraq körpə balaların istifadəsinə verilməsində özünü aydın şəkildə göstərir. Çünki uğurlu təhsilin başlanğıcı məhz körpələr evi-uşaq bağçalarından başlayır. Respublika Prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamı Qazax rayonunda uğurla icra olunur. Rayonda olan bütün bağçalar əsaslı şəkildə təmir olunur, yeniləri tikilir və bağçalar müasir inventar və avadanlıqlarla təchiz edilərək hər cür şərait yaradılır.

Görülən işlərin nəticəsidir ki, bu gün Qazax rayonu körpələrə göstərilən diqqət və qayğı ilə də diğər bölgələrimizdən əsaslı şəkildə fərqlənir. Bunun yalnız və yalnız bir səbəbi var. Respublika Prezidentinin apardığı siyasətin davamı olaraq rayon rəhbərliyinin böyüməkdə olan fidanlara göstərdiyi qayğı, rəhbər diqqəti və ən nəhayəti baba sevgisidir. Bu üç amil son nəticədə bağçalara və orada tərbiyə alan körpələrə olan münasibəti kökündən dəyişmiş, işlər dövrün və zamanın tələblərinə uyğun olan bir hala salınmışdır. Və bu gün tam əminliklə deyə bilərik ki, Qazax rayonunda bağçalar günün tələblərinə tam uyğun şəkildə fəalyyət göstərir. Tam əminliklə deyə bilərik ki, Qazax bağçalarındakı şərait, qidalanma, qayda-qanun, təminat ən yüksək səviyyədədir və ölkəmizdəki bütün bağçalarına mübaliğəsiz olaraq deyə bilərəm ki, bir nümunədir.

Bəs necə oldu ki, bağçalarda şərait köklü çəkildə dəyişdi və nümunəvi bir hala düşdü? Bu sualın bir sadə cavabı var. Bu vacib işi ilk gündən İcra Başçısı öz üzərinə götürdü. Bəlkə də ilk günlər rayon rəhbərinin tez-tez başçalara getməsi, uşaqlara baş çəkməsi, təminatları ilə müntəzəm olaraq maraqlaması, qarşıya çıxan məsuliyyətsiz hərəkətlər barədə ən ciddi tədbirləri görməsi çoxlarına qəribə gəlirdi. Və İcra Başçısı buna öz dəyərli vaxtını, zamanını sərf edirdi. Amma... bu, belə də olmalıydı. Belə olmalıydı ki, illərdən bəri bağçalarda kök salmış “Adı sənin, dadı mənim” prinsipinə birdəfəlik son qoyulsun. Belə olmalıydı ki, bütün mənfi hallar birdəfəlik aradan götürülsün. Və götürüldü də.

Fəaliyyətə başladığı ilk gündən Qazax rayonunda azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, yüksək səviyyədə təlim-tərbiyə olunması üçün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən məqsədyönlü işlər həyata keçirilmişdir. Bu məqsədlə yeni uşaq bağçaları tikilmiş, əsaslı şəkildə yenidən qurulmuş, müasir inventar və avadanlıqlarla təmin olunmuşdur. Bu deyilənlərə istənilən qədər nümunə göstərmək olar və bu nümunələrin sayı yetərincədir. Özü də bu işlər tək rayon mərkəzində deyil, bütün kəndlərdə, hətta daim atəş altında olan sərhəd kəndlərində belə həyata keçirilmişdir. Bu da görülən işlərin göstərmək üçün deyil, xalqa xidmət göstərmək üçün edildiyini bir daha aydın şəkildə göstərir.

Son 2 ildə Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, 2 və 3 saylı uşaq bağçalarının əsaslı şəkildə təmir olunması, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının əsaslı təmir olunması bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.

Onu da qeyd edim ki, bütün bağçalarda həyata keçirilən işlər İcra Başçısının bir prinsipi “Biz işi gözdən pərdə asmaq üçün görmürük. Biz işi Ölkə Başçısının tələblərinə uyğun şəkildə görürük” prinsipi əsasında görülmüşdür. Ona görə də istər yeni tikilən, istərsə də əsaslı şəkildə təmir olunub yenidən qurulan bağçalar sözün əsl mənasında göz oxşayır. Birmənalı şəkildə və əminliklə demək olar ki, Qazaxdakı başçalar Bakıdakı bağçalardan heç nəyi ilə geridə qalmır, əksinə üstələyir. Bu gün düşmənlə sərhəddə yerləşən Cəfərli, Xanlıqlar, eləcə də adlarını qeyd etdiyim digər bağçalarda da şərait deyilənlərə əyani bir nümunədir.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında yeni istifadəyə verilmiş başçaların açılış mərasimləri bir toy-bayrama, el şənliyinə çevrilmişdir. Keçirilən açılış tədbirlərində çıxış edən valideynlər, kənd və şəhər sakinləri, ağsaqqallar rayonumuzda həyata keçirilən genişmiqyaslı abadlıq işlərinə, eləcə də uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Respublika Prezidenti İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova müəllim və valideynlər, bütün rayon sakinləri adından öz dərin minnətdarlıqlarını bildirmiş, ən xoş arzularını çatdırmışlar. Bağçalarda yaradılan yüksək şəraiti görən insanlar gözlərinə inanmadıqlarını qeyd etmişlər.

Bağçalarda görülən işlər bununla bitmir. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən bağçaların və kollektivlərin yaradıcılıq imkanlarının, dünyagörüşlərinin artırılması istiqamətində görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun fonunda uğurlu inkişafı təmin etmək istiqamətində də əsaslı işlər görülmüşdür. Bu məqsədlə şəhərdə fəaliyyət göstərən uşaq bağçaları arasında “İlin bağçası” müsabiqəsi keçirilmişdir. Müsabiqədə körpə fidanlar öz bilik və bacarıqlarını nümayiş etdirmişlər. Və sonda “İlin bağçası” seçilmişdir.

Məqaləyə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bağçaların birinin açılış mərasimində dediyi sözlərlə yekunlaşdırmaq istəyirəm. Rayon rəhbəri qeyd edib ki, “Fəaliyyətə başladığım ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlimdən gələni edirəm. Çünki mən bütün uşaqları sevirəm. Onların hər biri mənim doğma övladımdır. Çalışmışam və bu gün də çalışıram ki, bu gül balalar daha müasir standartlara cavab verən bağçalarda tərbiyə olunsunlar. Artıq rayonumuzdakı bağçaların demək olar ki, hamısı əsaslı şəkildə yenidən qurulmuşdur və bu proses artan sürətlə də davam edəcəkdir. Bu ilin sonuna kimi bütün körpələr evi-uşaq bağçaları əsaslı şəkildə yenidən qurulacaq, rayonumuzda təmir olunmamış bağça qalmayacaqdır”.

Deyilən sözlər söz olaraq qalmamışdır. Artıq rayondakı 13 bağçada əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş və körpələrin istifadəsinə verilmişdir. Ötən ildən başlamış bu proses artan

sürətlə davam edir. Görülən işlər belə deməyə əsas verir ki, ilin sonuna kimi Qazax rayonunda bütün bağçalarda körpə fidanlar müasir tələblərə cavab verən ən yüksək şəraitdə tərbiyə alacaqlar.

Elçin İSMAYIL,
Qazax rayonu.


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az