• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 13-09-2026 Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
  • 13-09-2026 İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
  • 13-09-2026 Bu küçələrə giriş bağlandı
  • 13-09-2026 Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - VİDEO
  • 12-09-2026 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
  • 12-09-2026 Feyziyev qanunlarla ÜZ-ÜZƏ... - CƏZA GƏLDİ...
  • 12-09-2026 Sabiq müavinin xanımı ilə yarım milyonluq müqavilə imzalanıb - AY MAŞALLAH...
  • 12-09-2026 TƏCİLİ! Fəlakət ssenarisi reallaşdı: Neftin taleyi ONLARIN ƏLİNƏ KEÇDİ - FOTOLAR
  • 12-09-2026 Rusiyanı gözləyən YENİ TƏHLÜKƏ: Su qıtlığı Putinin planlarını poza bilər
  • 12-09-2026 Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
  • 12-09-2026 Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
  • 12-09-2026 Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
  • 12-09-2026 Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
  • 12-09-2026 Tanınmış iş adamı vəfat etdi
  • 11-09-2026 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
  • 11-09-2026 Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
  • 11-09-2026 Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
  • 11-09-2026 Lənkəranda ağacları kim yeyir?! - FOTO
  • 11-09-2026 Oman sahillərində iki gəmi VURULDU
  • 11-09-2026 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VIDEO

XƏBƏRLƏR

    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
1-10-2025, 16:16

Təzə direktor kollecdə özünə komanda yaratmaq üçün əmək qanunericiliyinin tələblərinə tüpürür

Təzə direktor kollecdə özünə komanda yaratmaq üçün əmək qanunericiliyinin tələblərinə tüpürür



Azərbaycanda əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək Məcəlləsi birdir və işəgötürənlə işçi arasında əmək müqaviləsinin şərtləri də məhz bu məcəllənin maddələrinə əsaslanmalıdır.

Ancaq təəssüflər olsun ki, bəzi idarə, müəssisə və təşkilat rəhbərləri bu müstəvidə hüquqpozmalara yol verirlər. Ən çox şiddətə məruz qalma halları rəhbəri yenilənən müəssisələrdə baş verir. Təzə rəhbər özünə uyğun kollektiv formalaşdırmaq, sözəbaxan komanda yaratmaq üçün kadr dəyişiklikləri aparır. Əvvəlki işçilər isə heç bir ciddi səbəb olmaya-olmaya vəzifələrini itirmək, işlərindən məhrum olmaq istəmirlər. Bneləliklə, təzyiqlər, qarayaxma kampaniyaları başlayır. Kənar müşahidəçi isə kimin haqlı, kimin haqsız olduğunu ayırd etməkdə çətinlik çəkir. Bu qəbildən olan mübahisələr aidiyyəti orqanlar tərəfindən çözülməyəndə narazı tərəf problemi ictimailəşdirməkdən başqa çıxış yolu görmür, üzünü mediaya tutur.

Bu günlərdə redaksiyamıza Haşımlı Nigar İsmayıl qızı Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecdə dəftərxana müdiri vəzifəsində çalışan Haşımlı Nigar İsmayıl qızının müraciəti daxil olmuşdur. Həmin məktubla oxucularımızı tanış edirik:

“İşlədiyim müddət ərzində heç bir nöqsana yol verməmişəm və işimdə hər zaman məsuliyyətli olmuşam. Lakin adı çəkilən təhsil ocağına yeni təyin olan direktor Hicran Əyyubova gəldiyi ilk gündən kolleci ölkə qanunları ilə deyil, öz qanunları ilə idarə edir. Bundan öncə rəhbərlik etdiyi Tovuz Dövlət Sosial-İqtisadi kollecində də qol qoyduğu qanunsuzluğa görə şiddətli töhmət almışdır. H.Əyyubova Tovuz Dövlət Sosial-İqtisadi kollecində əsassız olaraq işdən çıxartdığı müəllimlər tərəfindən məhkəməyə verilib və məhkəməni uduzmuşdur. Direktor Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə də eyni qanunsuzluqlara davam edir, kollecdə illərlə çalışan amma ürəyi istəməyən işçilərə: “öz xoşunla ərizəni yaz, işdən çıx! – deyir. “Əks halda sizi maddə ilə çıxaracam, heç yerdə işləyə bilməyəcəksiniz” deyə təhdid edib, təzyiq göstərir. Çıxan işçilərin və müəllimlərin yerinə Tovuz Dövlət Sosial-İqtisadi kollecdəki bəzi müəllimləri və işçiləri yerləşdirir. Bundan əvvəlki şikayətlərimdə də qeyd etdiyim kimi, yeni rəhbərlik gələn gündən ancaq zorakılığa məruz qalmışam. İşçi hüquqlarım pozulub. Gələn gündən ərizəmi yazıb işdən çıxmağım tələb olunub. Direktor və onun müavini Gülnar Kərimova tək məni deyil, digər işçıləri də təhdid edir. Mən işdən çıxmadığım və bu hadisələri işıqlandırdığım üçün hər gün mənim əsəblərimlə oynanılır. Hicran Əyyubova açıqlamasında mənim işdən çıxmağımı tələb etmədiyini bildirir. Lakin bunu həm tələb edib, həm də istədiyinə nail ola bilmədiyi üçün iş yerində mənə təzyiqlər göstərir. Maaşa olan əlavəm kəsilib. Otağın açarı dəyişdirilir, açar mənə verilmir, müavin Gülnar Kərimova vəzifə səlahiyyətlərindən istifadə edir, mənə deyir ki, mən otağa girəndə hər dəfə ayağa qalxmalısan. İşçilərə mənlə danışmağa icazə vermir. Hamı qorxu içərisindədi. Dəfələrlə Əmək Məcəlləsinin qanunları pozulur. İki qohumun eyni idarədə yuxarı vəzifədə işləməyinə icazə verilmədiyi halda direktor iki bacını şöbə müdiri təyin edir. Məktəbəqədəri bitirmiş bir işçini kollecdə metodist vəzifəsinə keçirir və öz işə qəbul etdiyi işçilərə kifayət qədər maaşa əlavə yazır. Əmək Məcəlləsinin 56-ci maddəsinə əsasən, işəgötürən işçinin əmək müqaviləsində dəyişiklik edərkən işçiyə bir ay əvvəldən bildiriş göndərməlidi. İşçilərin əmək müqaviləsində iş saatı 09:00-dan 18:00-a kimi qeyd edilib. Lakin direktor və onun müavini müqavilədə heç bir dəyişiklik etmədən işçiləri saat 08:30-da işə gəlməyə məcbur edir. Gecikənlərə izahat yazdırır və gecikmələri ilə bağlı təqdimat verdirir. Mən dəfələrlə müvafiq orqanlara müraciət etmişəm. Himayəmdə iki azyaşlı körpəm var. Maaşa əlavəm kəsilir ki, mən özüm xoşluqla ərizəmi yazım və işdən çıxım. Əlavənin kəsilməsini büdcəyə qənaət etdiyi ilə əsaslandırır. Lakin özü və işə götürdüyü işçilərə artıqlaması ilə maaşa əlavə yazır. Əmək məzuniyyətinə çıxmağıma icazə verilmir. Mənə “hara şikayət edirsən et, heç nə dəyişməyəcək” deyilir. Əmək Müfəttişliyinə şikayət ərizəsi yazmışam. Lakin direktor yalan və təhrif olunmuş məlumatlarla Əmək Müfəttişliyinə cavab yazdırır. Maaşa əlavəni kəsməsinin səbəbini əmək müqaviləmdə əlavə qeyd olunmadığına görə əsaslandırır. Lakin heç bir işçinin də əmək müqaviləsində bu barədə əlavə qeyd olunmayıb. Axı bu nə dərəcədə ədalətli və doğru yanaşmadır? Bu qədər haqsızlıq, özbaşınalıq olar? Pozulan əmək hüquqlarımın bərpası üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva, Azərbaycan Reslublikasının 1-ci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya, Dövlət Əmək Müfəttişliyinə, Azərbaycan Respublikasının İnsan Hüquqlari üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya məktubla müraciət etmişəm. Çox xahiş edirəm, bu haqsızlığa son qoyulmasında mənə köməklik göstərəsiniz”.



Nisa Şirvsnlı

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az