• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
4-09-2017, 13:18

Azərbaycanda benzin mafiyası: Başına döyən sürücü, dərisi soyulan kasıb...

Azərbaycanda benzin mafiyası: Başına döyən sürücü, dərisi soyulan kasıb...
Qiymət qalxanda keyfiyyətin da artacağına söz vermişdilər, amma....

Ölkədə benzinin keyfiyyətsiz olması və nəticədə avtomobillərin sıradan çıxması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkədə sürücülər “Aİ-92" markalı benzinin keyfiyyətinin aşağı olmasından şikayətlənirlər. Sürücülər bildirirlər ki, son günlərdə avtomobillə bir neçə kilometr məsafə qət etdikdən sonra mühərrikdə titrəmələr yaşanır və avtomobilin sürət götürməsində problem yaranır.

Öncə qeyd edək ki, bu ilin 14 iyul tarixində “Aİ-92" markalı benzinin qiyməti 90 qəpiyə qaldırıldı. Qiymət artımını əsaslandıran rəsmi məlumatda o da qeyd olunurdu ki, bahalaşmanın səbəbi ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılmasıdır. Sürücülər də bunu əsas gətirərək bildirirlər ki, qiymət bahalaşmasa da heç bir keyfiyyət yaxşılaşmasından söhbət gedə bilməz.

Ekspert Eyyub Hüseynov “Yeni Müsavat”a bildirib ki, əksinə, son illər yanacağın keyfiyyəti ilə bağlı onlara müraciət edən sürücülərin sayı xeyli sayda azalmışdı: “İctimai rəyi götürsək, əhali illərdir ki, benzinin keyfiyyətindən razı deyil. Ən yeni açılan yanacaqdoldurma məntəqələrindən (YDM) belə əhalinin narazılıqları var. Bəziləri şikayət edirlər ki, benzini vurub bir qədər getdim, avtomobil söndü. Bir qismi deyir ki, mühərrik xarab oldu və ya benzin ödənilən məbləğdən az vuruldu və sairə. Ancaq bu illərdə çox az sayda şikayət alırıq. Demək olar ki, yazılı şikayətlər tamamilə dayanıb. Sürücülər yalnız ara-sıra telefonla zəng edib, şikayətlərini bildirirlər. Ötən illərdə isə yazılı şikayətlər çox idi. Azərbaycanda bütün YDM-lərdə ”menzurka" cihazları var. Ancaq bunu sürücülərə göstərmirlər. YDM-lərdə ciddi problemlərdən biri çənlərin vaxtında təmizlənməməsidir ki, nəticədə avtomobilin injektorlarına zərər dəyir. Bu işdə qeyri-şəffaflıq olduğu üçün bu kimi qayda pozuntularına rast gəlmək olur. Nə qədər ki, benzinlərin müstəqil ekspertizası yoxdur, bu problemlər davam edəcək".

İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, əslində burada başqa amillər də var: “Tarif Şurası yanacağın qiymətinin artırılmasını arqumentləşdirərkən, səbəblərdən biri kimi benzinin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərin genişləndirilməsini göstərib. Yanacağın qiyməti artırsa bu, müəyyən qədər keyfiyyətə də öz müsbət təsirini göstərməlidir. Lakin düşünmürəm ki, qısa müddət ərzində keyfiyyətlə bağlı hansısa müsbət dəyişiklik baş verəcək. Ümumiyyətlə götürəndə əksər hallarda Azərbaycanda istehsal edilən yanacağın keyfiyyəti ilə bağlı müəyyən narahatlıqlar ortaya çıxır. Bu da ondan qaynaqlanır bir sıra hallarda yerli nəzarət qurumları öz fəaliyyətini effektiv təşkil etmirlər. Yaxud da hansısa formada bu məhsulların keyfiyyətinə davamlı nəzarəti təmin etmirlər. Nəticədə müəyyən müddətdən sonra istehsal prosesində texnoloji avadanlıqların keyfiyyətinin dəyişilməsi və ya məsuliyyətsizlik nəticəsində nöqsanlar ortaya çıxır. Yaxud da istehsaldan sonrakı prosesdə, yəni birbaşa olaraq pərakəndə satış məntəqələrində hansısa formada daha çox mənfəətin əldə olunması məqsədilə digər qatqılardan, daha aşağı oktanlı yanacağın qarışığı təklif edilir. Nəticədə isə vətəndaşlar yanacağın keyfiyyətindən şikayətlənirlər”.

Ekspert bildirib ki, 2015-ci ilin yanvar ayından etibarən Avro-4 standartlarına uyğun olan yanacağın istifadəsi ilə bağlı qərar qəbul edilib ki, bu da əvvəlki dövrlərlə müqayisədə keyfiyyətin yüksəldilməsini şərtləndirib: “Bundan aşağı oktanlı yanacağı istifadə edən avtomobillərin ölkəyə idxalı da dayanıb. Bir sıra hallarda avtomobillərin özlərinin yanacaq sərfetmə mexanizmlərində də problemlər olur ki, bu da son nəticədə vətəndaşların problemi yanlış istiqamətdə qiymətləndirməsinə, yanacağın keyfiyyətindən şikayətçi olmasına gətirib çıxarır. Yəni bu kimi narazılıqlar ən müxtəlif səbəblərdən ortaya çıxa bilər. Yanacağın qiyməti artandan sonra keyfiyyətin azalması faktı doğru deyil. Benzinin qiyməti bahalaşdıqdan sonra insanlar bu məsələdən psixoloji olaraq narazıdırlar. Çünki yanacağın qiymətinin artırılması müəyyən təbii narazılıqlar yaradır. Bütün bunlar da belə fərqli mövqelərin ortaya çıxmasını şərtləndirə bilər”.

“SOCAR Petroleum” QSC-dən hazırkı şikayətlərlə bağlı rəsmi münasibət ala bilmədik. Lakin QSC-dən may ayında sürücülərin ənənəvi şikayətlərinə geniş münasibət bildirilib. Bildirilib ki, şirkətə məxsus yanacaqdoldurma məntəqələrində satışı həyata keçirilən bütün yanacaq növləri hər ay Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Neft-qaz və neft-kimya məhsullarının Sınaq Laboratoriyasında yoxlanılır və nəticə göstəriciləri ilə bağlı sınaq protokolu təqdim edilir: “Beləliklə, yanacaq növlərinin keyfiyyətinə mütəmadi olaraq səlahiyyətli dövlət qurumları tərəfindən aparılan laboratoriya sınaqları vasitəsilə nəzarət olunur. Bu günə qədər laborator sınaqlar nəticəsində heç bir oktan dəyişikliyi qeydə alınmayıb.

İlk növbədə müştərilər avtomobillərinə istehsalçının tövsiyə etdiyi yanacaqdan istifadə etməlidirlər. Avtomobilin yanacaq sisteminə də periodik texniki baxış keçirilməlidir. Bir çox modellərdə 20000 km-dən bir forsunkalar yuyulmalı və filtrlər yenilənməlidir. Təəssüf ki, bir çox avtomobil sahibləri bu baxışları həyata keçirmirlər və günahı yanacaqda görürlər. Bunlar olmadıqda təbii ki, avtomobillərdə texniki nasazlıqlar baş verəcək".

Ölkədə fəaliyyət göstərən heç bir yanacaqdoldurma məntəqəsində “menzurka” (nümunəvi ölçü qabları) olmadığı ilə bağlı iddialara gəlincə isə qeyd olunub ki, “SOCAR Petroleum”a məxsus yanacaqdoldurma məntəqələrinin hər birində nümunəvi ölçü qabları mövcuddur: “Vətəndaşın yalnız hər hansı şübhəsi və ya narazılığı olarsa, yanacaq kolonkasının yoxlanılmasını tələb edə bilər. "Menzurka"lar hər sifarişə uyğun deyil, 10 litr və 20 litr həcmə malik olur", deyə, şirkətdən bildirilib.

Usta Dəniz Ağabəyli qəzetimizə bildirib ki, doğrudan da dolların manata nisbətdə bahalaşmasından sonra sürücülər avtomobilə zamanında baxış keçirtmirlər:

“Dollar bahalaşdığı üçün detalların, avtomobil yağının da qiyməti artb. Ona görə də sürücülər, məsələn, yanacaq filtrini 5 min kilometrdən bir dəyişmək əvəzinə, 10 min kilometrdən sonra dəyişir. Yağı da eyni 5 min yox, 8 min kilometrdən sonra dəyişirlər. Bütün bunlar da problemlər yaradır. Benzinin tərkibi normaldır. Əsasən problem dizellə işləyən avtomobillərdə olur”.

Bir sıra ekspertlər isə hesab edir ki, benzinin keyfiyyətini aşağı salan həm də YDM rəhbərləridir. Onların yanacağı bazadan aldıqdan sonra YDM-də ona müxtəlif ucuz məhlullar qataraq, həcmini artırırlar. Həmçinin, sürücülər əksər YDM-lərdə yanacağın az vurulduğunu bildirirlər.

Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az